2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 27 dekabr 2014-cü il tarixli 67 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 102 saylı Samux-Şəmkirseçki dairəsindən Qaracəmirli bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Quliyev Akif Pənah oğlu Mərkəzi Seçki Komissiyasına müraciət edərək həmin seçki dairəsi üzrə 44, 45, 46 və 47 saylı seçki məntəqəsi məntəqə seçki komissiyalarının bəzi üzvlərinin qeydə alınmış namizədlərlə qohumluq əlaqəsi olduğunu, səsvermə zamanı bəzi şəxslərin digər seçicilərin yerinə səs verməsini iddia edərək səsvermənin nəticələrinin etibarsiz hesab edilməsini xahiş etmişdir.

 

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinin və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatının tələblərinə uyğun olduğundan icraata qəbul edilmiş və Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

 

 

Müraciət etmiş şəxsə araşdırma aparılması barədə məlumat verilmiş, ona araşdırmada iştirak etmək hüququ izah edilmişdir.

 

Araşdırma zamanı 102 saylı Samux-Şəmkir seçki dairəsi dairə seçki komissiyasının və həmin dairənin 44, 45, 46 və 47 saylı məntəqə seçki komissiyası üzvlərinin, Qaracəmirli bələdiyyəsi üzvlüyünə qeydə alınmış digər namizədlərin, həmin seçki məntəqəsində müşahidə aparmış müşahidəçilərin izahatlarına və tərtib edilmiş aktlara əsasən müraciətdə iddia edilən hallar öz təsdiqini tapmamışdır.

 

Araşdırılma materiallarına əlavə edilmiş 102 saylı Samux-Şəmkirseçki dairəsi dairə seçki komissiyasının 22 noyabr 2014-cü il tarixli 20/60 saylı qərarından görünür ki, 44 saylı məntəqə seçki komissiyasının sədri A.Ə.Məmmədov və 47 saylı məntəqə seçki komissiyasının sədri F.B.Mehrəliyev yaxın qohumları bələdiyyə üzvlüyünə namizədliyi qeydə alındığına görə seçkilərin yekunları elan olunanadək komissiyasının həlledici səs hüquqlu üzvlüyündən azad edilmişlər.

 

Araşdırma prosesində seçicilər X.M.İsayev, B.K.İsmayılov, A.Ə.Qocayev və digərləri izahatlarında göstərmişlər ki, səsvermədə onlar şəxsən səs vermiş, digər  seçicilərin əvəzinə səs verməmiş və belə halın olduğunu da görməmişlər.

 

Göstərilənlərdən əlavə olaraq 102 saylı Samux-Şəmkirseçki dairəsi üzrə 44, 45, 46 və 47 saylı məntəqə seçki komissiyalarının üzvləri M.Ə.Bayramova, S.Z.Hüseynova, F.N.Cəfərova, T.N.Həşimov, Qaracəmirli bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizədlər M.B.Abdullayev, L.T.Hüseynova, Ş.M.Məmmədov, həmin seçki məntəqələrində müşahidəçi olmuş S.H.İsayeva, D.M.Bayramova, S.S.Osmanov, A.M.Cəfərova, K.İ.Babayeva öz izahatlarında bildirmişlər ki, səsvermə prosesində qanun pozuntusu müşahidə etməmişlər, hər bir seçici şəxsən səs vermişdir.

 

Tam, obyektiv və qərəzsiz araşdırma ilə əldə edilmiş yazılı sübutlarla müraciətdə iddia olunan hallar təkzib olunduğundan şikayət təmin edilməməlidir.

 

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:

 

 1. 102 saylı Samux-Şəmkirseçki dairəsindən Qaracəmirli bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Quliyev Akif Pənah oğlunun 27 dekabr 2014-cü il tarixli 67 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.

 

 2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr     Məzahir Pənahov

Katib     Arifə Muxtarova

Katib     Mikayıl Rəhimov

30 Dekabr 2014, 09:12

http://www.azertag.net

4301—4310 / 10511

29 Dekabr 2017, 10:12

Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bir qrup şəxsə fəxri adların verilməsi haqqında   ətraflı...

29 Dekabr 2017, 10:12

Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bir qrup şəxsin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında   ətraflı...

29 Dekabr 2017, 10:12

D.K.Kıdırəlinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

29 Dekabr 2017, 09:12

M.Vardinoyannisin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

29 Dekabr 2017, 09:12

Bakı şəhəri Sabunçu rayonunun Sabunçu, Maştağa və Suraxanı rayonunun Əmircan, Bülbülə və Qaraçuxur qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

28 Dekabr 2017, 09:12

“Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 761 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə   ətraflı...

28 Dekabr 2017, 09:12

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə   ətraflı...

28 Dekabr 2017, 09:12

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 1480 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında   ətraflı...

28 Dekabr 2017, 09:12

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 fevral tarixli 363 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”ndə dəyişiklik edilməsi haqqında   ətraflı...

28 Dekabr 2017, 09:12

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə   ətraflı...