2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 28 dekabr 2014-cü il tarixli 76 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən Təklə bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Sadıqov Əhliman Musa oğlu və digərləri 2014-cü il dekabrın 28-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək, səsvermə günü həmin seçki dairəsi üzrə 23, 24, 25 və 26  saylı seçki məntəqələrində seçkilərin keçirilməsində qanun pozuntularının olduğunu iddia etmiş və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişlər.

 

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

 

Azərbaycan Respublikası Seçki Məcəlləsinə və yuxarıda göstərilən Təlimatın 8.6-cı bəndinə uyğun olaraq şikayət və ya müraciət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.

 

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar  şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən  qərara alır:

 

1. 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən Təklə bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Sadıqov Əhliman Musa oğlu və digərlərinin Mərkəzi Seçki Komissiyasına daxil olmuş 28 dekabr 2014-cü il tarixli 76 saylı müraciəti araşdırılması üçün aidiyyəti üzrə həmin seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.

 

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr      Məzahir Pənahov

Katib       Arifə Muxtarova

Katib      Mikayıl Rəhimov

30 Dekabr 2014, 09:12

http://www.azertag.net

6871—6880 / 10511

13 May 2016, 09:05

Azərbaycan Respublikasında özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında   ətraflı...

13 May 2016, 09:05

Ə.Ə.Ələkbərovun Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi təyin edilməsi haqqında   ətraflı...

13 May 2016, 09:05

Bakı şəhəri Nizami rayonunun daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

10 May 2016, 09:05

Azərbaycan Respublikasında müharibə veteranlarına dövlət qayğısının artırılması ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

10 May 2016, 09:05

İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında   ətraflı...

10 May 2016, 09:05

Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında   ətraflı...

10 May 2016, 09:05

A.Ə.Məmmədovun Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru təyin edilməsi haqqında   ətraflı...

10 May 2016, 09:05

Goranboy Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı tədbirlər haqqında   ətraflı...

10 May 2016, 09:05

R.Ə.Ağayevin Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında   ətraflı...

10 May 2016, 09:05

Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında   ətraflı...