2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 29 dekabr 2014-cü il tarixli 83 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 76 saylı Lənkəran-Astara seçki dairəsi üzrə 1 saylı seçki məntəqəsində müşahidəçi olmuş Abdullayev Arif Asif oğlu və İbrahimov Xəzər Təhmasib oğlu 2014-cü il dekabrın 29-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək, həmin seçki məntəqəsində seçkilərin keçirilməsində qanun pozuntularının olduğunu iddia etmiş və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişlər.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinə və yuxarıda göstərilən Təlimatın 8.6-cı bəndinə uyğun olaraq şikayət və ya müraciət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:
1. 76 saylı Lənkəran-Astara seçki dairəsi üzrə 1 saylı seçki məntəqəsində müşahidəçi olmuş Abdullayev Arif Asif oğlu və İbrahimov Xəzər Təhmasib oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 29 dekabr 2014-cü il tarixli 83 saylı müraciəti araşdırılması üçün aidiyyəti üzrə həmin seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
30 Dekabr 2014, 09:1218 Noyabr 2014, 09:11
Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi QAYDALARI ətraflı...
18 Noyabr 2014, 09:11
“Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında ətraflı...
18 Noyabr 2014, 09:11
Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları ətraflı...
18 Noyabr 2014, 09:11
“Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında ətraflı...
18 Noyabr 2014, 09:11
Şəmkir rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında ətraflı...
18 Noyabr 2014, 09:11
Omanın Sultanı Əlahəzrət Qabus bin Səidə ətraflı...
18 Noyabr 2014, 09:11
Latviya Respublikasının Prezidenti Zati-aliləri cənab Andris Berzinşə ətraflı...
18 Noyabr 2014, 09:11
“Dini tolerantlığın möhkəmləndirilməsi (Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar)” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına ətraflı...
18 Noyabr 2014, 09:11
Uşaqların Üçüncü Ümumrespublika Forumunun iştirakçılarına ətraflı...
17 Noyabr 2014, 09:11
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə ətraflı...