2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 27 dekabr 2014-cü il tarixli 70 və 71 saylı müraciətlərə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 79 saylı İmişli seçki dairəsi üzrə Yalavac bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizədlər Mehdiyev İlham Misli oğlu və Paşayev Xudaş Həsrət oğlu 2014-cü il dekabrın 27-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək, həmin seçki dairəsinin 40, 41, 42 və 43 saylı seçki məntəqələrində səsvermə başa çatdıqdan sonra protokolların tərtib edilməsi ilə bağlı qanun pozuntularına yol verildiyini iddia edərək səsvermənin nəticələrinin etibarsız hesab edilməsini xahiş etmişlər.
Şikayətlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimata uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvləri tərəfindən icraata qəbul edilmişdir.
Müraciətlər ekspert qrupunun üzvləri tərəfindən icraata qəbul edildikdən sonra eyni seçki dairəsindən eyni məzmunlu müraciətlər olduğu müəyyən edilmiş və ekspert qrupu koordinatoru məlumatlandırılmaqla bir icraatda birləşdirilərək araşdırılmış, müvafiq rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
Ərizəçilər 29 dekabr 2014-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək şikayətdən imtina etdiklərini və ərizələrinin baxılmamış saxlanılmasını xahiş etmişlər. Belə olan halda müraciətlərin araşdırılmasına xitam verilməlidir.
Yuxarıda göstərilənlər əsas götürülərək Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 28.4-cü maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:
1. 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 79 saylı İmişli seçki dairəsi üzrə Yalavac bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizədlər Mehdiyev İlham Misli oğlu və Paşayev Xudaş Həsrət oğlu şikayətlərindən imtina etdiklərinə görə 27 dekabr 2014-cü il tarixli 70 və 71 saylı müraciətlərin araşdırılmasına xitam verilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
30 Dekabr 2014, 09:1228 Sentyabr 2016, 09:09
Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və şəhər avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
28 Sentyabr 2016, 09:09
İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisinin iştirakçılarına ətraflı...
27 Sentyabr 2016, 09:09
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılması haqqında ətraflı...
23 Sentyabr 2016, 10:09
A.A.Paşayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
23 Sentyabr 2016, 10:09
О государственной поддержке развития хлопководства в Азербайджанской Республике ətraflı...
23 Sentyabr 2016, 10:09
Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının üzvlərinə fəxri adların verilməsi haqqında ətraflı...
23 Sentyabr 2016, 10:09
Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında ətraflı...
23 Sentyabr 2016, 10:09
İ.C.Cavadova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında ətraflı...
23 Sentyabr 2016, 10:09
Mingəçevir şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və təmiri ilə bağlı tədbirlər haqqında ətraflı...
22 Sentyabr 2016, 09:09
2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) seçki məntəqələrində veb-kameralar quraşdırılması barədə ətraflı...