2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 29 dekabr 2014-cü il tarixli 80 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 76 saylı Lənkəran-Astara seçki dairəsinin Mamusta bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizədlər Əhədov Xalid İlham oğlu və digərləri 2014-cü il dekabrın 29-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək, səsvermə günü həmin seçki dairəsi üzrə 1, 2 və 3 saylı seçki məntəqələrində seçkilərin keçirilməsində qanun pozuntularının olduğunu iddia etmiş və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişlər.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimata uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq müvafiq rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
Araşdırma ilə müəyyən edilmişdir ki, müraciət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdur və ona görə də iddia olunan pozuntuların araşdırılması üçün aidiyyəti üzrə 76 saylı Lənkəran-Astara seçki dairəsinin dairə seçki komissiyasına göndərilməlidir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinə və yuxarıda göstərilən Təlimatın 8.6-cı bəndinə uyğun olaraq şikayət və ya müraciət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair rəy verilməlidir.
Yuxarıda göstərilənlər əsas götürülərək Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 28.4-cü maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:
1. 76 saylı Lənkəran-Astara seçki dairəsinin Mamusta bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizədlər Əhədov Xalid İlham oğlu və digərlərinin Mərkəzi Seçki Komissiyasına daxil olmuş 29 dekabr 2014-cü il tarixli 80 saylı müraciəti iddia edilən qanun pozuntularının araşdırılması üçün həmin seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
30 Dekabr 2014, 09:125 Yanvar 2016, 09:01
Bir sıra birinci instansiya məhkəmələri sədrlərinin təyin edilməsi haqqında ətraflı...
5 Yanvar 2016, 09:01
Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında ətraflı...
5 Yanvar 2016, 09:01
T.Ş.Mahmudovun Gəncə Apellyasiya Məhkəməsinin sədri təyin edilməsi haqqında ətraflı...
30 Dekabr 2015, 09:12
Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi haqqında ətraflı...
30 Dekabr 2015, 09:12
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı il büdcəsi haqqında ətraflı...
29 Dekabr 2015, 09:12
Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında ətraflı...
29 Dekabr 2015, 09:12
S.Ə.Məmmədovun "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında ətraflı...
29 Dekabr 2015, 09:12
“Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 fevral tarixli 1992 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə ətraflı...
28 Dekabr 2015, 09:12
Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə ətraflı...
25 Dekabr 2015, 09:12
Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı arasında 7-ci Qlobal Forumun 2016-cı il 25-27 aprel tarixlərində Bakı şəhərində keçirilməsinə dair Sazişin təsdiq edilməsi haqqında ətraflı...