2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 27 dekabr 2014-cü il tarixli 66 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 112 saylı Qax seçki dairəsindən Qax bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Omarov Məhəmməd Ziyaviddinoviç 2014-cü il dekabrın 27-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək, Qax bələdiyyəsinin əhatə etdiyi seçki məntəqələrində səsvermənin nəticələrinə dair protokolların seçki məntəqələrində deyil, dairə seçki komissiyasında tərtib edildiyini iddia etmiş və bununla bağlı müvafiq tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Müraciət etmiş şəxsə araşdırma aparılması barədə məlumat verilmiş, ona araşdırmada iştirak etmək hüququ izah edilmişdir.
Müraciətin tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, həmin seçki dairəsi üzrə seçki məntəqələrində səsvermənin nəticələrinə dair protokolların tərtib edilməsinə dair qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar iddialar ümumi xarakterli olmaqla öz təsdiqini tapmadığından, müraciət əsassız hesab edilərək təmin edilməməlidir.
Belə ki, 112 saylı Qax seçki dairəsi dairə seçki komissiyasının müraciətdə mübahisələndirilən məntəqə seçki komissiyası üzvlərinin, Qax bələdiyyəsinin üzvlüyünə qeydə alınmış digər namizədlərin, səsvermə günü həmin seçki məntəqələrində səsvermə prosesini birbaşa müşahidə etmiş müxtəlif siyasi partiyaları təmsil edən müşahidəçilərin izahatlarına əsasən səsvermə günü səslərin hesablanması başa çatdıqdan sonra səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyasının protokolu həmin seçki məntəqələrində tərtib edildikdən sonra Seçki Məcəlləsində nəzərdə tutulmuş qaydada dairə seçki komissiyasına göndərilmişdir.
Yuxarıda adı çəkilən seçki dairəsinin 1, 2, 3, 4, 5, 6, 7, 8, 56 və 57 saylı məntəqə seçki komissiyalarının sədrləri və həlledici səs hüquqlu üzvləri öz izahatlarında seçki məntəqələrində səsvermə prosesinin qanunvericiliyin tələblərinə uyğun keçirildiyini, səsvermənin nəticələrinə dair protokolların buna hüququ olan şəxslərin müşahidəsi altında tərtib olunduğunu, onların bir surətinin həmin şəxslərə verildiyini və bir nüsxəsinin isə məlumat lövhəsindən asıldığını bildirmişlər.
Həmin seçki dairəsindən Qax bələdiyyəsi üzvlüyünə qeydə alınmış digər namizədlər G.F.Əhmədova, R.N.Məmmədli, Ə.N.Rzayev, R.R.Bilalov öz izahatlarında bildirmişdirlər ki, səsvermə prosesində və səslərin hesablanması zamanı heç bir qanun pozuntusuna yol verilməmiş, səsvermənin nəticələri haqqında protokol seçki məntəqəsində qanunda nəzərdə tutulmuş qaydada tərtib edildikdən sonra həmin protokolun surətinin bir nüsxəsi onlara verilmişdir.
Bundan əlavə səsvermə günü 112 Qax saylı seçki dairəsinin 1 saylı seçki məntəqəsində müşahidəçi qismində müşahidə aparmış Heydərova Mədinə Həbib qızı (Ana Vətən Partiyası), 2 saylı seçki məntəqəsində Şıxəmirov Vidadi Rəcəb oğlu (Böyük Quruluş Partiyası), 3 saylı seçki məntəqəsində Bağırov Kamran Elman oğlu (ASDP), 4 saylı seçki məntəqəsində Əzizova Dilarə Hidayət qızı (ADİSP), 5 saylı seçki məntəqəsində Mahmudova Svetlana Muxtar qızı (MDHP), 6 saylı seçki məntəqəsində Bilalov Nəsir Cahangir oğlu (MMP), 7 saylı seçki məntəqəsində Şəkiliyev Nurçin Nemət oğlu (Ümid Partiyası), 8 saylı seçki məntəqəsində Kulaşvili Jujuna Kostayevna, 56 saylı seçki məntəqəsində Hacıyev Soltan Kazım oğlu (VHP), 57 saylı seçki məntəqəsində Həşimov İbrahim Rəsul oğlu öz izahatlarında 23 dekabr 2014-cü ildə yuxarıda qeyd edilən seçki məntəqələrində səsvermə prosesini axıra kimi izləyərək, səslərin sayılmasını və səsvermənin nəticələrinə dair protokolun tərtib edildiyini müşahidə etdiklərini, səsvermənin nəticələrinə dair protokolun surətini aldıqdan sonra həmin protokolun onların müşayiəti ilə dairə seçki komissiyasına göndərilməsini bildirmişlər.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:
1. 112 saylı Qax seçki dairəsindən Qax bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Omarov Məhəmməd Ziyaviddinoviçin Mərkəzi Seçki Komissiyasına daxil olmuş 27 dekabr 2014-cü il tarixli 66 saylı şikayəti əsassız olduğundan təmin edilməsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
30 Dekabr 2014, 09:1218 Noyabr 2022, 08:11
X.N.Əhədovun Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
18 Noyabr 2022, 08:11
“Azərbaycan Respublikasında gənclər siyasəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli 1871 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
18 Noyabr 2022, 08:11
“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 oktyabr tarixli 3548 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
18 Noyabr 2022, 08:11
“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 yanvar tarixli 2446 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
15 Noyabr 2022, 07:11
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
18 Oktyabr 2022, 14:10
C.Ə.Hüseynzadənin Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
18 Oktyabr 2022, 14:10
S.Ə.Həsənovun Azərbaycan Respublikasının Livan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
18 Oktyabr 2022, 14:10
A.S.Şükürovun Azərbaycan Respublikasının Livan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
18 Oktyabr 2022, 14:10
R.F.Aslanovun Azərbaycan Respublikasının İtaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
18 Oktyabr 2022, 14:10
M.B.Əhmədzadənin Azərbaycan Respublikasının İtaliya Respublikasında, eyni zamanda San Marino Respublikasında, Malta Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...