2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 27 dekabr 2014-cü il tarixli 66 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 112 saylı Qax seçki dairəsindən Qax bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Omarov Məhəmməd Ziyaviddinoviç 2014-cü il dekabrın 27-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək, Qax bələdiyyəsinin əhatə etdiyi seçki məntəqələrində səsvermənin nəticələrinə dair protokolların seçki məntəqələrində deyil, dairə seçki komissiyasında tərtib edildiyini iddia etmiş və bununla bağlı müvafiq tədbirlər görülməsini xahiş etmişdir.

 

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

 

Müraciət etmiş şəxsə araşdırma aparılması barədə məlumat verilmiş, ona araşdırmada iştirak etmək hüququ izah edilmişdir.

 

Müraciətin tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, həmin seçki dairəsi üzrə seçki məntəqələrində səsvermənin nəticələrinə dair protokolların tərtib edilməsinə dair qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar iddialar ümumi xarakterli olmaqla öz təsdiqini tapmadığından, müraciət əsassız hesab edilərək təmin edilməməlidir.

 

 Belə ki, 112 saylı Qax seçki dairəsi dairə seçki komissiyasının müraciətdə mübahisələndirilən məntəqə seçki komissiyası üzvlərinin, Qax bələdiyyəsinin üzvlüyünə qeydə alınmış digər namizədlərin, səsvermə günü həmin seçki məntəqələrində səsvermə prosesini birbaşa müşahidə etmiş müxtəlif siyasi partiyaları təmsil edən müşahidəçilərin izahatlarına əsasən səsvermə günü səslərin hesablanması başa çatdıqdan sonra səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyasının protokolu həmin seçki məntəqələrində tərtib edildikdən sonra Seçki Məcəlləsində nəzərdə tutulmuş qaydada dairə seçki komissiyasına göndərilmişdir.

 

Yuxarıda adı çəkilən seçki dairəsinin 1, 2, 3, 4, 5, 6, 7, 8, 56 və 57 saylı məntəqə seçki komissiyalarının sədrləri və həlledici səs hüquqlu üzvləri öz izahatlarında seçki məntəqələrində səsvermə prosesinin qanunvericiliyin tələblərinə uyğun keçirildiyini, səsvermənin nəticələrinə dair protokolların buna hüququ olan şəxslərin müşahidəsi altında tərtib olunduğunu, onların bir surətinin həmin şəxslərə verildiyini və bir nüsxəsinin isə məlumat lövhəsindən asıldığını bildirmişlər.

 

Həmin seçki dairəsindən Qax bələdiyyəsi üzvlüyünə qeydə alınmış digər namizədlər G.F.Əhmədova, R.N.Məmmədli, Ə.N.Rzayev, R.R.Bilalov öz izahatlarında bildirmişdirlər ki, səsvermə prosesində və səslərin hesablanması zamanı heç bir qanun pozuntusuna yol verilməmiş,  səsvermənin nəticələri haqqında protokol seçki məntəqəsində qanunda nəzərdə tutulmuş qaydada tərtib edildikdən sonra həmin protokolun surətinin bir nüsxəsi onlara verilmişdir.

 

Bundan əlavə səsvermə günü 112 Qax saylı seçki dairəsinin 1 saylı seçki məntəqəsində müşahidəçi qismində müşahidə aparmış Heydərova Mədinə Həbib qızı (Ana Vətən Partiyası), 2 saylı seçki məntəqəsində Şıxəmirov Vidadi Rəcəb oğlu (Böyük Quruluş Partiyası), 3 saylı seçki məntəqəsində Bağırov Kamran Elman oğlu (ASDP), 4 saylı seçki məntəqəsində Əzizova Dilarə Hidayət qızı (ADİSP), 5 saylı seçki məntəqəsində Mahmudova Svetlana Muxtar qızı (MDHP), 6 saylı seçki məntəqəsində Bilalov Nəsir Cahangir oğlu (MMP), 7 saylı  seçki məntəqəsində Şəkiliyev Nurçin Nemət oğlu (Ümid Partiyası), 8 saylı seçki məntəqəsində Kulaşvili Jujuna Kostayevna, 56 saylı seçki məntəqəsində Hacıyev Soltan Kazım oğlu (VHP), 57 saylı seçki məntəqəsində Həşimov İbrahim Rəsul oğlu öz izahatlarında 23 dekabr 2014-cü ildə  yuxarıda qeyd edilən seçki məntəqələrində səsvermə prosesini axıra kimi izləyərək, səslərin sayılmasını və səsvermənin nəticələrinə dair protokolun tərtib edildiyini müşahidə etdiklərini, səsvermənin nəticələrinə dair protokolun surətini aldıqdan sonra həmin protokolun onların müşayiəti ilə dairə seçki komissiyasına göndərilməsini bildirmişlər.

 

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:

 

1. 112 saylı Qax seçki dairəsindən Qax bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Omarov Məhəmməd Ziyaviddinoviçin Mərkəzi Seçki Komissiyasına daxil olmuş 27 dekabr 2014-cü il tarixli 66 saylı şikayəti əsassız olduğundan təmin edilməsin.

 

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr      Məzahir Pənahov

Katib      Arifə Muxtarova

Katib      Mikayıl Rəhimov

30 Dekabr 2014, 09:12

http://www.azertag.net

10151—10160 / 10511

1 Aprel 2014, 16:04

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 28 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları"nda dəyişikliklər edilməsi barədə   ətraflı...

1 Aprel 2014, 16:04

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə   ətraflı...

1 Aprel 2014, 16:04

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları"nda dəyişiklik edilməsi barədə   ətraflı...

1 Aprel 2014, 16:04

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş "İnzibati orqanların Təsnifatı"nda dəyişiklik edilməsi barədə   ətraflı...

1 Aprel 2014, 16:04

"Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 8 yanvar tarixli 5 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında   ətraflı...

1 Aprel 2014, 09:04

Gədəbəy rayonunun Qarıkənd-Miskinli-Çalburun və Qızıltorpaq-Ağbaşlar avtomobil yollarının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

31 Mart 2014, 09:03

Quba rayonunun Quba-Küpçal-Küsnət avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

27 Mart 2014, 10:03

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında   ətraflı...

28 Mart 2014, 09:03

Saatlı rayonunun Sımada-Qarayevkənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

27 Mart 2014, 10:03

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında   ətraflı...