2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 26 dekabr 2014-cü il tarixli 56 və 58 saylı, 28 dekabr 2014-cü il tarixli 79 saylı müraciətlərə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən Sarıcalı bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Nərimanov Nəriman Yusif oğlu Mərkəzi Seçki Komissiyasına müraciət edərək, səsvermə günü səslərin hesablanması aparıldıqdan sonra səsvermənin nəticələri haqqında yekun protokolunun məntəqə seçki komissiyasında deyil, dairə seçki komissiyasında tərtib edildiyini iddia edərək müvafiq tədbir görülməsini xahiş etmişdir.
Həmin bələdiyyə üzrə qeydə alınmış namizədlər Hüseynov Müşviq Firuddin oğlu, Qasımov Rəşad Həbib oğlu, Hüseynova Şəfiqə Fərhad qızı da eyni məzmunlu müraciətlərlə Mərkəzi Seçki Komissiyasına müraciət etmişlər.
Müraciətlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddəsinin və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatının tələblərinə uyğun olduğundan icraata qəbul edilmiş və bir icraatda birləşdirilərək digər müraciətlərlə birlikdə araşdırılmışdır. Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvləri tərəfindən həmin müraciətlərə dair müvafiq birgə rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Araşdırma zamanı 83 saylı Ağcabədi-Füzuli seçki dairəsi dairə seçki komissiyasının və həmin dairənin 26 saylı məntəqə seçki komissiyası üzvlərinin, Sarıcalı bələdiyyəsi üzvlüyünə qeydə alınmış digər namizədlərin, həmin seçki məntəqəsində müşahidə aparmış müşahidəçilərin izahatlarına və tərtib edilmiş aktlara əsasən səsvermə günü səslərin hesablanması aparıldıqdan sonra səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyasının protokolunun məntəqə seçki komissiyasında deyil, dairə seçki komissiyasında tərtib edilməsi iddiası öz təsdiqini tapmamışdır.
Belə ki, 26 saylı məntəqə seçki komissiyasının katibi Z.X.Sadıqova izahatında bildirmişdir ki, səslərin hesablanması başa çatdıqdan sonra səsvermənin nəticələri haqqında yekun protokol onun tərəfindən tərtib olunmuş, komissiya üzvləri tərəfindən imza edilmiş, protokolun bir nüsxəsi məlumat lövhəsindən asılmış, surətləri müşahidəçilərə və qeydə alınmış namizədlərə təqdim olunmuşdur.
Bundan başqa Sarıcalı bələdiyyəsi üzvlüyünə qeydə alınmış digər namizədlər A.M.Süleymanov, M.H.Ədilov, 26 saylı seçki məntəqəsində müşahidəçi olmuş F.Ə.Dadaşov, G.Ə.Hüseynov öz izahatlarında bildirmişlər ki, səsvermə prosesində heç bir qanun pozuntusu olmamış, səslərin hesablanması və səsvermənin nəticələri haqqında yekun protokol seçki məntəqəsində qanunda nəzərdə tutulmuş qaydada tərtib edilərək dairə seçki komissiyasına aparılmışdır.
Tam, obyektiv və qərəzsiz araşdırma ilə əldə edilmiş yazılı sübutlarla müraciətlərdə iddia olunan hallar təkzib olunduğundan şikayət təmin edilməməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:
1. 83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən Sarıcalı bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizədlər Nərimanov Nəriman Yusif oğlunun 26 dekabr 2014-cü il tarixli 56 saylı, Hüseynov Müşviq Firuddin oğlu və Qasımov Rəşad Həbib oğlunun 26 dekabr 2014-cü il tarixli 58 saylı, Hüseynova Şəfiqə Fərhad qızının 28 dekabr 2014-cü il tarixli 79 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
29 Dekabr 2014, 09:1220 Oktyabr 2014, 09:10
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında ətraflı...
17 Oktyabr 2014, 09:10
“Bakı-Tbilisi-Qars dəmir yolu xətti – İpək Yolu dəhlizinin inkişafında yeni imkanlar” Beynəlxalq Konfransının iştirakçılarına ətraflı...
16 Oktyabr 2014, 09:10
Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında ətraflı...
15 Oktyabr 2014, 09:10
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI ətraflı...
15 Oktyabr 2014, 09:10
“Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 539 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə ətraflı...
14 Oktyabr 2014, 09:10
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti işçilərinin təltif edilməsi haqqında ətraflı...
14 Oktyabr 2014, 09:10
Mərkəzi Seçki Komissiyasının 29 may 2014-cü il tarixli iclas protokolunun təsdiq edilməsi barədə ətraflı...
14 Oktyabr 2014, 09:10
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə ətraflı...
14 Oktyabr 2014, 09:10
M.Ə. Məmmədyarovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
14 Oktyabr 2014, 09:10
“Məntəqə seçki komissiyasının formalaşdırılması qaydaları haqqında Təlimat”a dəyişikliklər edilməsinə dair ətraflı...