2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 27 dekabr 2014-cü il tarixli 68 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 29 saylı Səbail seçki dairəsinin 21 saylı seçki məntəqəsində müşahidəçi olmuş Tahirov Zakir Sahibcan oğlu 2014-cü il dekabrın 27-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək, həmin seçki məntəqəsində səslərin yenidən hesablanmasını tələb etmiş, səslərin hesablanması zamanı qanun pozuntusuna yol verildiyini bildirmiş və müvafiq tədbirlər görülməsini xahiş etmişdir.

 

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

 

Müşahidəçi Z.S.Tahirovun şikayəti qismən təmin edilməli, mübahisələndirdiyi seçki məntəqəsində səslərin təkrar hesablanması və iddia olunan qanun pozuntularının araşdırılması üçün müraciət aidiyyəti üzrə müvafiq dairə seçki komissiyasına göndərilməlidir.

 

Azərbaycan Respublikası Seçki Məcəlləsinə və yuxarıda göstərilən Təlimatın 8.6-cı bəndinə uyğun olaraq şikayət və ya müraciət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.

 

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar  şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:

 

1. 29 saylı Səbail seçki dairəsinin 21 saylı seçki məntəqəsində müşahidəçi olmuş  Tahirov Zakir Sahibcan oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 27 dekabr 2014-cü il tarixli 68 saylı şikayəti qismən təmin edilsin, müraciət səslərin təkrar hesablanması və qanun pozuntularının araşdırılması üçün həmin seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.

 

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr     Məzahir Pənahov

Katib     Arifə Muxtarova

Katib     Mikayıl Rəhimov

29 Dekabr 2014, 09:12

http://www.azertag.net

4881—4890 / 10511

16 Avqust 2017, 09:08

Bakının “Ağ şəhər” adlanan ərazisində su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

15 Avqust 2017, 09:08

Azərbaycan Respublikasında mədəniyyət sahəsinin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

14 Avqust 2017, 09:08

R-16 Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin bərpası ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

14 Avqust 2017, 09:08

A.H.Qasımovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

14 Avqust 2017, 09:08

A.Z.Nemətovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

14 Avqust 2017, 09:08

M-5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

11 Avqust 2017, 09:08

Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün DÖVLƏT PROQRAMI   ətraflı...

11 Avqust 2017, 09:08

“Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında   ətraflı...

9 Avqust 2017, 09:08

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin NİZAMNAMƏSİ   ətraflı...

9 Avqust 2017, 09:08

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında   ətraflı...