2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 26 dekabr 2014-cü il tarixli 55 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən Cığatelli bələdiyyəsi üzrə qeydə alınmış namizəd Qasımov Rafiq Daşdı oğlu 2014-cü il dekabrın 26-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək həmin seçki dairəsinin hüdudlarında yerləşən 47 saylı seçki məntəqəsində səslərin təkrar hesablanmasını tələb etmiş, səslərin hesablanması zamanı qanun pozuntusuna yol verildiyini bildirmiş və müvafiq tədbirlər görülməsini xahiş etmişdir.

 

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

 

Qeydə alınmış namizəd R.D.Qasımovun şikayəti qismən təmin edilməli, mübahisələndirdiyi seçki məntəqəsində səslərin təkrar hesablanması və iddia olunan qanun pozuntularının araşdırılması üçün müraciət aidiyyəti üzrə 117 saylı Oğuz-Qəbələ seçki dairəsi dairə seçki komissiyasına göndərilməlidir.

 

Azərbaycan Respublikası Seçki Məcəlləsinə və yuxarıda göstərilən Təlimatın 8.6-cı bəndinə uyğun olaraq şikayət və ya müraciət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.

 

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən   qərara alır:

 

1. 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən Cığatelli bələdiyyəsi üzrə qeydə alınmış namizəd Qasımov Rafiq Daşdı oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 26 dekabr 2014-cü il tarixli 55 saylı şikayəti qismən təmin edilsin, müraciət səslərin təkrar hesablanması və qanun pozuntularının araşdırılması üçün həmin seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.

 

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr   Məzahir Pənahov

Katib   Arifə Muxtarova

Katib   Mikayıl Rəhimov

29 Dekabr 2014, 09:12

http://www.azertag.net

4821—4830 / 10511

14 Sentyabr 2017, 09:09

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi tədbirləri haqqında   ətraflı...

14 Sentyabr 2017, 09:09

İ.Aküzümün “Dostluq” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

12 Sentyabr 2017, 10:09

Nghiem Vu Khaiyin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında   ətraflı...

12 Sentyabr 2017, 10:09

Nguyen Vu Ha Lenin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında   ətraflı...

12 Sentyabr 2017, 09:09

İ.İ.Mədətovun Azərbaycan Turizm və Menecment Universitetinin rektoru təyin edilməsi haqqında   ətraflı...

12 Sentyabr 2017, 09:09

A.V.Lapşinin əfv edilməsi haqqında   ətraflı...

11 Sentyabr 2017, 10:09

İ.D.Kobzonun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında   ətraflı...

8 Sentyabr 2017, 09:09

M.H.Ağayevin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

8 Sentyabr 2017, 09:09

Azərbaycan Respublikası - Rusiya Federasiyası arasında keçirilən mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkilinə dair Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Federal Gömrük Xidməti (Rusiya Federasiyası) arasında Protokolun təsdiq edilməsi haqqında   ətraflı...

7 Sentyabr 2017, 10:09

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin NİZAMNAMƏSİ   ətraflı...