2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 26 dekabr 2014-cü il tarixli 59 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 80 saylı İmişli-Beyləqan seçki dairəsindən Dünyamalılar bələdiyyəsi üzrə qeydə alınmış namizəd Həsənov Vaqif İsmayıl oğlu və digərləri 2014-cü il dekabrın 26-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək, səsvermə günü həmin seçki dairəsi üzrə 39 və 40 saylı seçki məntəqələrində qanun pozuntuları olduğunu bildirmiş və müvafiq tədbir görülməsini xahiş etmişlər.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinə və yuxarıda göstərilən Təlimatın 8.6-cı bəndinə uyğun olaraq şikayət və ya müraciət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır :
1. 80 saylı İmişli-Beyləqan seçki dairəsindən Dünyamalılar bələdiyyəsi üzrə qeydə alınmış namizəd Həsənov Vaqif İsmayıl oğlu və digərlərinin Mərkəzi Seçki Komissiyasına daxil olmuş 26 dekabr 2014-cü il tarixli 59 saylı müraciəti araşdırılması üçün aidiyyəti üzrə həmin seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
29 Dekabr 2014, 09:128 Fevral 2016, 09:02
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə ətraflı...
8 Fevral 2016, 09:02
F.N.Ələkbərova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında ətraflı...
8 Fevral 2016, 09:02
Yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında ətraflı...
8 Fevral 2016, 09:02
Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında ətraflı...
8 Fevral 2016, 09:02
Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında ətraflı...
8 Fevral 2016, 09:02
Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının Tərkibi ətraflı...
8 Fevral 2016, 09:02
Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası haqqında ətraflı...
8 Fevral 2016, 09:02
Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının yaradılması haqqında ətraflı...
8 Fevral 2016, 09:02
“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə ətraflı...
8 Fevral 2016, 09:02
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında ətraflı...