2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 26 dekabr 2014-cü il tarixli 59 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 80 saylı İmişli-Beyləqan seçki dairəsindən Dünyamalılar bələdiyyəsi üzrə qeydə alınmış namizəd Həsənov Vaqif İsmayıl oğlu və digərləri 2014-cü il dekabrın 26-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək, səsvermə günü həmin seçki dairəsi üzrə 39 və 40 saylı seçki məntəqələrində qanun pozuntuları olduğunu bildirmiş və müvafiq tədbir görülməsini xahiş etmişlər.

 

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

 

Azərbaycan Respublikası Seçki Məcəlləsinə və yuxarıda göstərilən Təlimatın  8.6-cı bəndinə uyğun olaraq şikayət və ya müraciət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.

 

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar  şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən   qərara alır :

 

1. 80 saylı İmişli-Beyləqan seçki dairəsindən Dünyamalılar bələdiyyəsi üzrə qeydə alınmış namizəd Həsənov Vaqif İsmayıl oğlu və digərlərinin Mərkəzi Seçki Komissiyasına daxil olmuş 26 dekabr 2014-cü il tarixli 59 saylı müraciəti araşdırılması üçün aidiyyəti üzrə  həmin seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.

 

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr   Məzahir Pənahov

Katib   Arifə Muxtarova

Katib   Mikayıl Rəhimov

29 Dekabr 2014, 09:12

http://www.azertag.net

6411—6420 / 10511

3 Oktyabr 2016, 09:10

“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin NİZAMNAMƏSİ   ətraflı...

3 Oktyabr 2016, 09:10

Azərbaycan Respublikası Milli Məclisi komitələri üzvlərinin seçilməsi haqqında   ətraflı...

3 Oktyabr 2016, 09:10

Avropa Parlamenti ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əməkdaşlıq məsələləri haqqında   ətraflı...

3 Oktyabr 2016, 09:10

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə   ətraflı...

3 Oktyabr 2016, 09:10

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə   ətraflı...

3 Oktyabr 2016, 09:10

“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 1944 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədəh   ətraflı...

29 Sentyabr 2016, 11:09

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 363   ətraflı...

29 Sentyabr 2016, 11:09

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 362   ətraflı...

30 Sentyabr 2016, 10:09

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 360   ətraflı...

29 Sentyabr 2016, 11:09

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 364   ətraflı...