2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 25 dekabr 2014-cü il tarixli 30 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 57 saylı Kürdəmir seçki dairəsi üzrə Çöhranlı bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizədlər İsmayılov Yengibar Umudvar oğlu və Qəribov İsrayıl Əlisa oğlu 2014-cü il dekabrın 25-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək, həmin seçki dairəsi üzrə 16 saylı seçki məntəqəsində səsvermənin nəticələrini mübahisələndirmiş, səslərin hesablanması zamanı qanun pozuntusuna yol verildiyini bildirmiş və müvafiq tədbirlərin görülməsini xahiş etmişlər.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Qeydə alınmış namizədlər Y.U.İsmayılovun və İ.Ə.Qəribovun şikayəti qismən təmin edilməli, mübahisələndirdikləri seçki məntəqəsində səslərin təkrar hesablanması və iddia olunan qanun pozuntularının araşdırılması üçün müraciət aidiyyəti üzrə 57 saylı Kürdəmir seçki dairəsinin dairə seçki komissiyasına göndərilməlidir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinə və yuxarıda göstərilən Təlimatın 8.6-cı bəndinə uyğun olaraq şikayət və ya müraciət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır :
1. 57 saylı Kürdəmir seçki dairəsi üzrə Çöhranlı bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizədlər İsmayılov Yengibar Umudvar oğlu və Qəribov İsrayıl Əlisa oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 25 dekabr 2014-cü il tarixli 30 saylı şikayəti qismən təmin edilsin, müraciət səslərin təkrar hesablanması və qanun pozuntularının araşdırılması üçün həmin seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
29 Dekabr 2014, 09:121 İyul 2014, 09:07
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında ətraflı...
1 İyul 2014, 09:07
“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 970-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
1 İyul 2014, 09:07
“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
1 İyul 2014, 09:07
“Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı inzibati yardım haqqında” Sazişin təsdiq edilməsi barədə ətraflı...
1 İyul 2014, 09:07
“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin təsdiq edilməsi barədə ətraflı...
1 İyul 2014, 09:07
“Azərbaycan Respublikası və İspaniya Krallığı arasında gəlirlərə vəəmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın və onun Protokolunun təsdiq edilməsi barədə ətraflı...
1 İyul 2014, 09:07
“Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Ordubad və Marazad Su Elektrik Stansiyalarının tikintisi və istismarı haqqında” Sazişin təsdiq edilməsi barədə ətraflı...
1 İyul 2014, 09:07
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 956-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
1 İyul 2014, 09:07
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
1 İyul 2014, 09:07
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 955-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...