2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 24 dekabr 2014-cü il tarixli 26 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 53 saylı Quba-Qusar seçki dairəsi üzrə 14, 18 və 74 saylı seçki məntəqələrində seçki komissiyalarının sədrləri tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı Qəhrəmanov Bəşir Həşim oğlu və digərləri  2014-cü il dekabrın 24-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına  müraciət edərək müvafiq tədbir görülməsini xahiş etmişlər.

 

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

 

Azərbaycan Respublikası Seçki Məcəlləsinə və yuxarıda göstərilən Təlimatın 8.6-cı bəndinə uyğun olaraq şikayət və ya müraciət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.

 

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar  şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:

 

1. Qəhrəmanov Bəşir Həşim oğlu və digərlərinin Mərkəzi Seçki Komissiyasına daxil olmuş 24 dekabr 2014-cü il tarixli 26 saylı müraciəti aidiyyət qaydalarının pozulması ilə daxil olduğundan araşdırılması üçün aidiyyəti üzrə 53 saylı Quba-Qusar seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.

 

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr     Məzahir Pənahov

Katib     Arifə Muxtarova

Katib     Mikayıl Rəhimov

25 Dekabr 2014, 13:12

http://www.azertag.net

6181—6190 / 10511

30 Noyabr 2016, 09:11

Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında   ətraflı...

30 Noyabr 2016, 09:11

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 879 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında   ətraflı...

30 Noyabr 2016, 09:11

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə   ətraflı...

30 Noyabr 2016, 09:11

“Bakutel–2016” XXII beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransının iştirakçılarına   ətraflı...

29 Noyabr 2016, 09:11

A.Q.Lukaşenkonun “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

28 Noyabr 2016, 09:11

Azərbaycan memarlarına Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında   ətraflı...

28 Noyabr 2016, 09:11

Azərbaycan memarlarına “Əməkdar memar” fəxri adının verilməsi haqqında   ətraflı...

28 Noyabr 2016, 09:11

Azərbaycan memarlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında   ətraflı...

28 Noyabr 2016, 09:11

Ə.A.Vəliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

28 Noyabr 2016, 09:11

Azərbaycan Respublikasında “Xalçaçı günü” peşə bayramının təsis edilməsi haqqında   ətraflı...