2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 24 dekabr 2014-cü il tarixli 23 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 74 saylı Lənkəran kənd seçki dairəsi üzrə Kərgəlan bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Cəfərov Rasim Əsgər oğlu və digərləri 2014-cü il dekabrın 24-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək, həmin seçki dairəsi üzrə 19, 20, 21 və 22 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin ləğv olunmasını xahiş etmişlər.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinə və yuxarıda göstərilən Təlimatın 8.6-cı bəndinə uyğun olaraq şikayət və ya müraciət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:
1. 74 saylı Lənkəran kənd seçki dairəsi üzrə Kərgəlan bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Cəfərov Rasim Əsgər oğlu və digərlərinin Mərkəzi Seçki Komissiyasına daxil olmuş 24 dekabr 2014-cü il tarixli 23 saylı müraciəti araşdırılması üçün aidiyyəti üzrə 74 saylı Lənkəran kənd seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
25 Dekabr 2014, 13:1225 Sentyabr 2014, 09:09
Qəbələ rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında ətraflı...
25 Sentyabr 2014, 09:09
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında ətraflı...
24 Sentyabr 2014, 09:09
İsmayıllı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında ətraflı...
24 Sentyabr 2014, 09:09
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında hərbi kafedraların yaradılması haqqında ətraflı...
24 Sentyabr 2014, 09:09
Azərbaycanın yəhudi icmasına ətraflı...
23 Sentyabr 2014, 09:09
SəudiyyəƏrəbistanı Krallığının Vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda ətraflı...
23 Sentyabr 2014, 09:09
İki Müqəddəs Ocağın Xadimi, SəudiyyəƏrəbistanının Kralı Əlahəzrət Abdullah bin Əbdüləziz Al Səuda ətraflı...
22 Sentyabr 2014, 09:09
Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında ətraflı...
22 Sentyabr 2014, 09:09
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında ətraflı...
22 Sentyabr 2014, 09:09
Azərbaycan Respublikasının neft sənayesi işçilərinə fəxri adların verilməsi haqqında haqqında ətraflı...