Sabirabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Son illərdə Sabirabad rayonunun sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş vermiş, əhalini narahat edən problemlərin həlli və infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilmiş, əsas kapitala yönəldilmiş vəsait 168,5 dəfə, o cümlədən tikinti quraşdırma işləri 178,5 dəfə artmış, Olimpiya İdman Kompleksi, Bayraq meydanı, “Asan Xidmət” Mərkəzi tikilmiş, rayon mədəniyyət evi əsaslı təmir olunmuş, 3800 şagird yerlik 12 məktəb, 100 yerlik uşaq bağçası inşa edilmiş, şəhərin su təchizatı sistemi yenidən qurulmuş, yeni kənd təsərrüfatı və emal müəssisələri yaradılmış, 29 modul tipli sutəmizləyici qurğu quraşdırılmış, müasir istixana kompleksləri, 12 min tonluq regional logistik baza istifadəyə verilmiş, avtomobil yolları çəkilmiş, körpülər salınmış, genişmiqyaslı abadlıq-quruculuq işləri aparılmışdır.

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Sabirabad şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsini, habelə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə qərara alıram:

1. Sabirabad rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi ilə Sabirabad Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 16 dekabr 2014-cü il.

17 Dekabr 2014, 10:12

http://www.azertag.net

2101—2110 / 10511

30 Aprel 2020, 20:04

Aqrar sahənin texniki təminatının gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

30 Aprel 2020, 20:04

A.İ.Əsgərovun 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

30 Aprel 2020, 20:04

N.C.Musayevin 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

28 Aprel 2020, 19:04

“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

28 Aprel 2020, 19:04

Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

28 Aprel 2020, 19:04

“Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

28 Aprel 2020, 19:04

Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI   ətraflı...

27 Aprel 2020, 20:04

Azərbaycan – Rusiya Federasiyası dövlət sərhədində “Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

27 Aprel 2020, 20:04

“Xanoba” gömrük postunda tikinti işləri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

27 Aprel 2020, 20:04

İ.Ə.Quliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...