“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1084; 2006, № 12, maddə 1031; 2008, № 6, maddə 462; 2011, № 7, maddə 592) aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 5.1-1-ci maddə əlavə edilsin:
“5.1-1. İnzibati orqan, bu Qanunun 7.1-ci və 7.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, müraciət daxil olduğu gündən 15 gün müddətində hüquqi yardım göstərilməsini təmin etməlidir. Hüquqi yardım göstərilməsi üçün daha artıq müddət tələb olunduğu hallarda, inzibati orqan tərəfindən hüquqi yardımın göstərilməsi müddəti, ona bu məqsədlə müraciət etmiş digər inzibati orqana əsaslandırılmış yazılı məlumat verilməklə, 15 günədək uzadıla bilər.”.
2. 7.4-cü maddənin ikinci cümləsində “qısa müddət ərzində” sözləri “5 gün müddətində” sözləri ilə əvəz edilsin.
3. 23.1-ci maddədə “ərizə və ya vəsatətlərin” sözləri “ərizə, şikayət və ya vəsatətlərin” sözləri ilə, “ərizə və ya vəsatətdə” sözləri “ərizə, şikayət və ya vəsatətlərdə” sözləri ilə əvəz edilsin.
4. 24.5-ci maddədə “ərizə və ya vəsatətləri” sözləri “ərizə, şikayət və ya vəsatətləri” sözləri ilə əvəz edilsin.
5. 34-cü maddə üzrə:
5.1. 34.1.3-cü maddədə “maddəsində” sözü “və 35.5-ci maddələrində” sözləri ilə əvəz edilsin;
5.2. aşağıdakı məzmunda 34.3-cü maddə əlavə edilsin:
“34.3. Bu Qanunun 34.1.3-cü maddəsində nəzərdə tutulmuş nöqsanlar aradan qaldırıldıqdan sonra inzibati orqana yenidən ərizə ilə müraciət edilə bilər.”.
6. 41-ci maddə üzrə:
6.1. adında “təyin” sözü “cəlb” sözü ilə əvəz edilsin;
6.2. 41.1-ci maddədə “ekspertiza təyin” sözləri “ekspert və ya mütəxəssis cəlb” sözləri ilə əvəz edilsin;
6.3. 41.4-cü maddədən “və ya mütəxəssisləri” sözləri, 41.6-cı maddədən isə “və ya mütəxəssis” sözləri çıxarılsın;
6.4. aşağıdakı məzmunda 41.6-1-ci maddə əlavə edilsin:
“41.6-1. Mütəxəssis inzibati orqana zəruri kömək göstərilməsi üçün elm, texnika, incəsənət və digər peşə sahəsində xüsusi bilik və bacarığa malik olmalıdır. Lakin mütəxəssisin ifadə etdiyi fikir ekspert rəyini əvəz etmir.”.
7. 72-ci maddənin adında “şikayətin verilməsi” sözlərindən sonra “və geri götürülməsi” sözləri əlavə edilsin və aşağıdakı məzmunda 72.6-cı maddə əlavə edilsin:
“72.6. İnzibati qaydada verilmiş şikayət üzrə bu Qanunun 80-ci maddəsində nəzərdə tutulmuş qərar qəbul edilənədək, həmin şikayət maraqlı şəxsin və ya onun nümayəndəsinin ərizəsinə əsasən geri götürülə bilər.”.
8. 75-ci maddə üzrə:
8.1. 75.1.2-ci maddədə “məhkəmənin” sözündən sonra “qanuni qüvvəyə minmiş” sözləri əlavə edilsin;
8.2. 75.1.3-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 75.1.4-cü maddə əlavə edilsin:
“75.1.4. şikayət maraqlı şəxsin və ya onun nümayəndəsinin ərizəsinə əsasən geri götürüldükdə.”.
9. 76.1-ci maddədə “İnzibati” sözü “Bu Qanunun 76.2-ci maddəsinə əsasən inzibati aktın icrasının dayandırılması barədə qərar qəbul edildiyi hallar istisna olmaqla, inzibati” sözləri ilə əvəz edilsin.
10. 80-ci maddə üzrə:
10.1. 80.1.1-ci maddədə “saxlaya bilər” sözləri “saxlayır və ya” sözləri ilə əvəz edilsin;
10.2. 80.1.2-ci maddədə “ləğv edə bilər” sözləri “ləğv edir” sözləri ilə, “qəbul edə bilər” sözləri isə “qəbul edir və ya” sözləri ilə əvəz edilsin;
10.3. 80.1.3-cü maddədə “dəyişdirə bilər” sözləri “dəyişdirir” sözü ilə əvəz edilsin;
10.4. 80.1.3-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 80.1.4-cü maddə əlavə edilsin:
“80.1.4. inzibati şikayət bu Qanunun 71.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən verilibsə, həmin şikayət üzrə aparılmış araşdırmanın nəticəsinə dair qərar qəbul edir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 oktyabr 2014-cü il.
17 Dekabr 2014, 10:1227 Noyabr 2014, 09:11
2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 24 noyabr 2014-cü il tarixli 09 saylı müraciətə baxılması barədə ətraflı...
27 Noyabr 2014, 09:11
2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 24 noyabr 2014-cü il tarixli 08 saylı müraciətə baxılması barədə ətraflı...
27 Noyabr 2014, 09:11
“XXI əsrdə sənayeləşmə: sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr” mövzusunda beynəlxalq konfransın iştirakçılarına ətraflı...
26 Noyabr 2014, 09:11
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə ətraflı...
26 Noyabr 2014, 09:11
Aqil Raqil oğlu Məmmədovun müvəqqəti olaraq 89 saylı Göyçay-Ağdaş seçki dairəsi dairə seçki komissiyasının üzvü təyin edilməsi barədə ətraflı...
26 Noyabr 2014, 09:11
89 saylı Göyçay-Ağdaş seçki dairəsi dairə seçki komissiyasının üzvü Elmira Abdulla qızı Ələsgərovanın səlahiyyətlərinə müvəqqəti olaraq xitam verilməsi barədə ətraflı...
26 Noyabr 2014, 09:11
Sənan Əvəz oğlu Aslanovun müvəqqəti olaraq 102 saylı Samux-Şəmkir seçki dairəsi dairə seçki komissiyasının üzvü təyin edilməsi barədə ətraflı...
26 Noyabr 2014, 09:11
102 saylı Samux-Şəmkir seçki dairəsi dairə seçki komissiyasının üzvü Rəşad Ağa oğlu Qasımovun səlahiyyətlərinə müvəqqəti olaraq xitam verilməsi barədə ətraflı...
26 Noyabr 2014, 09:11
23 dekabr 2014-cü ilə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı daxil olmuş 22 noyabr 2014-cü il tarixli, 05 saylı müraciətə baxılmasına dair ətraflı...
26 Noyabr 2014, 09:11
23 dekabr 2014-cü ilə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı daxil olmuş 22 noyabr 2014-cü il tarixli 07 saylı müraciətə baxılması barədə ətraflı...