“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununu nəzərə alaraq qərara alır:

 

“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, №3, maddə 130; 2005, №4, maddə 276; 2007, №5, maddə 401, №6, maddə 562, №11, maddə 1070; 2008, №11, maddə 960; 2009, №6, maddə 404, №7, maddə 517; 2010, №4, maddə 276, №10, maddə 839; 2011, №7, maddə 590) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.3-cü maddədə “Mərkəzi Bankın bunlara müvafiq olaraq qəbul edilmiş normativ aktları, Azərbaycan Respublikasının digər normativ hüquqi aktları” sözləri “Azərbaycan Respublikasının digər normativ hüquqi aktları, Mərkəzi Bankın bunlara müvafiq olaraq qəbul edilmiş normativ xarakterli aktları” sözləri ilə əvəz edilsin;

2. 3.4-cü maddədə “qüvvədə olan qanunvericilik” sözləri “Bank olmayan kredit təşkilatları haqqında” və “Kredit İttifaqları haqqında” Azərbaycan Respublikasının qanunları” sözləri ilə əvəz edilsin;

3. 5.3-cü maddənin birinci cümləsində “məlumatı ala bilər” sözləri “məlumatı alır” sözləri ilə və ikinci cümləsində “keçirə bilər” sözləri “keçirir” sözü ilə əvəz edilsin;

4. 6.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“6.3. Ərizəçi kifayət qədər təşkilati-texniki hazırlığa və ya ixtisasa malik olmadıqda, Mərkəzi Bank verdiyi bank lisenziyasında və icazədə bu Qanunun 32-ci maddəsi ilə banklara icazə verilən fəaliyyət növlərinin həyata keçirilməsi üçün məhdudiyyətlər qoyur.”;

5. 10.4-cü maddənin ikinci abzasında “tələb edə bilər” sözləri “tələb edir” sözləri ilə və üçüncü abzasında “başlaya bilərlər” sözləri “başlayırlar” sözü ilə əvəz edilsin;

6. 13.1-ci, 14.1-ci və 14.2-ci maddələrdə “verilə bilər” sözləri “verilir” sözü ilə əvəz edilsin;

7. 14.3-cü maddədə və 18.3-cü maddənin birinci cümləsində “qanunvericilikdə” sözü “Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsində” sözləri ilə əvəz edilsin;

8. 16.1-ci və 16.2-ci maddələrdə “bir və ya bir neçə əsas olduqda ləğv edilə bilər” sözləri “əsaslardan biri olduqda ləğv edilməsi məsələsinə baxılır” sözləri ilə əvəz edilsin;

9. 34.3-cü maddədən “zərurət yarandıqca,” sözləri çıxarılsın və həmin maddədə “edə bilər” sözləri “edir” sözü ilə əvəz edilsin;

10. 35.1-ci maddədə “qanunvericiliklə” sözü “Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə” sözləri ilə əvəz edilsin;

11. 35.5-ci maddədə “qanunvericiliklə” sözü “Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi ilə” sözləri ilə əvəz edilsin;

12. 38.2-ci maddədən “o cümlədən” sözləri çıxarılsın;

13. 42.2-ci maddədən “normativ” sözü çıxarılsın;

14. 44.2-ci maddədə “Azərbaycan Respublikasının qanunvericiliyinə” sözləri “Mərkəzi Bank haqqında” və “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının qanunlarına” sözləri ilə əvəz edilsin;

15. 44.3-cü maddədə “Azərbaycan Respublikasının qanunvericiliyində” sözləri “Auditor xidməti haqqında” və “Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikasının qanunlarında” sözləri ilə əvəz edilsin;

16. 44.5-ci maddədə (hər iki halda) “edə bilər” sözləri “edir” sözü ilə əvəz edilsin;

17. 46.7-ci və 48.2-ci maddələrdə “edilə bilər” sözləri “edilir” sözü ilə əvəz edilsin;

18. 49.3-cü maddədə “edə bilər” sözləri “edilməsi məsələsinə baxır” sözləri ilə əvəz edilsin;

19. 50.4-cü maddədə “qanunvericiliyi” sözü “İnzibati Prosessual Məcəlləsi” sözləri ilə əvəz edilsin;

20. 52.5-ci maddədən “o cümlədən” sözləri çıxarılsın;

21. 52.9-cu maddədə “qanunvericiliklə” sözü “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə” sözləri ilə əvəz edilsin;

22. 56.3-cü maddədə (hər iki halda) və 57.7-ci maddədə “edə bilər” sözləri “edir” sözü ilə əvəz edilsin;

23. 58.3-cü maddədə “keçirə bilər” sözləri “keçirir” sözü ilə əvəz edilsin;

24. 59.4-cü maddədə “qanunvericiliyə” sözü “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə” sözləri ilə əvəz edilsin;

25. 66.1-ci maddənin ikinci cümləsində “Bu halda” sözləri “Ərizə rədd edildikdə” sözləri ilə, “qoya bilər” sözləri “qoyur” sözü ilə əvəz edilsin;

26. 70.1-ci maddənin birinci cümləsində “qanunvericilikdə” sözü “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində” sözləri ilə əvəz edilsin;

27. 72.2-ci maddədə “keçirilə bilər” sözləri “keçirilir” sözü ilə əvəz edilsin;

28. 75.2-ci və 83.2-ci maddələrdə “edilə bilər” sözləri “edilir” sözü ilə əvəz edilsin.

29. 77.7-ci maddənin altıncı cümləsində “qanunvericilikdə” sözü “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində” sözləri ilə əvəz edilsin;

30. 79.2-ci maddəsində “qanunvericilikdə” sözü “Azərbaycan Respublikasının Əmək Məcəlləsində” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 28 oktyabr 2014-cü il.

17 Dekabr 2014, 10:12

http://www.azertag.net

10371—10380 / 10511

30 Yanvar 2014, 09:01

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 13 fevral tarixli 29 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət fitosanitar nəzarəti xidmətinin işçilərinin fərqləndirici nişanı olan geyiminin və xüsusi vəsiqələrinin formaları və təmin edilmə Qaydası"nda dəyişikliklər edilməsi barədə   ətraflı...

30 Yanvar 2014, 09:01

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 6 noyabr tarixli 173 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının, dənizçilik təhsil müəssisələrinin, gəmiçilik sahəsində fəaliyyət göstərən və donanmaya malik olan müəssisə, təşkilat və şirkətlərin işçilərinin və Azərbaycan Respublikası Dövlət bayrağı altında üzən mülki gəmilərin heyət üzvlərinin xidməti geyim formalarının və fərqlənmə nişanlarının təsviri və onların təchizatına dair Qaydalar"da dəyişiklik edilməsi barədə   ətraflı...

30 Yanvar 2014, 09:01

"Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarında dəyişiklik edilməsi haqqında   ətraflı...

30 Yanvar 2014, 09:01

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının və onların struktur elementlərinin ləğv edilməsi barədə   ətraflı...

30 Yanvar 2014, 09:01

Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında.Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

28 Yanvar 2014, 11:01

"Malların beynəlxalq və daxili tranzit xüsusi gömrük prosedurları altında yerləşdirilərək daşınması Qaydaları"nın təsdiq edilməsi haqqında   ətraflı...

28 Yanvar 2014, 11:01

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında   ətraflı...

28 Yanvar 2014, 11:01

"Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarında dəyişiklik edilməsi haqqında   ətraflı...

28 Yanvar 2014, 11:01

"Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında   ətraflı...

28 Yanvar 2014, 11:01

"Malların preferensial və qeyri-preferensial mənşəyinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında   ətraflı...