Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikası Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, №8, I kitab, maddə 583; 2001, №7, maddə 454, №9, maddə 576, №12, maddə 734; 2002, №5, maddə 249, №12, maddə 707; 2003, №8, maddə 425, №12, I kitab, maddə 671; 2004, №1, maddə 1, №11, maddə 887, №12, maddə 980; 2005, №2, maddə 61, №8, maddə 688, №12, maddə 1081; 2006, №12, maddələr 1005, 1026; 2007, №1, maddə 4, №6, maddə 597, №8, maddə 745, №11, maddə 1053, №12, maddə 1192; 2008, №7, maddə 602, №11, maddə 960; 2009, №7, maddə 506; 2011, №1, maddə 14, №7, maddələr 588, 603, №12, maddə 1115; 2012, №6, maddələr 500, 513, №7, maddə 652, № 9, maddə 841, №12, maddə 1226; 2013, №2, maddə 91, №4, maddə 366, №11, maddə 1278, №12, maddə 1486; 2014, №2, maddə 98, №7, maddə 770) 34.2-ci maddəsinin birinci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1. birinci cümləyə “müddətində” sözündən sonra “(fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması istisna olmaqla)” sözləri əlavə edilsin.
2. aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması dərhal həyata keçirilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 noyabr 2014-cü il.
17 Dekabr 2014, 10:1211 Noyabr 2014, 09:11
Gədəbəy rayonunun Gədəbəy-Novosaratovka-Qaravəlilər avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
11 Noyabr 2014, 09:11
S.Ə. Kəriminin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
11 Noyabr 2014, 09:11
B.A. Ağarəhimova “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında ətraflı...
11 Noyabr 2014, 09:11
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti işçilərinin təltif edilməsi haqqında ətraflı...
7 Noyabr 2014, 09:11
Lənkəran şəhərinin Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
6 Noyabr 2014, 09:11
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə ətraflı...
6 Noyabr 2014, 09:11
2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Milli Dirçəliş Hərəkatı Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında ətraflı...
6 Noyabr 2014, 09:11
2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanma qaydası və sayı barədə ətraflı...
6 Noyabr 2014, 09:11
Mərkəzi Seçki Komissiyasının 31 oktyabr 2014-cü il tarixli iclas protokolunun təsdiq edilməsi barədə ətraflı...
6 Noyabr 2014, 09:11
Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki “İmamzadə” kompleksində bərpa işlərinin aparılması haqqında ətraflı...