“Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 aprel tarixli 701 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 aprel tarixli 701 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, maddə 247; 2003, № 10, maddə 546; 2007, № 6, maddə 601; 2008, № 8, maddə 719, № 9, maddə 798; Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 31 oktyabr tarixli 327 nömrəli Fərmanı) 2.20-ci bəndində “həyata keçirir” sözləri “, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, habelə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər orqanlar həyata keçirirlər” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 15 dekabr 2014-cü il.

16 Dekabr 2014, 09:12

http://www.azertag.net

10511—10511 / 10511

24 Dekabr 2012, 21:12

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası   ətraflı...