“Azərbaycan Respublikasının dövlət təbiət və biosfer qoruqlarının ümumi Əsasnaməsi”nin və “Azərbaycan Respublikasının milli parklarının ümumi Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyul tarixli 531 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının dövlət təbiət və biosfer qoruqlarının ümumi Əsasnaməsi”nin və “Azərbaycan Respublikasının milli parklarının ümumi Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyul tarixli 531 nömrəli Fərmanını “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 4 aprel tarixli 924-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
“Azərbaycan Respublikasının dövlət təbiət və biosfer qoruqlarının ümumi Əsasnaməsi”nin və “Azərbaycan Respublikasının milli parklarının ümumi Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyul tarixli 531 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 468; 2008, № 6, maddə 500) ilə təsdiq edilmiş:
1. “Azərbaycan Respublikasının dövlət təbiət və biosfer qoruqlarının ümumi Əsasnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
1.1. 3.3-cü bənd aşağıdakı redaksiyada verilsin:
“3.3. Dövlət təbiət və biosfer qoruqlarının torpaq və su (akvatoriya) sahələrini kənar antropogen təsirlərdən qorumaq məqsədi ilə onların sanitariya-mühafizə zonaları müəyyən edilir. Dövlət təbiət və biosfer qoruqlarının sanitariya-mühafizə zonalarının müəyyən edilməsi və həmin zonaların mühafizə rejimi “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsi ilə tənzimlənir.”;
1.2. 6.2-ci bənddə “hüquqları” sözü “vəzifələri” sözü ilə əvəz edilsin;
1.3. 6.2.1-ci yarımbənddə “mühafizə zonasında” sözləri “sanitariya-mühafizə zonasında” sözləri ilə, “nəqliyyat vasitələrini saxlamaq, qanunvericiliklə müəyyən edilmiş qaydada” sözləri “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq,” sözləri ilə əvəz edilsin;
1.4. 6.2.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“6.2.2. dövlət təbiət və biosfer qoruğu ərazisində və onun sanitariya-mühafizə zonasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş əməli törədən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görmək;”;
1.5. 6.2.3-cü yarımbənddən “qanunvericiliklə müəyyən edilmiş qaydada” sözləri çıxarılsın;
1.6. 6.2.4-cü yarımbənddə “mühafizə zonasında” sözləri “sanitariya-mühafizə zonasında” sözləri ilə əvəz edilsin, “və digər tədbirlər görmək” sözləri çıxarılsın.
2. “Azərbaycan Respublikasının milli parklarının ümumi Əsasnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2.3-cü bənd aşağıdakı redaksiyada verilsin:
“2.3. Milli parkların torpaq və su (akvatoriya) sahələrini kənar antropogen təsirlərdən qorumaq məqsədi ilə onların sanitariya-mühafizə zonaları müəyyən edilir. Milli parkların sanitariya-mühafizə zonalarının müəyyən edilməsi və həmin zonaların mühafizə rejimi “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsi ilə tənzimlənir.”;
2.2. 4.7-ci bənddə “hüquqları” sözü “vəzifələri” sözü ilə əvəz edilsin;
2.3. 4.7.1-ci yarımbənddə “mühafizə zonasında” sözləri “sanitariya-mühafizə zonasında” sözləri ilə, “nəqliyyat vasitələrini saxlamaq, qanunvericiliklə müəyyən edilmiş qaydada” sözləri “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq,” sözləri ilə əvəz edilsin;
2.4. 4.7.2-ci yarımbənddə “mühafizə zonasında mövcud qanunvericiliyə və mühafizə rejiminə zidd olan fiziki və hüquqi şəxslərin” sözləri “sanitariya-mühafizə zonasında fiziki və hüquqi şəxslərin “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununa və mühafizə rejiminə zidd olan” sözləri ilə əvəz edilsin;
2.5. 4.7.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:
“4.7.3. milli parkın ərazisində və onun sanitariya-mühafizə zonasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş əməli törədən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görmək;”;
2.6. 4.7.4-cü yarımbənddən “qanunvericiliklə müəyyən edilmiş qaydada” sözləri çıxarılsın;
2.7. 4.7.5-ci yarımbənddə “mühafizə zonasında” sözləri “sanitariya-mühafizə zonasında” sözləri ilə əvəz edilsin, “və digər tədbirlər görmək” sözləri çıxarılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 dekabr 2014-cü il.
16 Dekabr 2014, 09:1217 Sentyabr 2021, 20:09
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
16 Sentyabr 2021, 19:09
“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Serbiya Respublikasının Əmək, Məşğulluq, Veteranlar və Sosial İşlər Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
16 Sentyabr 2021, 19:09
E.Ə.Məmmədəliyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
16 Sentyabr 2021, 19:09
Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
16 Sentyabr 2021, 19:09
Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
15 Sentyabr 2021, 19:09
Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri V.İ.Sadıqovun eyni zamanda Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
15 Sentyabr 2021, 19:09
Ucar rayonunun Müsüslü–Təzə Şilyan–Bərgüşad–Bağban–Yuxarı Şilyan–Boyat–Qazyan avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
14 Sentyabr 2021, 17:09
R.Ə.Cəlilovun Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
14 Sentyabr 2021, 17:09
R.Ə.Cəlilovun Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
14 Sentyabr 2021, 17:09
R.Ə.Tağıyevin Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...