Qazaxıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Nursultan Nazarbayevə

Hörmətli Nursultan Abişeviç.

Sizi və Sizin şəxsinizdə bütün qardaş Qazaxıstan xalqını milli bayramınız – Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Qazaxıstanı sıx qardaşlıq telləri, tarixən yaranmış dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri bağlayır. Bu gün Sizin rəhbərliyinizlə qardaş Qazaxıstan ölkənin dünya birliyində nüfuzunun möhkəmləndirilməsi yolunda inamla irəliləyir. Bu yaxınlardakı görüşlərimizi və söhbətlərimizi yüksək qiymətləndirir və böyük səmimiyyətlə xatırlayıram.

Əminəm ki, Azərbaycan ilə Qazaxıstan arasında ənənəvi dostluq münasibətlərinin hərtərəfli inkişaf etməsi və möhkəmlənməsi, çoxplanlı qarşılıqlı əlaqələr və qarşılıqlı dəstək bundan sonra da xalqlarımızın və ölkələrimizin mənafeyinə xidmət edəcəkdir.

Hörmətli Nursultan Abişeviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, uğurlar və firavanlıq, qardaş Qazaxıstan xalqına isə sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı, 12 dekabr 2014-cü il

16 Dekabr 2014, 09:12

http://www.azertag.net

6911—6920 / 10511

29 Aprel 2016, 09:04

“Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 5 aprel tarixli 196-VQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

29 Aprel 2016, 09:04

“Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...

29 Aprel 2016, 09:04

“Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 5 aprel tarixli 195-VQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

29 Aprel 2016, 09:04

“Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

29 Aprel 2016, 09:04

“Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 5 aprel tarixli 194-VQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

29 Aprel 2016, 09:04

“Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...

29 Aprel 2016, 09:04

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 5 aprel tarixli 191 VQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

29 Aprel 2016, 09:04

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

29 Aprel 2016, 09:04

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 5 aprel tarixli 200-VQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

29 Aprel 2016, 09:04

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında   ətraflı...