"Gömrük təmsilçiliyi, o cümlədən gömrük brokeri fəaliyyətini tənzimləyən Qaydalar"ın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 17
Bakı şəhəri, 23 yanvar 2014-cü il
"Gömrük təmsilçiliyi, o cümlədən gömrük brokeri fəaliyyətini tənzimləyən Qaydalar"ın təsdiq edilməsi haqqında
"Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
"Gömrük təmsilçiliyi, o cümlədən gömrük brokeri fəaliyyətini tənzimləyən Qaydalar" təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 23 yanvar tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmişdir
Gömrük təmsilçiliyi, o cümlədən gömrük brokeri fəaliyyətini tənzimləyən
QAYDALAR
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 21.3-cü və 22.2-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və gömrük təmsilçiliyi, o cümlədən gömrük brokeri fəaliyyətini tənzimləyən qaydaları müəyyən edir.
1.2. Hər bir şəxs gömrük orqanları ilə münasibətlərində Gömrük Məcəlləsində və gömrük işi üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş fəaliyyəti həyata keçirmək üçün gömrük təmsilçisi təyin edə bilər.
1.3. Gömrük təmsilçiliyi birbaşa (təmsil edilən şəxsin tapşırığı ilə onun adından və onun mənafeyi üçün), yaxud dolayı (təmsil edilən şəxsin tapşırığı ilə öz adından və onun mənafeyi üçün) ola bilər.
1.4. Gömrük təmsilçisi hansı şəxsin mənafeyi üçün fəaliyyət göstərdiyini və gömrük təmsilçiliyinin birbaşa, yaxud dolayı həyata keçirildiyini gömrük orqanına bildirməlidir.
1.5. Gömrük təmsilçisi kimi fəaliyyət göstərdiyini bildirməyən, yaxud bunu bildirən, lakin müvafiq səlahiyyəti olmayan şəxs öz adından və özünün mənafeyi üçün fəaliyyət göstərən hesab olunur.
1.6. Gömrük orqanı gömrük təmsilçiliyini birbaşa, yaxud dolayı həyata keçirən şəxsdən ona müvafiq səlahiyyətin verildiyini təsdiqləyən sənədin təqdim olunmasını tələb etməlidir.
1.7. Bu Qaydaların tələbləri istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların fiziki şəxslər tərəfindən güzəştli və sadələşdirilmiş qaydada gömrük sərhədindən keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na əsasən müəyyən olunan nümayəndəlik fəaliyyətinə şamil edilmir.
2. Birbaşa təmsilçilik
2.1. Şəxs tərəfindən malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsi, bu ərazidən aparılması, yaxud tranziti ilə əlaqədar olaraq birbaşa təmsilçiliyin həyata keçirilməsi üçün gömrük orqanlarına aşağıdakı sənədlər təqdim edilməlidir:
2.1.1. hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslə əmək münasibətlərini təsdiq edən sənəd;
2.1.2. hüquqi şəxs birbaşa təmsil edildikdə, onun rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası ilə, həmin təşkilatın möhürü vurulmaqla etibarnamə;
2.1.3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs birbaşa təmsil edildikdə, notariat qaydasında təsdiq edilmiş etibarnamə.
3. İxtisas attestatı almış mütəxəssislər
3.1. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsindən (bundan sonra - Dövlət Gömrük Komitəsi) ixtisas attestatı almış mütəxəssislər gömrük brokeri adından gömrük rəsmiləşdirilməsi ilə əlaqədar hərəkətləri yerinə yetirmək hüququna malikdirlər.
3.2. Bu Qaydaların 3.1-ci bəndində göstərilən mütəxəssislər gömrük rəsmiləşdirilməsi ilə əlaqədar əməliyyatları gömrük brokerinin adından yerinə yetirdikdə, onlar gömrük brokerini təmsil edən şəxs hesab olunurlar.
3.3. Gömrük brokeri gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərin gömrük orqanları ilə münasibətlərindən irəli gələn vəzifələrini məhdudlaşdıra bilməz.
3.4. Dövlət Gömrük Komitəsindən ixtisas attestatı almış mütəxəssislər gömrük rəsmiləşdirilməsi ilə əlaqədar əməliyyatları gömrük brokerinin adından yerinə yetirdikdə, onlar gömrük brokeri ilə əmək münasibətlərini təsdiq edən sənədi gömrük orqanlarına təqdim etməlidirlər.
3.5. İxtisas attestatının verilməsi qaydaları, gömrük rəsmiləşdirilməsi üçün mütəxəssislərin qarşısında qoyulan tələblər, ixtisas attestatlarının fəaliyyətinin dayandırılması və ləğv edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 19 sentyabr tarixli 207 nömrəli qərarı ilə təsdiq edilmiş "Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsi, fəaliyyətinin dayandırılması və ləğv edilməsi Qaydaları" ilə müəyyən edilir.
4. Dolayı təmsilçilik
4.1. Gömrük brokeri malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsi, bu ərazidən aparılması, yaxud tranziti ilə əlaqədar olaraq dolayı gömrük təmsilçiliyini həyata keçirən hüquqi şəxsdir.
4.2. Gömrük brokeri öz fəaliyyətini Gömrük Məcəlləsinə və bu Qaydalara uyğun olaraq həyata keçirir.
4.3. Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin sahibi ilə bağlanılan müqavilə əsasında gömrük brokeri bəyannaməçi ola bilər.
4.4. Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi həyata keçirilərkən, gömrük brokeri malları gömrük sərhədindən müstəqil keçirən şəxsin bütün vəzifələrini yerinə yetirir və onun kimi məsuliyyət daşıyır.
4.5. Gömrük brokerinin təmsil etdiyi şəxslərlə münasibətləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən tərəflər arasında bağlanılmış müqavilə ilə tənzimlənir.
4.6. Dövlət Gömrük Komitəsi gömrük brokerlərinin dövlət reyestrini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 oktyabr tarixli 230 nömrəli qərarı ilə təsdiq edilmiş "Gömrük brokerlərinin dövlət reyestrinin aparılması Qaydaları"na uyğun olaraq aparır, onu nəşr edir, rəsmi internet saytında yerləşdirir və müvafiq məlumatların daimi yeniləşdirilməsini təmin edir.
4.7. Şəxs gömrük brokerinin xidmətlərindən imtina edə bilər. Bu halda gömrük orqanının vəzifəli şəxsləri bəyannaməçiyə və mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin Gömrük Məcəlləsinin 151-ci maddəsinə uyğun olaraq tərtib edilməsində, onda müvafiq düzəlişlər edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində yardım göstərməlidirlər.
4.8. Dövlət Gömrük Komitəsi gömrük brokeri fəaliyyətini həyata keçirmək üçün müraciətlərə baxır və Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar"a uyğun olaraq hüquqi şəxslərə gömrük brokeri fəaliyyəti üçün lisenziya verir.
4.9. Hər gömrük sərhəd buraxılış məntəqəsi üzrə ən azı 2 (iki) hüquqi şəxsə gömrük brokeri fəaliyyəti üçün lisenziya verilməlidir.
4.10. Gömrük brokeri fəaliyyətini həyata keçirmək üçün verilmiş lisenziyanın fəaliyyətinin dayandırılması və ləğv edilməsi Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar"a əsasən həyata keçirilir.
4.11. Gömrük brokeri kimi fəaliyyət göstərməsi üçün hüquqi şəxslər onların ştatında olan əməkdaşlara ixtisas attestatının verilməsi üçün Dövlət Gömrük Komitəsinə yazılı və ya elektron formada müraciət etməlidirlər.
4.12. Gömrük brokeri əmək müqaviləsinin bağlanıldığı və ya əmək müqaviləsinə xitam verildiyi mütəxəssislər barədə məlumatları 1 (bir) iş günü müddətində Dövlət Gömrük Komitəsinə təqdim etməlidir.
4.13. Saxlanma üsulundan asılı olmayaraq, gömrük brokeri tərəfindən gömrük sərhədindən keçirilən mallara dair sənədlər və məlumatlar, həmin malların gömrük nəzarəti altında olan mallar statusunu itirməsindən sonrakı 3 (üç) il ərzində saxlanılmalıdır.
5. Yekun müddəalar
5.1. Gömrük brokeri fəaliyyətinə lisenziyanın verilməsinə görə "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir.
5.2. Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsinə görə ödənilən yığımın məbləğini Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.
5.3. Gömrük brokeri fəaliyyətini həyata keçirmək üçün verilmiş lisenziyanın fəaliyyəti dayandırıldıqda və ya lisenziya ləğv edildikdə, gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisin ixtisas attestatının fəaliyyəti dayandırıldıqda və ya ləğv edildikdə, onların verilməsinə görə ödənilmiş dövlət rüsumu və yığım qaytarılmır.
5.4. Gömrük brokerlərinə münasibətdə gömrük sərhədindən keçirilən malların uçotunun və onlar haqqında hesabatın düzgün aparılmaması, yaxud Gömrük Məcəlləsinə əsasən müəyyən olunan müvafiq fəaliyyət növü ilə bağlı bu və ya digər tələb və şərtlərin yerinə yetirilməməsi faktı aşkar olunarsa, xüsusi gömrük auditi həyata keçirilir.
5.5. Gömrük orqanları gömrük nəzarətinin həyata keçirilməsi üçün gömrük brokerlərindən və ya belə əməliyyatlara aidiyyəti olan digər şəxslərdən məlumatlar və arayışlar almaq hüququna malikdirlər.
3 Fevral 2014, 08:02
18 Avqust 2022, 15:08
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
18 Avqust 2022, 15:08
Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
18 Avqust 2022, 15:08
Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
18 Avqust 2022, 15:08
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2006-cı il 18 aprel tarixli 391 nömrəli, “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında” 2007-ci il 19 mart tarixli 560 nömrəli, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında” 2010-cu il 10 fevral tarixli 218 nömrəli, “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi haqqında” 2010-cu il 24 may tarixli 271 nömrəli, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” 2012-ci il 13 fevral tarixli 593 nömrəli, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və Komitənin strukturunun təsdiq edilməsi barədə” 2012-ci il 4 iyun tarixli 646 nömrəli, “Heydər Əliyev Mərkəzinin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” 2012-ci il 8 oktyabr tarixli 709 nömrəli, “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Feldyeger Rabitəsi İdarəsi haqqında Əsasnamənin, onun strukturunun, habelə hərbi qulluqçularının və mülki işçilərinin ümumi say həddinin təsdiq edilməsi barədə” 2017-ci il 9 fevral tarixli 1227 nömrəli və “Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 18 iyul tarixli 215 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
18 Avqust 2022, 15:08
“Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 574-VIQD nömrəli Qanununun tətbiqi və “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 168 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
18 Avqust 2022, 15:08
“Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
17 Avqust 2022, 16:08
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
17 Avqust 2022, 16:08
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
17 Avqust 2022, 16:08
“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
12 Avqust 2022, 16:08
Ağsu rayonunun Ağsu–Kürdəmir–Bəhrəmtəpə (19 km)–Ərəbmehdibəy–Dədəli–Qasımbəyli–Xəlilli–Mustafalı–Göydəlləkli–Təklə–Dəlilər–Qaraqoyunlu–Kəndoba avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...