"Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 dekabr tarixli 260 nömrəli qərarında dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 386

Bakı şəhəri, 4 dekabr 2014-cü il

"Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 dekabr tarixli 260 nömrəli qərarında dəyişiklik edilməsi barədə

"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikasının Qanununa və "Atçılıq haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 21 dekabr tarixli 192 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 dekabr tarixli 260 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1151; 2008, № 1, maddə 39; 2009, № 1, maddə 34; 2010, № 2, maddə 150) 1-ci hissəsindən "və "Qeyri-dövlət fitosanitar xidməti subyektlərinin uçotu Qaydaları" sözləri çıxarılsın.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə

15 Dekabr 2014, 09:12

http://cabmin.gov.az/

10181—10190 / 10511

18 Mart 2014, 09:03

“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

18 Mart 2014, 09:03

“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 yanvar tarixli 183 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında   ətraflı...

18 Mart 2014, 09:03

F.N.Ələkbərova III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsinin verilməsi haqqında   ətraflı...

18 Mart 2014, 09:03

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında   ətraflı...

18 Mart 2014, 09:03

M.İ.Mədətovun “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad edilməsi haqqında   ətraflı...

18 Mart 2014, 09:03

Z.H.Hüseynovun Sumqayıt Şəhər Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin edilməsi haqqında   ətraflı...

18 Mart 2014, 09:03

A.A. Hacıyevin Bakı Slavyan Universitetinin rektoru təyin edilməsi haqqında   ətraflı...

18 Mart 2014, 08:03

E.K.Aslanovun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad edilməsi haqqında   ətraflı...

17 Mart 2014, 09:03

Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin keçirilməsi haqqında   ətraflı...

17 Mart 2014, 08:03

Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2” Su Elektrik Stansiyasının tikintisinin maliyyələşdirilməsi haqqında   ətraflı...