"Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı SMS məlumatlandırma Qaydaları"nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN   RESPUBLİKASININ

NAZİRLƏR  KABİNETİ

QƏRAR

№ 381

Bakı şəhəri, 3 dekabr 2014-cü il

"Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı SMS məlumatlandırma Qaydaları"nın təsdiq edilməsi haqqında

 "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2012-ci il 2 noyabr tarixli 457-IVQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 28 noyabr tarixli 753 nömrəli Fərmanının 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

"Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı SMS məlumatlandırma Qaydaları" təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Azərbaycan  Respublikası  Nazirlər Kabinetinin  2014-cü il 3 dekabr tarixli 381 nömrəli qərarı ilə təsdiq edilmişdir

Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı SMS məlumatlandırma

QAYDALARI

1.  Ümumi müddəalar

1.1. Bu Qaydalar "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2012-ci il 2 noyabr tarixli 457-IVQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin  2012-ci il 28 noyabr tarixli 753 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı SMS məlumatlandırma qaydalarını müəyyən edir.

1.2. Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların qısa mesaj (SMS) vasitəsilə göndərilməsi Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən sellülar (mobil) telekommunikasiya operatorları vasitəsilə həyata keçirilir.

1.3. Göndərilən qısa mesajların (SMS) həcmi GSM standartlarının tələblərinə uyğun müəyyən olunur.

2. Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların qısa mesaj (SMS) vasitəsilə göndərilməsi

2.1. Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların qısa mesaj (SMS) vasitəsilə istifadəçilərə göndərilməsi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən təmin edilir.

2.2. Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların tərkibini Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin balansında olan respublika və yerli əhəmiyyətli, habelə Bakı şəhərində yerləşən avtomobil yollarında və küçələrdə baş verən aşağıdakı hallar təşkil edir: 

2.2.1. yenidən qurulma və təmir;

2.2.2. dövlət tədbirlərinin keçirilməsi;

2.2.3. qəzaların olması. 

2.3. Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların qısa mesaj (SMS) vasitəsilə göndərilməsi üzrə xidmətlər elektron formada göstərilir. Həmin məlumatlar müvafiq xidmətə abunə olmaq və ya SMS sorğu göndərməklə əldə edilir.

2.4. Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların qısa mesaj (SMS) vasitəsilə göndərilməsi üzrə xidmətlər ödənişlidir. Aylıq abunə haqqı və bir SMS-in qiyməti Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi ilə sellülar (mobil) telekommunikasiya operatorları arasında bağlanmış müqavilə ilə müəyyən edilir.

2.5. Xidmətin göstərilməsindən daxil olan vəsaitin  xidmətin təşkilində iştirak edənlər arasında bölgüsü tərəflər arasında qarşılıqlı razılaşma ilə tənzimlənir.

2.6. Xidmətdən əldə edilən vəsait Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin hesablaşma hesabında yığılır.

3. Məlumatların göndərilməsi üzrə xidmətlərdən şikayət edilməsi

3.1. Məlumatların göndərilməməsinə və ya göndərilməsindən imtina edilməsinə görə "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

15 Dekabr 2014, 09:12

http://cabmin.gov.az/

9891—9900 / 10511

13 İyun 2014, 10:06

Xızı rayonunun Xızı-Altıağac avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

12 İyun 2014, 17:06

"Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 iyun tarixli 118 nömrəli qərarında dəyişiklik edilməsi haqqında   ətraflı...

12 İyun 2014, 09:06

Salyan rayonunun Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında   ətraflı...

11 İyun 2014, 09:06

Goranboy rayonunun Goranboy-Yuxarı Ağcakənd avtomobilyolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

11 İyun 2014, 09:06

Azərbaycan Polad İstehsalı Kompleksinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında   ətraflı...

10 İyun 2014, 17:06

"Azərbaycan Respublikasının avtomobil yollarında təhkim və mühafizə zolağından istifadənin tənzimlənməsinə dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 28 fevral tarixli 18 nömrəli qərarında dəyişikliklər edilməsi barədə   ətraflı...

10 İyun 2014, 17:06

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 22 iyul tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş "Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası"nda dəyişiklik edilməsi barədə   ətraflı...

10 İyun 2014, 17:06

Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi barədə   ətraflı...

10 İyun 2014, 17:06

"Ölkədə sahibkarlığın inkişafı ilə bağlı digər mənbələrdə nəzərdə tutulan vəsaitlərin Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunda cəmləşdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 28 noyabr tarixli 189 nömrəli qərarında dəyişiklik edilməsi barədə   ətraflı...

10 İyun 2014, 17:06

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 dekabr tarixli 318 nömrəli qərarı ilə təsdiq edilmiş "Ünvan Reyestri İnformasiya Sistemi ilə inteqrasiya olunacaq digər dövlət orqanlarının informasiya sistemlərinin dairəsi"ndə dəyişiklik edilməsi haqqında   ətraflı...