2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 dekabr  2014-cü il tarixli 20 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 70 saylı Masallı şəhər seçki dairəsindən Musakücə bələdiyyəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Eynullayev Məmmədağa Bəndalı oğlu 12 dekabr 2014-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyası qərarının əsassız olmasını bildirmiş və müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimata uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Vətəndaş M.B.Eynullayev şikayətini onunla əsaslandırmışdır ki, 2014-cü il dekabrın 23-nə təyin edilmiş təyin edilmiş bələdiyyə seçkilərində 70 saylı Masallı şəhər seçki dairəsindən Musakücə bələdiyyəsi üzrə namizədliyini öz təşəbbüsü ilə irəli sürmüş, həmin bələdiyyə ərazisində seçicilərin imzasını toplayaraq imza vərəqələri və ona əlavə edilmiş digər zəruri sənədləri dairə seçki komissiyasına təqdim etmiş, ancaq dairə seçki komissiyasının müvafiq qərarı ilə əsassız olaraq onun namizədliyinin qeydə alınmasından imtina edilmişdir.

Dairə seçki komissiyası M.B.Eynullayevinnamizəd kimi qeydə alınmasından imtina edilməsi barədə qərarını onunla əsaslandırmışdır ki, imza vərəqəsi və ona əlavə edilmiş sənədlərin yoxlanılması üçün işçi qrupuna cəlb edilmiş mütəxəssis tərəfindən verilmiş rəyə əsasən, təqdim edilmiş imza vərəqəsində olan 20 seçici imzasından 6-nın etibarsız hesab edilməsi səbəbindən etibarlı hesab edilən seçici imzalarının sayı namizədin qeydə alınması üçün kifayət etməmişdir.

Araşdırma prosesində müəyyən olunmuşdur ki, namizəd M.B.Eynullayevin namizədliyinin müdafiəsi üçün imza vərəqəsində adları olan 20 seçicidən 6-sı dairə seçki komissiyasına ərizə ilə müraciət edərək namizədin müdafiəsi üçün imzaların onlar tərəfindən edilmədiyini bildirmişlər.

İmzaları mübahisələndirilən şəxslərdən alınmış izahatlardan məlum olmuşdur ki, namizəd M.B.Eynullayevin namizədliyinin müdafiəsi üçün verilmiş imzalar onlar tərəfindən edilməmişdir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 57.4-cü maddəsinə görə, seçici imza vərəqəsində imza edərkən soyadını, adını, atasının adını, doğum tarixini, yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını və nömrəsini, verilmə tarixini, imza etdiyi tarixi göstərir. İmza edən seçicilər barəsində qeyd edilməsi zəruri hesab olunan məlumatlar imza toplayan şəxs tərəfindən imza vərəqələrinə daxil edilə bilər. Göstərilən məlumatlar əllə yazılır və onların yayılmamasına təminat verilir.

Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən namizədin qeydə alınması üçün zəruri olan sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş 12 dekabr 2014-cü il tarixli rəylər və protokoldan görünür ki, bələdiyyə üzvlüyünə namizəd M.B.Eynullayevinnamizəd kimi qeydə alınması üçün təqdim etdiyi imza vərəqəsində olan seçici imzaları Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydalara uyğun toplanılmamışdır. Namizəd tərəfindən toplanılmış 20 seçici imzasının 6-sı etibarsız hesab edilmişdir.

Seçki Məcəlləsinin 215.1.6-cı maddəsinə əsasən əhalisi 4.999-dan az olan ərazidə bələdiyyə üzvlüyünə namizəd kimi qeydə alınmaq üçün namizədliyi irəli sürülmüş hər bir vətəndaş 15 etibarlı seçici imzası toplamalıdır. Müvafiq icra hakimiyyəti orqanının təqdim etdiyi arayışla təsdiq olunur ki, Musakücə bələdiyyəsinin əhatə etdiyi ərazidə əhalinin sayı Seçki Məcəlləsinin yuxarıda qeyd edilən maddəsi ilə müəyyən edilmiş say həddindədir.

Beləliklə, hərtərəfli, obyektiv və qərəzsiz araşdırma ilə dairə seçki komissiyasının mübahisələndirilən qərarının ləğv edilməsi və şikayətin təmin edilməsi üçün hüquqi əsasların olmadığı müəyyən edilmişdir.

Göstərilənlərə əsasən şikayət əsassız olduğundan təmin edilməməli, 70 saylı Masallı şəhər seçki dairəsi dairə seçki komissiyasının M.B.Eynullayevin namizədliyinin Musakücə bələdiyyəsi üzvlüyünə qeydə alınmasından imtina edilməsi barədə 22 noyabr 2014-cü il tarixli 15/88 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Yuxarıda göstərilənlər əsas götürülərək Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 28.4-cü, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 215.1.6-cı, 216.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən   qərara alır: 

1. 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 70 saylı Masallı şəhər seçki dairəsindən Musakücə bələdiyyəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Eynullayev Məmmədağa Bəndalı oğlunun 12 dekabr 2014-cü il tarixli 20 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.

2. 70 saylı Masallı şəhər seçki dairəsi dairə seçki komissiyasının Eynullayev Məmmədağa Bəndalı oğlunun namizəd kimi qeydiyyatından imtina edilməsi barədə 22  noyabr 2014-cü il tarixli 15/88 saylı qərarı qüvvədə saxlanılsın.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

 Sədr   Məzahir Pənahov

Katib    Arifə Muxtarova

Katib    Mikayıl Rəhimov

15 Dekabr 2014, 09:12

http://www.azertag.net

10261—10270 / 10511

26 Fevral 2014, 14:02

"Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin 2014-cü il üçün Xərclər Smetası"nın təsdiq edilməsi haqqında   ətraflı...

26 Fevral 2014, 14:02

"Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarında dəyişikliklər edilməsi barədə   ətraflı...

26 Fevral 2014, 14:02

"Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarında dəyişikliklər edilməsi barədə   ətraflı...

26 Fevral 2014, 09:02

Avropa Şurasının “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasının təsdiq edilməsi barədə   ətraflı...

26 Fevral 2014, 09:02

“Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə   ətraflı...

26 Fevral 2014, 09:02

“Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə   ətraflı...

26 Fevral 2014, 09:02

Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə   ətraflı...

26 Fevral 2014, 09:02

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 111 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə   ətraflı...

26 Fevral 2014, 09:02

“Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Vergi Xidmətləri Rəhbərlərinin Əlaqələndirmə Şurası haqqında Əsasnamədə dəyişikliklər edilməsi barədə” Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının 2011-ci il 19 may tarixli Qərarının təsdiq edilməsi haqqında   ətraflı...

26 Fevral 2014, 09:02

A.A. Əli Zadənin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...