2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 dekabr 2014-cü il tarixli 19 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 54 saylı Şabran – Siyəzən seçki dairəsindən Pirəmsən bələdiyyəsi üzrə namizədliyi Azərbaycan Ümid Partiyası tərəfindən irəli sürülmüş Həsənov Seyfulla Sədri oğlu 2014-cü il dekabrın 11-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, müvafiq dairə seçki komissiyası tərəfindən namizədliyinin qeydə alınıb-alınmaması barədə ona sənəd təqdim edilmədiyini bildirmişdir.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
Araşdırma prosesində ərizəçi ilə əlaqə yaratmaq bütün cəhdlərə baxmayaraq, mümkün olmamışdır.
Dairə seçki komissiyası S.S.Həsənovun namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə qərarını onunla əsaslandırmışdır ki, namizəd tərəfindən təqdim edilmiş imza vərəqəsinə zəruri seçki sənədləri əlavə edilməmiş, bu barədə partiyanın səlahiyyətli nümayəndəsinə məlumat verilsə də, mövcud çatışmazlıqlar aradan qaldırılmamışdır. Buna görə də onun namizəd kimi qeydiyyata alınmasından imtina edilmişdir.
Müəyyən edilmişdir ki, S.S.Həsənov imza vərəqəsini müvafiq DSK-ya təqdim edərkən, Seçki Məcəlləsinin 58.1-ci maddəsində nəzərdə tutulmuş zəruri seçki sənədlərini ona əlavə etməmişdir.
Bundan başqa, Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən namizədin qeydə alınması üçün zəruri olan sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş 12 dekabr 2014-cü il tarixli rəylər və protokoldan görünür ki, bələdiyyə üzvlüyünə namizəd S.S.Həsənovun namizəd kimi qeydə alınması üçün təqdim edilmiş imza vərəqəsində olan seçici imzaları Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydalara uyğun toplanılmamışdır. Belə ki, namizəd tərəfindən toplanılmış 16 seçici imzasının 13-ü etibarsız hesab edilmişdir.
Seçki Məcəlləsinin 215.1.6-cı maddəsinə əsasən əhalisi 4.999-dan az olan ərazidə bələdiyyə üzvlüyünə namizəd kimi qeydə alınmaq üçün namizədliyi irəli sürülmüş hər bir vətəndaş 15 seçici imzası toplamalıdır. Müvafiq icra hakimiyyəti orqanının təqdim etdiyi arayışla təsdiq olunur ki, Pirəmsən bələdiyyəsinin əhatə etdiyi ərazidə əhalinin sayı Seçki Məcəlləsinin yuxarıda qeyd edilən maddəsi ilə müəyyən edilmiş say həddindədir.
Namizəd tərəfindən zəruri seçki sənədləri təqdim edilmədiyindən və imza vərəqəsində etibarlı hesab edilən imzaların sayı onun qeydə alınması üçün kifayət etmədiyindən S.S.Həsənovun namizəd kimi qeydə alınması üçün hüquqi əsaslar yaranmamışdır.
Beləliklə, hərtərəfli, obyektiv və qərəzsiz araşdırma ilə şikayətin təmin edilməməsi və dairə seçki komissiyasının mübahisələndirilən qərarının ləğv edilməməsi üçün hüquqi əsasların olması müəyyən edilmişdir.
Göstərilənlərə əsasən, şikayət əsassız olduğundan təmin edilməməli, 54 saylı Şabran – Siyəzən seçki dairəsindən namizədliyi irəli sürülmüş S.S.Həsənovun Pirəmsən bələdiyyəsi üzvlüyünə namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə DSK-nın 24 noyabr 2014-cü il tarixli 24/60 saylı qərarı qüvvədə saxlanılmalıdır.
Yuxarıda göstərilənlər əsas götürülərək Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 28.4-cü, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 215.1.6-cı, 216.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:
2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 54 saylı Şabran – Siyəzən seçki dairəsindən Pirəmsən bələdiyyəsi üzrə namizədliyi Azərbaycan Ümid Partiyası tərəfindən irəli sürülmüş Həsənov Seyfulla Sədri oğlunun 11 dekabr 2014-cü il tarixli 19 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.
54 saylı Şabran – Siyəzən seçki dairəsi dairə seçki komissiyasının Həsənov Seyfulla Sədri oğlunun namizəd kimi qeydiyyatından imtina etməsi barədə 24 noyabr 2014-cü il tarixli 24/60 saylı qərarı qüvvədə saxlanılsın.
Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
15 Dekabr 2014, 09:1227 İyul 2020, 18:07
Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında işsiz və işaxtaran kimi qeydiyyata alınmış şəxslərin özünüməşğulluq istiqamətinin seçilməsi və özünüməşğulluğun təşkili məqsədilə həyata keçirilən təlimləri keçmədən müvafiq əmlakla təmin edilməsi barədə ətraflı...
24 İyul 2020, 17:07
Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsi hesabına verilən güzəştlərin maliyyələşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
24 İyul 2020, 17:07
“Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
20 İyul 2020, 18:07
Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
20 İyul 2020, 18:07
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
20 İyul 2020, 18:07
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
20 İyul 2020, 18:07
A.Q.Kərimovun Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
20 İyul 2020, 18:07
A.Q.Kərimovun Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
20 İyul 2020, 18:07
Azərbaycan Respublikası Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətinin verilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
20 İyul 2020, 18:07
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 29 iyun tarixli 151-VIQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...