2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 dekabr 2014-cü il tarixli 19 saylı müraciətə baxılmasına dair

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 54 saylı Şabran – Siyəzən seçki dairəsindən Pirəmsən bələdiyyəsi üzrə namizədliyi Azərbaycan Ümid Partiyası tərəfindən irəli sürülmüş Həsənov Seyfulla Sədri oğlu 2014-cü il dekabrın 11-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, müvafiq dairə seçki komissiyası tərəfindən namizədliyinin qeydə alınıb-alınmaması barədə ona sənəd təqdim edilmədiyini bildirmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Araşdırma prosesində ərizəçi ilə əlaqə yaratmaq bütün cəhdlərə baxmayaraq, mümkün olmamışdır.

Dairə seçki komissiyası S.S.Həsənovun namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə qərarını onunla əsaslandırmışdır ki, namizəd tərəfindən təqdim edilmiş imza vərəqəsinə zəruri seçki sənədləri əlavə edilməmiş, bu barədə partiyanın səlahiyyətli nümayəndəsinə məlumat verilsə də, mövcud çatışmazlıqlar aradan qaldırılmamışdır. Buna görə də onun namizəd kimi qeydiyyata alınmasından imtina edilmişdir.

Müəyyən edilmişdir ki, S.S.Həsənov imza vərəqəsini müvafiq DSK-ya təqdim edərkən, Seçki Məcəlləsinin 58.1-ci maddəsində nəzərdə tutulmuş zəruri seçki sənədlərini ona əlavə etməmişdir.

Bundan başqa, Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən namizədin qeydə alınması üçün zəruri olan sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş 12 dekabr 2014-cü il tarixli rəylər və protokoldan görünür ki, bələdiyyə üzvlüyünə namizəd S.S.Həsənovun namizəd kimi qeydə alınması üçün təqdim edilmiş imza vərəqəsində olan seçici imzaları Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydalara uyğun toplanılmamışdır. Belə ki, namizəd tərəfindən toplanılmış 16 seçici imzasının 13-ü etibarsız hesab edilmişdir.

Seçki Məcəlləsinin 215.1.6-cı maddəsinə əsasən əhalisi 4.999-dan az olan ərazidə bələdiyyə üzvlüyünə namizəd kimi qeydə alınmaq üçün namizədliyi irəli sürülmüş hər bir vətəndaş 15 seçici imzası toplamalıdır. Müvafiq icra hakimiyyəti orqanının təqdim etdiyi arayışla təsdiq olunur ki,  Pirəmsən bələdiyyəsinin əhatə etdiyi ərazidə əhalinin sayı Seçki Məcəlləsinin yuxarıda qeyd edilən maddəsi ilə müəyyən edilmiş say həddindədir.

Namizəd tərəfindən zəruri seçki sənədləri təqdim edilmədiyindən və imza vərəqəsində etibarlı hesab edilən imzaların sayı onun qeydə alınması üçün kifayət etmədiyindən S.S.Həsənovun namizəd kimi qeydə alınması üçün hüquqi əsaslar yaranmamışdır.

Beləliklə, hərtərəfli, obyektiv və qərəzsiz araşdırma ilə şikayətin təmin edilməməsi və dairə seçki komissiyasının mübahisələndirilən qərarının ləğv edilməməsi üçün hüquqi əsasların olması müəyyən edilmişdir.

Göstərilənlərə əsasən, şikayət əsassız olduğundan təmin edilməməli,  54 saylı Şabran – Siyəzən seçki dairəsindən namizədliyi irəli sürülmüş S.S.Həsənovun Pirəmsən bələdiyyəsi üzvlüyünə namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə DSK-nın 24 noyabr 2014-cü il tarixli 24/60 saylı qərarı qüvvədə saxlanılmalıdır.

Yuxarıda göstərilənlər əsas götürülərək Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 28.4-cü, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 215.1.6-cı, 216.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:

2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 54 saylı Şabran – Siyəzən seçki dairəsindən Pirəmsən bələdiyyəsi üzrə namizədliyi Azərbaycan Ümid Partiyası tərəfindən irəli sürülmüş Həsənov Seyfulla Sədri oğlunun 11 dekabr 2014-cü il tarixli 19 saylı müraciəti əsassız olduğundan  təmin edilməsin.

54 saylı Şabran – Siyəzən seçki dairəsi dairə seçki komissiyasının Həsənov Seyfulla Sədri oğlunun namizəd kimi qeydiyyatından imtina etməsi barədə 24 noyabr 2014-cü il tarixli 24/60 saylı qərarı qüvvədə saxlanılsın.

Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr   Məzahir Pənahov

Katib    Arifə Muxtarova

Katib    Mikayıl Rəhimov

15 Dekabr 2014, 09:12

http://www.azertag.net

10371—10380 / 10511

30 Yanvar 2014, 09:01

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 13 fevral tarixli 29 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət fitosanitar nəzarəti xidmətinin işçilərinin fərqləndirici nişanı olan geyiminin və xüsusi vəsiqələrinin formaları və təmin edilmə Qaydası"nda dəyişikliklər edilməsi barədə   ətraflı...

30 Yanvar 2014, 09:01

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 6 noyabr tarixli 173 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının, dənizçilik təhsil müəssisələrinin, gəmiçilik sahəsində fəaliyyət göstərən və donanmaya malik olan müəssisə, təşkilat və şirkətlərin işçilərinin və Azərbaycan Respublikası Dövlət bayrağı altında üzən mülki gəmilərin heyət üzvlərinin xidməti geyim formalarının və fərqlənmə nişanlarının təsviri və onların təchizatına dair Qaydalar"da dəyişiklik edilməsi barədə   ətraflı...

30 Yanvar 2014, 09:01

"Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarında dəyişiklik edilməsi haqqında   ətraflı...

30 Yanvar 2014, 09:01

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının və onların struktur elementlərinin ləğv edilməsi barədə   ətraflı...

30 Yanvar 2014, 09:01

Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında.Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

28 Yanvar 2014, 11:01

"Malların beynəlxalq və daxili tranzit xüsusi gömrük prosedurları altında yerləşdirilərək daşınması Qaydaları"nın təsdiq edilməsi haqqında   ətraflı...

28 Yanvar 2014, 11:01

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında   ətraflı...

28 Yanvar 2014, 11:01

"Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarında dəyişiklik edilməsi haqqında   ətraflı...

28 Yanvar 2014, 11:01

"Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında   ətraflı...

28 Yanvar 2014, 11:01

"Malların preferensial və qeyri-preferensial mənşəyinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında   ətraflı...