2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 dekabr 2014-cü il tarixli 18 saylı müraciətə baxılmasına dair

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 111 saylı Zaqatala – Balakən seçki dairəsindən Zaqatala bələdiyyəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İsmayılov Mübariz İsaq oğlu 11 dekabr 2014-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək namizədliyinin qeydə alınması üçün zəruri olan sayda seçici imzası toplayaraq imza vərəqəsi və ona əlavə edilmiş sənədləri dairə seçki komissiyasına təqdim etsə də onun namizədliyinin qeydə alınıb-alınmaması barədə qərarın ona təqdim edilməməsini bildirərək hüquqlarının bərpa edilməsini və dairə seçki komissiyası rəhbərləri barəsində müvafiq tədbir görülməsini xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimata uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından təqdim edilmiş 23 noyabr 2014-cü il tarixli Aktın surətindən müəyyən edilir ki, 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 111 saylı Zaqatala – Balakən seçki dairəsindən Zaqatala bələdiyyəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş M.İ.İsmayılov bələdiyyə üzvlüyünə namizədliyinin qeydə alınması üçün imza vərəqəsi və ona əlavə edilmiş digər sənədləri dairə seçki komissiyasına 23 noyabr 2014-cü ildə təqdim etmişdir. M.İ.İsmayılov bu barədə tərtib edilmiş müvafiq Aktı imzalamaqdan imtina etmişdir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58.1-ci maddəsinə əsasən irəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək seçki sənədlərini müvafiq seçki komissiyasına təqdim etməlidir. 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində namizədliyin qeydə alınması üçün imza vərəqələri və ona əlavə edilmiş digər sənədlərin dairə seçki komissiyasına təqdim edilməsi müddəti 22 noyabr 2014-cü il saat 18:00-da başa çatmışdır.

“Bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədin müdafiəsi üçün seçici imzalarının toplanması, imza vərəqələrinin və onlara əlavə edilməli olan sənədlərin dairə seçki komissiyasına təqdim edilməsi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə görə yuxarıda göstərilən müddətdən sonra təqdim olunan imza vərəqələri və onlara əlavə edilməli olan sənədlər qanunla müəyyən edilmiş müddətdə verilmiş müvafiq sənədlərin doğurduğu hüquqi nəticəni yaratmır. Dairə seçki komissiyası bu halı öz qərarı ilə rəsmiləşdirməlidir.

111 saylı Zaqatala–Balakən seçki dairəsinin dairə seçki komissiyasının 24 noyabr 2014-cü il tarixli 14/37 saylı qərarı ilə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş M.İ.İsmayılovun Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinin pozulması ilə təqdim etdiyi sənədlər geri qaytarılmışdır.

Qeyd edilməsi zəruridir ki, M.İ.İsmayılov 04 dekabr 2014-cü ildə Mərkəzi Seçki Komissiyasına teleqram göndərərək sənədlərini 111 saylı DSK-ya gec təqdim etməsini etiraf etmiş və gecikməni nəzərə alaraq qeydiyyata alınmasını xahiş etmişdir.

Müraciət etmiş şəxsə araşdırılma aparılması barədə məlumat verilməsi və komissiyanın iclasına dəvət edilməsi onun respublikadan kənarda olması ilə əlaqədar mümkün olmamışdır.

Beləliklə, hərtərəfli, obyektiv və qərəzsiz araşdırma ilə müraciətin təmin edilməsi və dairə seçki komissiyasının qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir.

Göstərilənlərə əsasən şikayət əsassız olduğundan təmin edilməməli, 111 saylı Zaqatala – Balakən seçki dairəsi dairə seçki komissiyasının M.İ.İsmayılovun namizədliyin qeydə alınması üçün Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinin pozulması ilə təqdim etdiyi sənədlərin geri qaytarılması barədə 24 noyabr 2014-cü il tarixli 14/37 saylı qərarı qüvvədə saxlanılmalıdır.

Yuxarıda göstərilənlər əsas götürülərək Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 28.4-cü, 58.1-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:

1. 111 saylı Zaqatala – Balakən seçki dairəsindən Zaqatala bələdiyyəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İsmayılov Mübariz İsaq oğlunun 11 dekabr 2014-cü il tarixli 18 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.

2. 111 saylı Zaqatala – Balakən seçki dairəsi dairə seçki komissiyasının İsmayılov Mübariz İsaq oğlu barəsində 24 noyabr 2014-cü il tarixli 14/37 saylı qərarı qüvvədə saxlanılsın.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr           Məzahir Pənahov

Müavin        Natiq Məmmədov

 

Katib           Arifə Muxtarova

 

Üzvlər         Şaitdin Əliyev

                  Fuad Cavadov

                  Ramiz İbrahimov

                 Validə Kazımova

                 Qabil Orucov

                  Tofiq Həsənov

                  İlham Məmmədov

                  Azər Tağıyev

                  Tamam Cəfərova

                  Bəxşeyiş Əsgərov

                  Etibar Quliyev

12 Dekabr 2014, 09:12

http://www.azertag.net

8351—8360 / 10511

19 İyun 2015, 09:06

L.M. Qranovskayaya “Əməkdar elm xadimi” fəxri adının verilməsi haqqında   ətraflı...

18 İyun 2015, 09:06

“Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirlərinin təsdiq edilməsi barədə   ətraflı...

18 İyun 2015, 09:06

Azərbaycan Respublikasının səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında   ətraflı...

18 İyun 2015, 09:06

Azərbaycan Respublikasının səhiyyə işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında   ətraflı...

18 İyun 2015, 09:06

A.Ə. Pənahovanın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında   ətraflı...

18 İyun 2015, 09:06

Patrik Hikkinin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

18 İyun 2015, 09:06

“Azərbaycan Respublikasının Ağcabədi, Ağdam, Ağdaş, Astara, Bərdə, Cəlilabad, Gədəbəy, Göyçay, Xaçmaz, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Quba, Laçın, Tərtər, Ucar və Zaqatala rayonlarının bəzi kəndlərinin adlarının dəyişdirilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 29 may tarixli 1300-IVQ nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

18 İyun 2015, 09:06

Azərbaycan Respublikasının Ağcabədi, Ağdam, Ağdaş, Astara, Bərdə, Cəlilabad, Gədəbəy, Göyçay, Xaçmaz, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Quba, Laçın, Tərtər, Ucar və Zaqatala rayonlarının bəzi kəndlərinin adlarının dəyişdirilməsi barədə   ətraflı...

9 İyun 2015, 12:06

Bakı şəhərində keçirilən I Avropa Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında   ətraflı...

9 İyun 2015, 12:06

Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilən I Avropa Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında   ətraflı...