2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 04 dekabr 2014-cü il tarixli 16 saylı müraciətə baxılmasına dair

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 71 saylı Masallı kənd seçki dairəsindən Qızılağac bələdiyyəsi üzrə namizədliyi özü tərəfindən irəli sürülmüş Kərimli Kərim Fazil oğlu Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyası qərarının əsassız olmasını bildirmiş və müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Araşdırma prosesində ərizəçi ilə əlaqə yaradılmış, araşdırmada iştirak etmək hüququ barədə ona məlumat verilmişdir.

Vətəndaş K.F.Kərimli şikayətini onunla əsaslandırmışdır ki, 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 71 saylı Masallı kənd seçki dairəsindən Qızılağac bələdiyyəsi üzrə namizədliyini irəli sürmüş, həmin bələdiyyə ərazisində seçicilərin imzasını toplayaraq imza vərəqəsini və ona əlavə edilmiş digər zəruri sənədləri dairə seçki komissiyasına təqdim etmiş, ancaq dairə seçki komissiyası əsassız olaraq onun namizəd kimi qeydə alınmasından imtina etmişdir.

Dairə seçki komissiyası K.F.Kərimlinin namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə qərarını onunla əsaslandırmışdır ki, imza vərəqəsi və ona əlavə edilmiş sənədlərin yoxlanılması üçün işçi qrupuna cəlb edilmiş mütəxəssis tərəfindən verilmiş rəyə əsasən təqdim edilmiş imza vərəqəsindəki 44 seçici imzasının heç birinin qoyulma tarixi, eləcə də imza edən şəxslərin şəxsiyyət vəsiqələrinin verilmə tarixi qeyd edilməmişdir. Buna görə də imzalar etibarsız hesab edilmiş və seçici imzalarının sayı namizədin qeydə alınması üçün kifayət etməmişdir.

Araşdırma prosesində Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən namizədin qeydə alınması üçün zəruri olan sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş 05 dekabr 2014-cü il tarixli rəylər və protokoldan görünür ki, bələdiyyə üzvlüyünə namizəd K.F.Kərimlinin namizəd kimi qeydə alınması üçün təqdim etdiyi imza vərəqəsində olan seçici imzaları Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydalara uyğun toplanılmışdır. Belə ki, namizəd tərəfindən toplanılmış 44 seçici imzasının hamısı etibarlı hesab edilmişdir.

Seçki Məcəlləsinin 215.1.5-ci maddəsinə əsasən, əhalisi 4.999-dan çox olan ərazidə bələdiyyə üzvlüyünə namizəd kimi qeydə alınmaq üçün namizədliyi irəli sürülmüş hər bir vətəndaş 30 seçici imzası toplamalıdır. Müvafiq icra hakimiyyəti orqanının təqdim etdiyi arayışla təsdiq olunur ki, Qızılağac bələdiyyəsinin əhatə etdiyi ərazidə əhalinin sayı Seçki Məcəlləsinin yuxarıda qeyd edilən maddəsi ilə müəyyən edilmiş say həddindədir.

Namizədin təqdim etdiyi imza vərəqəsində etibarlı hesab edilən imzaların sayı onun qeydə alınması üçün kifayət etdiyindən, K.F.Kərimlinin namizəd kimi qeydə alınması üçün hüquqi əsaslar yaranmışdır.

Beləliklə, hərtərəfli, obyektiv və qərəzsiz araşdırma ilə dairə seçki komissiyasının mübahisələndirilən qərarının ləğv edilməsi və şikayətin təmin edilməsi üçün hüquqi əsasların olması müəyyən edilmişdir.

Göstərilənlərə əsasən şikayət əsaslı olduğundan təmin edilməli, 71 saylı Masallı kənd seçki dairəsi dairə seçki komissiyasının K.F.Kərimlinin Qızılağac bələdiyyəsi üzvlüyünə namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə 24 noyabr 2014-cü il tarixli 18/65 saylı qərarı ləğv edilməli, o, həmin seçki dairəsindən bələdiyyə üzvlüyünə namizəd kimi qeydə alınmalıdır.

Yuxarıda göstərilənlər əsas götürülərək Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 28.4-cü, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 215.1.5-ci, 216.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:

1. 71 saylı Masallı kənd seçki dairəsindən Qızılağac bələdiyyəsi üzrə namizədliyi özü tərəfindən irəli sürülmüş Kərimli Kərim Fazil oğlunun 04 dekabr 2014-cü il tarixli 16 saylı müraciəti təmin edilsin, onun namizəd kimi qeydə alınmasından imtinaya dair müvafiq dairə seçki komissiyasının 24 noyabr 2014-cü il tarixli 18/65 saylı qərarı ləğv edilsin.

2. 71 saylı Masallı kənd seçki dairəsindən Qızılağac bələdiyyəsi üzrə namizədliyi özü tərəfindən irəli sürülmüş Kərimli Kərim Fazil oğlu bələdiyyə üzvlüyünə namizəd kimi qeydə alınsın.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

8 Dekabr 2014, 09:12

http://www.azertag.net

9661—9670 / 10511

25 İyul 2014, 09:07

Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında   ətraflı...

25 İyul 2014, 09:07

Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı   ətraflı...

25 İyul 2014, 09:07

“Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi barədə   ətraflı...

25 İyul 2014, 09:07

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında   ətraflı...

25 İyul 2014, 09:07

“Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 27 nömrəli Fərmanının ləğv edilməsi haqqında   ətraflı...

25 İyul 2014, 09:07

“Qrant haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 720 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında   ətraflı...

25 İyul 2014, 09:07

“Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Əsasnaməsinin və prokurorluq işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 oktyabr tarixli 138 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə   ətraflı...

25 İyul 2014, 09:07

“Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 24 dekabr tarixli 232 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında   ətraflı...

25 İyul 2014, 09:07

“Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsindəəməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə   ətraflı...

25 İyul 2014, 09:07

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə   ətraflı...