2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərindəəraziləri bir neçə seçki dairəsi arasında bölünmüş bələdiyyələrə keçirilən seçkilərin yekunlarının müəyyən olunmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində əraziləri bir neçə seçki dairəsi arasında bölünmüş bələdiyyələrə keçirilən seçkilərin yekunlarının müəyyən olunması məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 29.4-cü və 238-ci maddələrinə uyğun olaraq qərara alır:
1.2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində əraziləri bir neçə seçki dairəsi arasında bölünmüş bələdiyyələr üzrə səsvermənin yekunlarına dair dairə seçki komissiyaları protokollarının tərtib edilməsi “Əraziləri seçki dairələri arasında bölünmüş bələdiyyələr üzrə səsvermə protokollarının tərtibinə dair Cədvəl”ə uyğun olaraq müəyyən olunsun (cədvəl əlavə edilir).
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
Əraziləri seçki dairələri arasında bölünmüş bələdiyyələr üzrə
səsvermə protokollarının tərtibinə dair
C Ə D V Ə L
Səsvermə protokollarını tərtib etməli olan DSK-lar |
Barələrində səsvermə protokolları tərtib olunacaq bələdiyyələrin adı |
8 - Binəqədi I |
Binəqədi |
17 - Yasamal III |
Yasamal |
19 - Nərimanov I |
Nərimanov |
21 - Nəsimi I |
Nəsimi |
25 - Nizami II |
Nizami |
28 - Sabunçu III |
Zabrat |
29 - Səbail |
Səbail |
31 - Suraxanı II |
Qaraçuxur |
36 - Xətai IV |
Xətai |
38 - Nizami II (Gəncə) |
Nizami |
39 - Kəpəz I (Gəncə) |
Kəpəz |
41 - Sumqayıt I |
Sumqayıt |
47 - Mingəçevir |
Mingəçevir |
113 - Şəki şəhər |
Şəki |
Cəmi: 14 dairə |
|
23 Aprel 2014, 09:04
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 4 aprel tarixli 935-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
23 Aprel 2014, 09:04
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
23 Aprel 2014, 09:04
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 4 aprel tarixli 936-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
22 Aprel 2014, 17:04
Keçəçioğlu Məhəmmədin 150 illik yubileyinin keçirilməsi haqqında ətraflı...
22 Aprel 2014, 17:04
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...
22 Aprel 2014, 17:04
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası əməkdaşlarına “Əməkdar Müəllim” fəxri adının verilməsi haqqında ətraflı...
22 Aprel 2014, 14:04
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş "Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları"nda dəyişiklik edilməsi barədə ətraflı...
22 Aprel 2014, 14:04
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş "Magistratura təhsilinin məzmunu, təşkili və "magistr" dərəcələrinin verilməsi Qaydaları"nda dəyişiklik edilməsi barədə ətraflı...
22 Aprel 2014, 14:04
"Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...
22 Aprel 2014, 14:04
Azərbaycan Milli Elmlər Akademiyasının bəzi məsələləri haqqında ətraflı...