Azərbaycan Beynəlxalq 20-ci “BakuTel–2014” telekommunikasiya və informasiya texnologiyaları sərgisi və konfransının iştirakçılarına

Hörmətli sərgi və konfrans iştirakçıları!

Sizi ölkəmizin paytaxtı Bakı şəhərində səmimi qəlbdən salamlayır, Azərbaycan Beynəlxalq 20-ci “BakuTel–2014” telekommunikasiya və informasiya texnologiyaları yubiley sərgisi və konfransının işinə müvəffəqiyyətlər arzulayıram.

Son illər gerçəkləşdirilən mühüm layihələr Azərbaycanın dayanıqlı və şaxələnmiş iqtisadi potensialını daha da gücləndirmişdir. Ölkə iqtisadiyyatının prioritet hədəflərdən olan informasiya-kommunikasiya texnologiyalarının inkişafında yüksək göstəricilər əldə edilmişdir və indi əhalinin əksəriyyəti genişzolaqlı internet istifadəçisidir.

“Azərspace–1” ilk telekommunikasiya peykinin orbitə çıxarılması nəticəsində kosmik ölkələr sırasına qoşulan ölkəmizin təşəbbüskarı olduğu “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsi Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının qətnamələri ilə dəstəklənmişdir və mərhələlərlə reallaşdırılmaqdadır. İnformasiya cəmiyyətinin inkişafına dair 2014–2020-ci illər üçün Milli Strategiyanın qəbul edilməsi dövlətimizin bu sahədə siyasətinin ardıcıl xarakter daşıdığının bariz nümunəsidir.

“BakuTel” sərgi və konfransı artıq öz uğurlu fəaliyyətinin 20 illiyini qeyd edir. Bu ənənəvi tədbiriniz ötən dövr ərzində qabaqcıl texnoloji nailiyyətlərin və yeniliklərin təqdimatına, biznes əlaqələrinin qurulmasına, təcrübə mübadiləsinə və eləcə də ölkəmizlə yaxından tanışlığa imkan verən tribunaya çevrilmişdir. Şərqlə Qərb və Şimalla Cənub arasında körpü təşkil edən Azərbaycanın tarixi İpək Yolunun virtual məkana keçirilməsinə dair təşəbbüsü mötəbər beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilmişdir.

İnanıram ki, sərgi və konfrans çərçivəsində aparacağınız səmərəli müzakirələr qarşılıqlı əlaqələrin daha da dərinləşdirilməsinə töhfələr verəcəkdir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 1 dekabr 2014-cü il.

2 Dekabr 2014, 09:12

http://www.azertag.net

4091—4100 / 10511

19 Fevral 2018, 08:02

İcbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin genişləndirilməsi və “Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

19 Fevral 2018, 08:02

“Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1181 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

16 Fevral 2018, 08:02

Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

16 Fevral 2018, 08:02

Q.V.Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

16 Fevral 2018, 08:02

R.Y.Rzayevin Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

16 Fevral 2018, 08:02

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

16 Fevral 2018, 08:02

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

16 Fevral 2018, 08:02

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 20 iyul tarixli 544 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

15 Fevral 2018, 08:02

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi üçün əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

15 Fevral 2018, 08:02

“2018–2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...