“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununu nəzərə alaraq qərara alır:

“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 12, maddə 984; 2007, № 6, maddə 562, № 10, maddə 938, № 12, maddə 1196; 2009, № 6, maddə 404, № 7, maddələr 507, 517; 2010, № 10, maddə 839) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.2-ci maddənin ikinci cümləsində “qanunvericiliyə” sözü “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə” sözləri ilə əvəz edilsin;

2. 4.1-ci maddədə “öz” sözü “bu Qanunla müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

3. 5.0.4-cü maddədə “qanunvericiliyə” sözü “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa” sözləri ilə əvəz edilsin;

4. 8.2-ci maddədə “qanunvericiliklə” sözü “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu” sözləri ilə, “dövlət qeydiyyatına alınır” sözləri “Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilir” sözləri ilə əvəz edilsin;

5. 8.3-cü maddə ləğv edilsin;

6. 9.3-cü maddədə “edə bilər” sözləri “edir” sözü ilə əvəz edilsin;

7. 15.3-cü maddədən “səlahiyyətləri daxilində” sözləri çıxarılsın;

8. 16.3-cü maddədə “bağlanıla bilər” sözləri “bağlanır” sözü ilə əvəz edilsin;

9. 17.2-ci maddədə “edə bilər” sözləri “edir” sözü ilə əvəz edilsin;

10. 18.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“18.2. Normativ hüquqi aktda Mərkəzi Bank, o cümlədən bank sistemi və bank fəaliyyəti ilə bağlı normativ göstərişlər və (və ya) tapşırıqlar olduqda, həmin layihə normayaratma orqanına təqdim edilməzdən əvvəl Mərkəzi Bankla razılaşdırılmalıdır.”;

11. 22.0.11-ci maddədə “qanunvericiliklə” sözü “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə” sözləri ilə əvəz edilsin;

12. 25.1-ci maddədə “oluna bilər” sözləri “olunur” sözü ilə əvəz edilsin;

13. 25.2-ci maddədə “qanunvericiliklə” sözü “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə” sözləri ilə əvəz edilsin;

14. 30.1-ci maddədə “apara bilər” sözləri “aparır” sözü ilə əvəz edilsin;

15. 32.1-ci maddədə “verə bilər” sözləri “verir” sözü ilə əvəz edilsin;

16. 32.2-ci maddədə “tətbiq edə bilər” sözləri “tətbiq edir” sözləri ilə əvəz edilsin;

17. 34-cü maddədə “cəlb edə” sözləri “cəlb edir” sözləri ilə, “yerləşdirə bilər” sözləri “yerləşdirir” sözü ilə əvəz edilsin;

18. 36.5-ci maddədə “qanunvericiliyinə” sözü “Cinayət Məcəlləsinə” sözləri ilə əvəz edilsin;

19. 38.2-ci maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Yubiley və xatirə pul nişanlarının tədavülə buraxılması haqqında qərarı Mərkəzi Bankın İdarə Heyəti qəbul edir.”;

20. 40-cı maddənin üçüncü cümləsində “müəyyənləşdirə bilər” sözləri “müəyyənləşdirilir” sözü ilə əvəz edilsin;

21. 46.4-cü maddədə “edə bilər” sözləri “edir” sözü ilə əvəz edilsin;

22. 46.5-ci maddədə “qanunvericilikdə” sözü “İnformasiya əldə etmək haqqında” və “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının qanunlarında” sözləri ilə, “açıqlaya bilər” sözləri “açıqlayır” sözü ilə əvəz edilsin;

23. 48.1.8-ci maddədə “qanunvericiliklə” sözü “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” və “Poçt haqqında” Azərbaycan Respublikasının qanunları ilə” sözləri ilə əvəz edilsin;

24. 48.1.10-cu və 48.1.11-ci maddələrdə “qanunla” sözü “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda” sözləri ilə əvəz edilsin;

25. 48.1.12-ci maddədə “qanunvericiliyə” sözü “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa” sözləri ilə əvəz edilsin;

26. 49-1.2-ci və 51.2-ci maddələrdə “edə bilər” sözləri “edir” sözü ilə əvəz edilsin;

27. 54.7-ci maddədə “qanunvericiliklə” sözü “Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə” sözləri ilə əvəz edilsin;

28. 55.0.3-cü maddədə “üçün zəruri olan hallar” sözləri “məqsədləri” sözü ilə əvəz edilsin;

29. 60-cı maddədə “qanunvericilikdə” sözü “Dövlət sirri haqqında” və “Banklar haqqında” Azərbaycan Respublikasının qanunlarında” sözləri ilə əvəz edilsin;

30. 62-ci maddədə “qanunvericilikdə” sözü “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununda” sözləri ilə əvəz edilsin;

31. 63-cü maddədən “zəruri” sözü çıxarılsın və həmin maddədə “ala bilər” sözləri “alır” sözü ilə əvəz edilsin;

32. 64.3-cü maddədə “etdirə bilər” sözləri “etdirir” sözü ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 28 oktyabr 2014-cü il.

2 Dekabr 2014, 09:12

http://www.azertag.net

2661—2670 / 10511

22 İyul 2019, 08:07

İtaliya Respublikasının Neapol şəhərində keçirilən Tələbələrin XXX Ümumdünya Yay Universiadasında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

5 İyul 2019, 08:07

“Texniki yardım və qrant alınmasına dair sazişlərin bağlanması və təsdiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 aprel tarixli 388 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

5 İyul 2019, 08:07

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

5 İyul 2019, 08:07

Minsk şəhərində keçirilən II Avropa Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

4 İyul 2019, 08:07

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

4 İyul 2019, 08:07

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1627-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

4 İyul 2019, 08:07

Azərbaycan Respublikası Prezidentinin “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1997-ci il 7 aprel tarixli 568 nömrəli, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 16 noyabr tarixli 312 nömrəli, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 24 fevral tarixli 373 nömrəli və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 6 mart tarixli 377 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

4 İyul 2019, 08:07

Azərbaycan Respublikası Prezidentinin “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 5 avqust tarixli 1569 nömrəli, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 18 iyul tarixli 213 nömrəli və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 24 avqust tarixli 233 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

4 İyul 2019, 08:07

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

4 İyul 2019, 08:07

“Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqları və sərhəd hərbi dəniz bayraqları haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...