2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 27 noyabr 2014-cü il tarixli 15 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 28 saylı Sabunçu üçüncü seçki dairəsindən Zabrat bələdiyyəsi üzrə namizədliyi Ümid Partiyası tərəfindən irəli sürülmüş Əhmədov Nizami Yusif oğlu 27 noyabr 2014-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyası qərarının əsassız olmasını bildirmiş və müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Araşdırma prosesində ərizəçi ilə əlaqə yaradılmış, araşdırmada iştirak etmək hüququ barədə ona məlumat verilmişdir.

Vətəndaş N.Y.Əhmədov şikayətini onunla əsaslandırmışdır ki, 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 28 saylı Sabunçu üçüncü seçki dairəsindən Zabrat bələdiyyəsi üzrə namizədliyi irəli sürülmüş, həmin bələdiyyə ərazisində seçicilərin imzasını toplayaraq imza vərəqəsini və ona əlavə edilmiş digər zəruri sənədləri DSK-ya təqdim etmiş, ancaq dairə seçki komissiyası əsassız olaraq onun namizəd kimi qeydə alınmasından imtina etmişdir.

Dairə seçki komissiyası N.Y.Əhmədovun namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə qərarını onunla əsaslandırmışdır ki, imza vərəqəsi və ona əlavə edilmiş sənədlərin yoxlanılması üçün işçi qrupuna cəlb edilmiş mütəxəssis tərəfindən verilmiş rəyə əsasən təqdim edilmiş imza vərəqəsində olan 100 seçici imzasından 29-u etibarsız, 71-i isə etibarlı hesab edilmişdir. Ona görə də etibarlı hesab edilən seçici imzalarının sayı namizədin qeydə alınması üçün kifayət etməmişdir.

Araşdırma prosesində Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən namizədin qeydə alınması üçün zəruri olan sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş 27 noyabr 2014-cü il tarixli rəylər və protokoldan görünür ki, bələdiyyə üzvlüyünə namizəd N.Y.Əhmədovun namizəd kimi qeydə alınması üçün təqdim etdiyi imza vərəqəsində olan seçici imzaları Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydalara uyğun toplanılmışdır. Belə ki, namizəd tərəfindən toplanılmış 100 seçici imzasından 93-ü etibarlı hesab edilmişdir.

Seçki Məcəlləsinin 215.1.5-ci maddəsinə əsasən, əhalisi 19.999-dan çox olan ərazidə bələdiyyə üzvlüyünə namizəd kimi qeydə alınmaq üçün namizədliyi irəli sürülmüş hər bir vətəndaş 75 seçici imzası toplamalıdır. Müvafiq icra hakimiyyəti orqanının təqdim etdiyi arayışla təsdiq olunur ki, Zabrat bələdiyyəsinin əhatə etdiyi ərazidə əhalinin sayı Seçki Məcəlləsinin yuxarıda qeyd edilən maddəsi ilə müəyyən edilmiş say həddindədir.

Namizədin təqdim etdiyi imza vərəqəsində etibarlı hesab edilən imzaların sayı qeydə alınması üçün kifayət etdiyindən, onun namizəd kimi qeydə alınması üçün hüquqi əsaslar yaranmışdır.

Beləliklə, hərtərəfli, obyektiv və qərəzsiz araşdırma ilə dairə seçki komissiyasının mübahisələndirilən qərarının ləğv edilməsi və şikayətin təmin edilməsi üçün hüquqi əsasların olması müəyyən edilmişdir.

Göstərilənlərə əsasən şikayət əsaslı olduğundan təmin edilməli, 28 saylı Sabunçu üçüncü seçki dairəsi dairə seçki komissiyasının N.Y.Əhmədovun Zabrat bələdiyyəsi üzvlüyünə namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə 22 noyabr 2014-cü il tarixli 17/56 saylı qərarı ləğv edilməli, o, həmin seçki dairəsindən bələdiyyə üzvlüyünə namizəd kimi qeydə alınmalıdır.

Yuxarıda göstərilənlər əsas götürülərək Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 28.4-cü, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 215.1.5-ci, 216.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara aIır:

1. 28 saylı Sabunçu üçüncü seçki dairəsindən Zabrat bələdiyyəsi üzrə namizədliyi Ümid Partiyası tərəfindən irəli sürülmüş Əhmədov Nizami Yusif oğlunun 27 noyabr 2014-cü il tarixli 15 saylı müraciəti təmin edilsin, onun namizəd kimi qeydə alınmasından imtinaya dair müvafiq dairə seçki komissiyasının 22 noyabr 2014-cü il tarixli 17/56 saylı qərarı ləğv edilsin.

2. 28 saylı Sabunçu üçüncü seçki dairəsindən Zabrat bələdiyyəsi üzrə namizədliyi Ümid Partiyası tərəfindən irəli sürülmüş Əhmədov Nizami Yusif oğlu bələdiyyə üzvlüyünə namizəd kimi qeydə alınsın.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

 Sədr     Məzahir Pənahov

Katib     Arifə Muxtarova

Katib     Mikayıl Rəhimov

1 Dekabr 2014, 09:12

http://www.azertag.net

711—720 / 10511

6 May 2022, 15:05

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

6 May 2022, 07:05

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 256 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı   ətraflı...

5 May 2022, 14:05

Mərkəzi Nəbatat Bağının ərazisində abadlıq, yenidənqurma və tikinti işlərinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

5 May 2022, 12:05

“Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğının söndürülməsi zamanı fərqlənmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

4 May 2022, 15:05

“Antiinhisar fəaliyyəti haqqında”, “Yeyinti məhsulları haqqında” və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

4 May 2022, 15:05

V.M.Quliyevin Azərbaycan Respublikasının Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

4 May 2022, 15:05

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

28 Aprel 2022, 08:04

Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Reqlamentinin və Ümumdünya Radiorabitə Konfransının Yekun Aktlarının təsdiq edilməsi haqqında   ətraflı...

28 Aprel 2022, 08:04

Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

28 Aprel 2022, 08:04

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...