Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin üçüncü görüşünün iştirakçılarına
Hörmətli görüş iştirakçıları!
Əziz qonaqlar!
Sizi Bakı şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin üçüncü görüşünün öz işinə başlaması münasibətilə təbrik edir, hər birinizə ölkələrinizin gələcəyi naminə fəaliyyətinizdə uğurlar arzulayıram.
Türkdilli ölkələrlə əməkdaşlığın daim yüksələn xətlə inkişaf etdirilməsi Azərbaycan dövləti üçün həmişə mühüm əhəmiyyət daşımışdır. Əməkdaşlıq Şurası çərçivəsində birgə həyata keçirilən çoxsaylı layihələr ölkələrimiz və xalqlarımız arasında tarixi-mədəni əlaqələrin dərinləşməsinə xidmət göstərir. Əsrlər boyu formalaşmış ənənələrimizin gələcək nəsillərə layiqincə çatdırılmasında təhsilin misilsiz rolunu nəzərə alaraq bu sahədə aparılan siyasəti təqdirəlayiq hal kimi yüksək qiymətləndirirəm. İnanıram ki, artıq müntəzəm şəkil alan görüşləriniz dostluq və qardaşlıq münasibətlərimizin daha da genişlənməsi baxımından yeni imkanlar yaradacaqdır.
Son illər ərzində Türk Universitetlər Birliyinin qurulması, Türk Akademiyasının təsis olunması və eləcə də bu qəbildən digər müştərək layihələr türkdilli ölkələrin əməkdaşlığının yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Hazırda ölkəmizdə təhsil sahəsində islahatların “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq reallaşdırılması keyfiyyətcə yeni mərhələnin başlanmasının bariz nümunəsidir. Qardaş türkdilli dövlətlərin bu istiqamətdə nailiyyətlərinin, müsbət təcrübələrinin öyrənilməsinin tərəflər üçün faydalı olacağına və ölkələrimizin təhsil sisteminə layiqli töhfələr verəcəyinə əminəm.
Ümidvaram ki, görüş zamanı müzakirə olunacaq problemlər, aparılacaq fikir mübadiləsi və qəbul ediləcək qərarlar ölkələrimiz arasında təhsil üzrə əməkdaşlığın yeni inkişaf perspektivlərini müəyyənləşdirərək cəmiyyətlərimizin daha da yetkinləşməsi istiqamətində əhəmiyyətli addım olacaqdır.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 noyabr 2014-cü il.
1 Dekabr 2014, 09:1227 Mart 2017, 09:03
“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 360-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016 cı il 23 noyabr tarixli 1123 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə ətraflı...
27 Mart 2017, 09:03
“Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə”, “Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə” və “Miqrasiya orqanlarında qüsursuz qulluğa görə” Azərbaycan Respublikası medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 2 noyabr tarixli 454-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 16 noyabr tarixli 751 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə ətraflı...
27 Mart 2017, 09:03
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 19 aprel tarixli 125 nömrəli Fərmanının ləğv edilməsi haqqında ətraflı...
27 Mart 2017, 09:03
Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
27 Mart 2017, 09:03
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 539-VQD nömrəli Qanununun tətbiqi və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 iyun tarixli 729 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında ətraflı...
27 Mart 2017, 09:03
2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsi tərəfindən keçiriləcək bir sıra tədbirlərin maddi təminatı haqqında ətraflı...
27 Mart 2017, 09:03
İçməli su ilə təminatın yaxşılaşdırılması nəzərdə tutulan yaşayış məntəqələrinin siyahısı ətraflı...
27 Mart 2017, 09:03
Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında ətraflı...
27 Mart 2017, 09:03
2017-ci ildə quraşdırılması nəzərdə tutulan modul tipli su təmizləyici qurğuların yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı ətraflı...
27 Mart 2017, 09:03
“Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2693 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə ətraflı...