Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin üçüncü görüşünün iştirakçılarına
Hörmətli görüş iştirakçıları!
Əziz qonaqlar!
Sizi Bakı şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin üçüncü görüşünün öz işinə başlaması münasibətilə təbrik edir, hər birinizə ölkələrinizin gələcəyi naminə fəaliyyətinizdə uğurlar arzulayıram.
Türkdilli ölkələrlə əməkdaşlığın daim yüksələn xətlə inkişaf etdirilməsi Azərbaycan dövləti üçün həmişə mühüm əhəmiyyət daşımışdır. Əməkdaşlıq Şurası çərçivəsində birgə həyata keçirilən çoxsaylı layihələr ölkələrimiz və xalqlarımız arasında tarixi-mədəni əlaqələrin dərinləşməsinə xidmət göstərir. Əsrlər boyu formalaşmış ənənələrimizin gələcək nəsillərə layiqincə çatdırılmasında təhsilin misilsiz rolunu nəzərə alaraq bu sahədə aparılan siyasəti təqdirəlayiq hal kimi yüksək qiymətləndirirəm. İnanıram ki, artıq müntəzəm şəkil alan görüşləriniz dostluq və qardaşlıq münasibətlərimizin daha da genişlənməsi baxımından yeni imkanlar yaradacaqdır.
Son illər ərzində Türk Universitetlər Birliyinin qurulması, Türk Akademiyasının təsis olunması və eləcə də bu qəbildən digər müştərək layihələr türkdilli ölkələrin əməkdaşlığının yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Hazırda ölkəmizdə təhsil sahəsində islahatların “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq reallaşdırılması keyfiyyətcə yeni mərhələnin başlanmasının bariz nümunəsidir. Qardaş türkdilli dövlətlərin bu istiqamətdə nailiyyətlərinin, müsbət təcrübələrinin öyrənilməsinin tərəflər üçün faydalı olacağına və ölkələrimizin təhsil sisteminə layiqli töhfələr verəcəyinə əminəm.
Ümidvaram ki, görüş zamanı müzakirə olunacaq problemlər, aparılacaq fikir mübadiləsi və qəbul ediləcək qərarlar ölkələrimiz arasında təhsil üzrə əməkdaşlığın yeni inkişaf perspektivlərini müəyyənləşdirərək cəmiyyətlərimizin daha da yetkinləşməsi istiqamətində əhəmiyyətli addım olacaqdır.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 noyabr 2014-cü il.
1 Dekabr 2014, 09:1228 Mart 2019, 08:03
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
28 Mart 2019, 08:03
O.S.Sultanova general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
28 Mart 2019, 08:03
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
28 Mart 2019, 08:03
Lənkəran rayonunun Hirkan–Mamusta–Siyavar avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
19 Mart 2019, 08:03
Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, habelə Çernobıl AES-də qəza nəticələrinin aradan qaldırması ilə əlaqədar əlilliyi olan şəxslərin, İkinci Dünya müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillə təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
19 Mart 2019, 08:03
Maştağa qəsəbəsində 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının ərazisində yeni korpusun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
19 Mart 2019, 08:03
Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum Evinin və Uşaq Xəstəxanasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
14 Mart 2019, 08:03
“Çıraqqala” abidəsində möhkəmləndirmə, bərpa-konservasiya işlərinin görülməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
14 Mart 2019, 08:03
Yaradıcılıq ittifaqları və birliklərinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
14 Mart 2019, 08:03
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...