2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 24 noyabr 2014-cü il tarixli 09 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 76 saylı Lənkəran – Astara seçki dairəsindən Mamusta bələdiyyəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Məmmədov Vüqar Namiq oğlu 24 noyabr 2014-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək namizədliyinin qeydə alınmasından imtinaya dair dairə seçki komissiyası qərarının əsassız olmasını bildirmiş və müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa edilməsini xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimata uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Araşdırma prosesində ərizəçi ilə əlaqə yaradılmış, araşdırmada iştirak etmək hüququ barədə ona məlumat verilmişdir.

Vətəndaş V.N.Məmmədov şikayətini onunla əsaslandırmışdır ki, 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 76 saylı Lənkəran – Astara seçki dairəsindən Mamusta bələdiyyəsi üzrə namizədliyini irəli sürmüş, həmin bələdiyyə ərazisində seçicilərin imzasını toplayaraq imza vərəqələrini və ona əlavə edilmiş digər zəruri sənədləri DSK-ya təqdim etmiş, ancaq dairə seçki komissiyası əsassız olaraq onun namizədliyinin qeydə alınmasından imtina etmişdir.

Dairə seçki komissiyası V.N.Məmmədovun namizədliyinin qeydə alınmasından imtina edilməsi barədə 20 noyabr 2014-cü il tarixli 11/30-3 saylı qərarını onunla əsaslandırmışdır ki, imza vərəqəsi və ona əlavə edilmiş sənədlərin yoxlanılması üçün işçi qrupuna cəlb edilmiş mütəxəssis tərəfindən verilmiş rəyə əsasən təqdim edilmiş imza vərəqəsində olan 50 seçici imzasından 23-ü etibarsız, 27-si isə etibarlı hesab edilmişdir. Ona görə də etibarlı hesab edilən seçici imzalarının sayı namizədin qeydə alınması üçün kifayət etməmişdir.

Araşdırma prosesində Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən namizədliyin qeydə alınması üçün zəruri olan sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş 24 noyabr 2014-cü il tarixli rəylər və protokoldan görünür ki, bələdiyyə üzvlüyünə namizəd Məmmədov Vüqar Namiq oğlunun namizədliyinin qeydə alınması üçün təqdim etdiyi imza vərəqəsində olan seçici imzaları Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydalara uyğun toplanılmışdır. Namizəd tərəfindən toplanılmış 50 seçici imzası etibarlı hesab edilmişdir.

Seçki Məcəlləsinin 215.1.5-ci maddəsinə əsasən əhalisi 4.999-dan çox olan ərazidə bələdiyyə üzvlüyünə namizəd kimi qeydə alınmaq üçün namizədliyi irəli sürülmüş hər bir vətəndaş 30 seçici imzası toplamalıdır. Müvafiq icra hakimiyyəti orqanının təqdim etdiyi arayışla təsdiq olunur ki, Mamusta bələdiyyəsinin əhatə etdiyi ərazidə əhalinin sayı Seçki Məcəlləsinin yuxarıda qeyd edilən maddəsi ilə müəyyən edilmiş say həddindədir. Namizədin təqdim etdiyi imza vərəqəsində etibarlı hesab edilən imzaların sayı həmin bələdiyyə üzrə namizədliyin qeydə alınması üçün kifayət etdiyindən onun namizədliyinin qeydə alınması üçün hüquqi əsaslar yaranmışdır.

Beləliklə, hərtərəfli, obyektiv və qərəzsiz araşdırma ilə dairə seçki komissiyasının mübahisələndirilən qərarının ləğv edilməsi və şikayətin təmin edilməsi üçün hüquqi əsasların olması müəyyən edilmişdir.

Göstərilənlərə əsasən şikayət əsaslı olduğundan təmin edilməli, 76 saylı Lənkəran – Astara seçki dairəsi dairə seçki komissiyasının V.N.Məmmədovun namizədliyinin Mamusta bələdiyyəsi üzvlüyünə qeydə alınmasından imtina edilməsi barədə 20 noyabr 2014-cü il tarixli, 11/30-3 saylı qərarı ləğv edilməli, onun həmin seçki dairəsindən bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınmalıdır.

Yuxarıda göstərilənlər əsas götürülərək Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 28.4-cü, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 215.1.5-ci, 216.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən  qərara  alır: 

1. 76 saylı Lənkəran – Astara seçki dairəsindən Mamusta bələdiyyəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Məmmədov Vüqar Namiq oğlunun 24 noyabr 2014-cü il tarixli 09 saylı müraciəti təmin edilsin, onun namizədliyinin qeydə alınmasından imtinaya dair müvafiq dairə seçki komissiyasının 20 noyabr 2014-cü il tarixli 11/30-3 saylı qərarı ləğv edilsin.

2. 76 saylı Lənkəran – Astara seçki dairəsindən Mamusta bələdiyyəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Məmmədov Vüqar Namiq oğlunun bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınsın.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr   Məzahir Pənahov

Katib    Arifə Muxtarova

Katib   Mikayıl Rəhimov

27 Noyabr 2014, 09:11

http://www.azertag.net

5821—5830 / 10511

3 Fevral 2017, 09:02

2017-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında   ətraflı...

2 Fevral 2017, 09:02

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 956 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki qüvvə, xüsusi vasitələr və xidməti silah tətbiq etmək hüququ olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxslərinin Siyahısı”nda dəyişikliklər edilməsi haqqında   ətraflı...

2 Fevral 2017, 09:02

Kommersiya və (və ya) vergi sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı   ətraflı...

2 Fevral 2017, 09:02

“Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 oktyabr tarixli 1052 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə   ətraflı...

2 Fevral 2017, 09:02

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 539 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vergi xidməti orqanlarının ali rəis heyəti üçün nəzərdə tutulan vəzifələr və bu vəzifələrə uyğun xüsusi rütbələrin Siyahısı”nda dəyişikliklər edilməsi haqqında   ətraflı...

2 Fevral 2017, 09:02

“Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 665 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə   ətraflı...

1 Fevral 2017, 10:02

“İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 878 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə   ətraflı...

1 Fevral 2017, 10:02

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında   ətraflı...

31 Yanvar 2017, 09:01

Kərim Kərimovun 100 illik yubileyinin keçirilməsi haqqında   ətraflı...

31 Yanvar 2017, 09:01

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı üzvlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında   ətraflı...