23 dekabr 2014-cü ilə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı daxil olmuş 22 noyabr 2014-cü il tarixli, 05 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
23 dekabr 2014-cü ildə keçiriləcək bələdiyyə seçkilərində 75 saylı Lənkəran – Masallı seçki dairəsindən Xıl bələdiyyəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Məmmədov Əlvan Mirzağa oğlu 22 noyabr 2014-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına teleqramla müraciət edərək namizədliyinin qeydə alınmasından imtinaya dair dairə seçki komissiyası qərarının ləğv edilməsini və namizədliyinin qeydə alınması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimata uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
Müraciət etmiş şəxsə araşdırma aparılması barədə məlumat verilmiş, ona araşdırmada iştirak etmək hüququ izah edilmişdir.
Vətəndaş Məmmədov Əlvan Mirzağa oğlu şikayətini onunla əsaslandırmışdır ki, 23 dekabr 2014-cü ilə təyin edilmiş bələdiyyə seçkilərində 75 saylı Lənkəran – Masallı seçki dairəsindən Xıl bələdiyyəsi üzrə namizədliyini öz təşəbbüsü ilə irəli sürmüş, həmin bələdiyyə ərazisində seçicilərin imzasını toplayaraq imza vərəqələri və ona əlavə edilmiş digər zəruri sənədləri DSK-ya təqdim etmiş, ancaq dairə seçki komissiyasının 22 noyabr 2014-cü il tarixli, 19/46 saylı qərarı ilə əsassız olaraq namizədliyinin qeydə alınmasından imtina edilmişdir. O, bildirmişdir ki, imza vərəqələrində imza atmış şəxslərin soyadlarının göstərilməməsini əsas tutaraq dairə seçki komissiyası qeyri-düzgün qərar qəbul etmişdir. Ona görə də o, müvafiq qərarın ləğv edilməsini və Xıl bələdiyyəsi üzrə namizədliyini qeydə alınmasını xahiş etmişdir.
Dairə seçki komissiyası Məmmədov Əlvan Mirzağa oğlunun namizədliyinin qeydə alınmasından imtina edilməsi barədə 22 noyabr 2014-cü il tarixli, 19/46 saylı qərarını onunla əsaslandırmışdır ki, onun təqdim etdiyi imza vərəqəsində namizədə aid məlumatlar tam göstərilməmiş, imza vərəqəsində toplanmış 20 imzadan 11 imza eyni şəxs tərəfindən icra edilmişdir. Ona görə də namizədin imza vərəqəsində olan digər imzaların sayı namizədin qeydə alınması üçün kifayət etmədiyindən onun namizədliyinin qeydə alınmasından imtina edilmişdir.
Araşdırma prosesində dairə seçki komissiyasının mübahisələndirilən qərarının çıxarılmasına əsas olmuş namizədliyin qeydə alınması üçün təqdim edilmiş sənədlər dairə seçki komissiyasından tələb olunaraq müvafiq araşdırma aparılıb rəy verilməsi üçün Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış işçi qrupuna təqdim olunmuşdur. İşçi qrupu tərəfindən namizədliyin qeydə alınması üçün zəruri olan sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş 23 noyabr 2014-cü il tarixli rəylər və protokoldan görünür ki, bələdiyyə üzvlüyünə namizəd Məmmədov Əlvan Mirzağa oğlunun namizədliyinin qeydə alınması üçün təqdim etdiyi imza vərəqəsində olan seçici imzaları Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydalara uyğun toplanılmışdır. Namizəd tərəfindən toplanılmış 20 seçici imzasının hamısı etibarlı hesab edilmişdir. Etibarlı hesab edilən imzaların sayı həmin bələdiyyə üzrə namizədliyin qeydə alınması üçün kifayət etdiyindən və namizədə aid digər sənədlər Seçki Məcəlləsinin tələblərinə uyğun olduğundan onun namizədliyinin qeydə alınması üçün hüquqi əsaslar yaranmışdır.
Belə ki, Seçki Məcəlləsinin 215.1.6-cı maddəsinə əsasən əhalisi 4.999-dan az olan ərazidə bələdiyyə üzvlüyünə namizəd kimi qeydə alınmaq üçün namizədliyi irəli sürülmüş hər bir vətəndaş 15 etibarlı seçici imzası toplamalıdır. Müvafiq icra hakimiyyəti orqanının təqdim etdiyi arayışla təsdiq olunur ki, Xıl bələdiyyəsinin əhatə etdiyi ərazidə əhalinin sayı 4542 nəfər olmaqla Seçki Məcəlləsinin yuxarıda qeyd edilən maddəsi ilə müəyyən edilmiş say həddindədir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 57.4-cü maddəsinə əsasən, seçici imza vərəqəsində imza edərkən soyadını, adını, atasının adını, doğum tarixini, yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını və nömrəsini, verilmə tarixini, imza etdiyi tarixi göstərir. İmza edən seçicilər barəsində qeyd edilməsi zəruri hesab olunan məlumatlar imza toplayan şəxs tərəfindən imza vərəqələrinə daxil edilə bilər. Göstərilən məlumatlar əllə yazılır və onların yayılmamasına təminat verilir.
Seçki Məcəlləsinin 60.2-ci maddəsində namizədliyin qeydə alınmasından imtina edilməsinin əsasları göstərilmişdir. Dairə seçki komissiyası şikayətçinin namizədliyinin qeydə alınmasından imtinaya dair qərar qəbul edərkən həmin maddənin tələblərini nəzərə almamışdır.
Beləliklə, hərtərəfli, obyektiv və qərəzsiz araşdırma ilə dairə seçki komissiyasının mübahisələndirilən qərarının ləğv edilməsi və şikayətin təmin edilməsi üçün hüquqi əsasların olması müəyyən edilmişdir.
Göstərilənlərə əsasən şikayət əsaslı olduğundan təmin edilməli, 75 saylı Lənkəran – Masallı seçki dairəsinin dairə seçki komissiyasının Məmmədov Əlvan Mirzağa oğlunun Xıl bələdiyyəsi üzvlüyünə namizədliyinin qeydə alınmasından imtina edilməsi barədə 17 noyabr 2014-cü il tarixli 19/46 saylı qərarı ləğv edilməli, onun həmin seçki dairəsindən bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınmalıdır.
Yuxarıda göstərilənlər əsas götürülərək Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 28.4-cü, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 215.1.5-ci, 216.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:
1. 75 saylı Lənkəran – Masallı seçki dairəsindən Xıl bələdiyyəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Məmmədov Əlvan Mirzağa oğlunun 22 noyabr 2014-cü il tarixli 05 saylı şikayəti təmin edilsin, onun namizədliyinin qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 17 noyabr 2014-cü il tarixli 19/46 saylı qərarı ləğv edilsin.
2. 75 saylı Lənkəran – Masallı seçki dairəsindən Xıl bələdiyyəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Məmmədov Əlvan Mirzağa oğlunun bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınsın.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
26 Noyabr 2014, 09:1128 Noyabr 2013, 09:11
“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ətraflı...
28 Noyabr 2013, 09:11
“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 22 oktyabr tarixli 769-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
28 Noyabr 2013, 09:11
“Azərbaycan Respublikasının “Vətənə xidmətə görə” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2003-cü il 7 noyabr tarixli 514-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi haqqında”... ətraflı...
27 Noyabr 2013, 09:11
“Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
27 Noyabr 2013, 09:11
“Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 22 oktyabr tarixli 774-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
27 Noyabr 2013, 09:11
“Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
27 Noyabr 2013, 09:11
“Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 22 oktyabr tarixli 777-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
27 Noyabr 2013, 09:11
“Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
27 Noyabr 2013, 09:11
“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli 720-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
27 Noyabr 2013, 09:11
“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...