23 dekabr 2014-cü ilə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı daxil olmuş 22 noyabr 2014-cü il tarixli, 05 saylı müraciətə baxılmasına dair

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

23 dekabr 2014-cü ildə keçiriləcək bələdiyyə seçkilərində 75 saylı Lənkəran – Masallı seçki dairəsindən Xıl bələdiyyəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Məmmədov Əlvan Mirzağa oğlu 22 noyabr 2014-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına teleqramla müraciət edərək namizədliyinin qeydə alınmasından imtinaya dair dairə seçki komissiyası qərarının ləğv edilməsini və namizədliyinin qeydə alınması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimata uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Müraciət etmiş şəxsə araşdırma aparılması barədə məlumat verilmiş, ona araşdırmada iştirak etmək hüququ izah edilmişdir.

Vətəndaş Məmmədov Əlvan Mirzağa oğlu şikayətini onunla əsaslandırmışdır ki, 23 dekabr 2014-cü ilə təyin edilmiş bələdiyyə seçkilərində 75 saylı Lənkəran – Masallı seçki dairəsindən Xıl bələdiyyəsi üzrə namizədliyini öz təşəbbüsü ilə irəli sürmüş, həmin bələdiyyə ərazisində seçicilərin imzasını toplayaraq imza vərəqələri və ona əlavə edilmiş digər zəruri sənədləri DSK-ya təqdim etmiş, ancaq dairə seçki komissiyasının 22  noyabr 2014-cü il tarixli, 19/46 saylı qərarı ilə əsassız olaraq namizədliyinin qeydə alınmasından imtina edilmişdir. O, bildirmişdir ki, imza vərəqələrində imza atmış şəxslərin soyadlarının göstərilməməsini əsas tutaraq dairə seçki komissiyası qeyri-düzgün qərar qəbul etmişdir. Ona görə də o, müvafiq qərarın ləğv edilməsini və Xıl bələdiyyəsi üzrə namizədliyini qeydə alınmasını xahiş etmişdir.

Dairə seçki komissiyası Məmmədov Əlvan Mirzağa oğlunun namizədliyinin  qeydə alınmasından imtina edilməsi barədə 22  noyabr 2014-cü il tarixli, 19/46 saylı qərarını onunla əsaslandırmışdır ki, onun təqdim etdiyi imza vərəqəsində namizədə aid məlumatlar tam göstərilməmiş, imza vərəqəsində toplanmış 20 imzadan 11 imza eyni şəxs tərəfindən icra edilmişdir. Ona görə də namizədin imza vərəqəsində olan digər imzaların sayı namizədin qeydə alınması üçün kifayət etmədiyindən onun namizədliyinin qeydə alınmasından imtina edilmişdir.

Araşdırma prosesində dairə seçki komissiyasının mübahisələndirilən qərarının çıxarılmasına əsas olmuş namizədliyin qeydə alınması üçün təqdim edilmiş sənədlər dairə seçki komissiyasından tələb olunaraq müvafiq araşdırma aparılıb rəy verilməsi üçün Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış işçi qrupuna təqdim olunmuşdur. İşçi qrupu tərəfindən namizədliyin qeydə alınması üçün zəruri olan sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş 23 noyabr 2014-cü il tarixli rəylər və protokoldan görünür ki, bələdiyyə üzvlüyünə namizəd Məmmədov Əlvan Mirzağa oğlunun namizədliyinin qeydə alınması üçün təqdim etdiyi imza vərəqəsində olan seçici imzaları Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydalara uyğun toplanılmışdır. Namizəd tərəfindən toplanılmış 20 seçici imzasının hamısı etibarlı hesab edilmişdir. Etibarlı hesab edilən imzaların sayı həmin bələdiyyə üzrə namizədliyin qeydə alınması üçün kifayət etdiyindən və namizədə aid digər sənədlər Seçki Məcəlləsinin tələblərinə uyğun olduğundan onun namizədliyinin qeydə alınması üçün hüquqi əsaslar yaranmışdır.

Belə ki, Seçki Məcəlləsinin 215.1.6-cı maddəsinə əsasən əhalisi 4.999-dan az olan ərazidə bələdiyyə üzvlüyünə namizəd kimi qeydə alınmaq üçün namizədliyi irəli sürülmüş hər bir vətəndaş 15 etibarlı seçici imzası toplamalıdır. Müvafiq icra hakimiyyəti orqanının təqdim etdiyi arayışla təsdiq olunur ki, Xıl bələdiyyəsinin əhatə etdiyi ərazidə əhalinin sayı 4542 nəfər olmaqla Seçki Məcəlləsinin yuxarıda qeyd edilən maddəsi ilə müəyyən edilmiş say həddindədir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 57.4-cü maddəsinə əsasən, seçici imza vərəqəsində imza edərkən soyadını, adını, atasının adını, doğum tarixini, yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını və nömrəsini, verilmə tarixini, imza etdiyi tarixi göstərir. İmza edən seçicilər barəsində qeyd edilməsi zəruri hesab olunan məlumatlar imza toplayan şəxs tərəfindən imza vərəqələrinə daxil edilə bilər. Göstərilən məlumatlar əllə yazılır və onların yayılmamasına təminat verilir.

Seçki Məcəlləsinin 60.2-ci maddəsində namizədliyin qeydə alınmasından imtina edilməsinin əsasları göstərilmişdir. Dairə seçki komissiyası şikayətçinin namizədliyinin qeydə alınmasından imtinaya dair qərar qəbul edərkən həmin maddənin tələblərini nəzərə almamışdır.

Beləliklə, hərtərəfli, obyektiv və qərəzsiz araşdırma ilə dairə seçki komissiyasının mübahisələndirilən qərarının ləğv edilməsi və şikayətin təmin edilməsi üçün hüquqi əsasların olması müəyyən edilmişdir. 

Göstərilənlərə əsasən şikayət əsaslı olduğundan təmin edilməli, 75 saylı Lənkəran – Masallı seçki dairəsinin dairə seçki komissiyasının Məmmədov Əlvan Mirzağa oğlunun Xıl bələdiyyəsi üzvlüyünə namizədliyinin qeydə alınmasından imtina edilməsi barədə 17  noyabr 2014-cü il tarixli 19/46 saylı qərarı ləğv edilməli, onun həmin seçki dairəsindən bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınmalıdır.

Yuxarıda göstərilənlər əsas götürülərək Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 28.4-cü, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 215.1.5-ci, 216.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən   qərara alır: 

1. 75 saylı Lənkəran – Masallı seçki dairəsindən Xıl bələdiyyəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Məmmədov Əlvan Mirzağa  oğlunun 22 noyabr 2014-cü il tarixli 05 saylı şikayəti təmin edilsin, onun namizədliyinin qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 17 noyabr 2014-cü il tarixli 19/46 saylı qərarı ləğv edilsin.

2. 75 saylı Lənkəran – Masallı seçki dairəsindən Xıl bələdiyyəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Məmmədov Əlvan Mirzağa oğlunun bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınsın.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr    Məzahir Pənahov

Katib     Arifə Muxtarova

Katib     Mikayıl Rəhimov

26 Noyabr 2014, 09:11

http://www.azertag.net

10231—10240 / 10511

6 Mart 2014, 09:03

Ş.H. Hacıyevin Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında   ətraflı...

6 Mart 2014, 09:03

Ə.C. Muradovun Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin edilməsi haqqında   ətraflı...

5 Mart 2014, 10:03

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 30 aprel tarixli 105 nömrəli qərarında dəyişikliklər edilməsi barədə   ətraflı...

5 Mart 2014, 10:03

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin şəxsi heyəti üçün ərzaq payı normalarının və xidməti heyvanlarının yemləmə normalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 yanvar tarixli 2 nömrəli qərarında dəyişikliklər edilməsi barədə   ətraflı...

5 Mart 2014, 10:03

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 1 fevral tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş "Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları"nda dəyişiklik edilməsi barədə   ətraflı...

5 Mart 2014, 10:03

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş "Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları"nda dəyişiklik edilməsi barədə   ətraflı...

5 Mart 2014, 10:03

11 nömrəli Xüsusi internat məktəbinin adının dəyişdirilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edilməsi haqqında   ətraflı...

5 Mart 2014, 10:03

"Fövqəladə hallar orqanları əməkdaşlarının sosial və maddi təminatı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 4 may tarixli 67 nömrəli qərarında dəyişikliklər edilməsi barədə   ətraflı...

5 Mart 2014, 10:03

"Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcminin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 98 nömrəli qərarında dəyişikliklər edilməsi barədə   ətraflı...

5 Mart 2014, 10:03

"Ədliyyə orqanı işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası"nın təsdiq edilməsi və ədliyyə orqanlarının işçiləri üçün elmi dərəcəyə görə əlavələrin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 6 fevral tarixli 23 nömrəli qərarında dəyişikliklər edilməsi barədə   ətraflı...