23 dekabr 2014-cü ilə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı daxil olmuş 22 noyabr 2014-cü il tarixli 07 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

23 dekabr 2014-cü ildə keçiriləcək bələdiyyə seçkilərində 71 saylı Masallı kənd seçki dairəsindən Ərkivan bələdiyyəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Cəfərov Cəfər Məzahir oğlu 22 noyabr 2014-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, adı çəkilən dairə seçki komissiyası tərəfindən namizədliyinin qeydiyyatından qanunsuz imtina edilməsini bildirmiş və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimata uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş,  araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Müraciət etmiş şəxsə araşdırılma aparılması barədə məlumat verilmiş, ona araşdırmada iştirak etmək hüququ izah edilmişdir.

Vətəndaş C.M.Cəfərov şikayətini onunla əsaslandırmışdır ki, 23 dekabr 2014-cü ilə təyin edilmiş bələdiyyə seçkilərində 71 saylı Masallı kənd seçki dairəsindən Ərkivan bələdiyyəsi üzrə namizədliyini öz təşəbbüsü ilə irəli sürmüş, həmin bələdiyyə ərazisində seçicilərin imzasını toplayaraq imza vərəqələrini və ona əlavə edilmiş digər zəruri sənədləri DSK-ya təqdim etmiş, ancaq dairə seçki komissiyasının qərarı ilə əsassız olaraq namizədliyinin qeydə alınmasından imtina edilmişdir. Onun bildirdiyinə görə, DSK-dan ona imtinanın səbəbi kimi imza vərəqlərində doldurulması vacib olan xanaların boş qalması, 32 imzanın isə etibarsız hesab olunması göstərilmişdir. O, isə bununla razılaşmayaraq təqdim etdiyi 71 imzanın özü tərəfindən toplanıldığını, imzaları vətəndaşların özlərinə çəkdirdiyini və müvafiq dairə seçki komissiyası tərəfindən namizədliyinin qeydə alınmasından imtina edilməsi barədə qərarın hələ də ona verilmədiyini bildirmişdir.

Dairə seçki komissiyası C.M.Cəfərovun namizədliyinin qeydə alınmasından imtina edilməsi barədə 21 noyabr 2014-cü il tarixli, 17/63 saylı qərarını onunla əsaslandırmışdır ki, imza vərəqlərində bələdiyyə üzvlüyünə namizədə dair zəruri məlumatlar (onun adı, soyadı, atasının adı, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi, verilmə tarixi, imzanın qoyulduğu tarix iş yeri (fəaliyyət növü), yaşayış yerinin ünvanı) tam qeyd edilməmişdir. 02 nömrəli imza vərəqi bələdiyyə üzvlüyünə namizəd tərəfindən imzalanmamış, həmin vərəqdə imza toplayan şəxs kimi Əliyev Elmir Mirələm oğlu göstərilsə də, müəyyən edilmişdir ki, o, imzatoplama prosesində iştirak etməmiş, həmin vərəqdə olan imza, eləcə də göstərilən seriya və nömrəli şəxsiyyət vəsiqəsi də ona aid deyildir.

O da göstərilir ki, imza vərəqlərinə imza atan seçicilərdən 3-ü respublikadan kənarda yaşayır, 2 seçicinin isə şəxsiyyət vəsiqəsinin müddəti bitmişdir. DSK-nın işçi qrupu tərəfindən imzaların yoxlanılması zamanı 71 imzadan 36-sı etibarlı hesab edilmişdir. Yekunda namizədin qeydə alınması üçün lazım olan imzalar yetərli olmadığından C.M.Cəfərovun namizədliyinin qeydə alınmasından imtina edilmişdir.

Bundan başqa, DSK tərəfindən bildirilmişdir ki, C.M.Cəfərovla əlaqə saxlanılmış və namizədliyinin qeydə alınması ilə bağlı məsələyə baxılmasına dair iclasa dəvət olunsa da o, Bakı şəhərində olduğunu bildirərək iclasda iştirak etməmişdir.

Araşdırma prosesində dairə seçki komissiyasının mübahisələndirilən qərarının çıxarılmasına əsas olmuş sənədlər dairə seçki komissiyasından tələb edilərək müvafiq araşdırma aparılıb rəy verilməsi üçün Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış işçi qrupuna təqdim olunmuşdur. İşçi qrupu tərəfindən namizədliyin qeydə alınması üçün zəruri olan sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş 23 noyabr 2014-cü il tarixli rəylər və protokoldan görünür ki, bələdiyyə üzvlüyünə namizəd C.M.Cəfərovun namizədliyinin qeydə alınması üçün təqdim etdiyi imza vərəqəsində olan seçici imzaları Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydalara uyğun toplanılmamışdır. Namizəd tərəfindən təqdim olunmuş 71 imzadan yalnız 15-i etibarlı hesab edilmişdir. Etibarlı hesab edilən imzaların sayı həmin bələdiyyə üzrə namizədliyin qeydə alınması üçün kifayət etmədiyindən və namizədə aid digər sənədlər Seçki Məcəlləsinin tələblərinə uyğun olmadığından onun namizədliyinin qeydə alınması üçün hüquqi əsaslar yaranmamışdır.

Belə ki, Seçki Məcəlləsinin 215.1.4-cü maddəsinə əsasən əhalisi 9.999-dan çox olan ərazidə bələdiyyə üzvlüyünə namizəd kimi qeydə alınmaq üçün namizədliyi irəli sürülmüş hər bir vətəndaş 50 etibarlı seçici imzası toplamalıdır. Müvafiq icra hakimiyyəti orqanının təqdim etdiyi arayışla təsdiq olunur ki, Ərkivan bələdiyyəsinin əhatə etdiyi ərazidə əhalinin sayı 17136 nəfər olmaqla Seçki Məcəlləsinin yuxarıda qeyd edilən maddəsi ilə müəyyən edilmiş say həddindədir.

Seçki Məcəlləsinin 57.4-cü maddəsinə və Mərkəzi Seçki Komissiyasının 14 iyun 2006-cı il tarixli 29/111 saylı Qərarı ilə təsdiq edilmiş “Bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədin müdafiəsi üçün seçici imzalarının toplanması, imza vərəqələrinin və onlara əlavə edilməli olan sənədlərin dairə seçki komissiyasına təqdim edilməsi qaydaları haqqında” Təlimatın 1.6-cı bəndinə ziddir. Belə ki, həmin normaların tələbinə görə, seçici imza vərəqəsində imza edərkən soyadını, adını, atasının adını, doğum tarixini, yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını və nömrəsini, verilmə tarixini, imza qoyulması tarixini göstərir. İmza vərəqəsində seçiciyə aid məlumatları imza toplayan şəxs seçicinin razılığı ilə onun əvəzinə doldura bilər (imza istisna olmaqla). İmza etmək hüququ yalnız seçiciyə məxsusdur.

Araşdırma zamanı o da müəyyən edilmişdir ki, 01 nömrəli imza vərəqi imza toplayan şəxs tərəfindən təsdiq edilərkən və bələdiyyə üzvlüyünə namizəd tərəfindən imzalanarkən hər iki halda imzanın qoyulma tarixi qeyd edilməmişdir. 02 nömrəli imza vərəqində isə həm birinci, həm də ikinci səhifədə namizədə dair zəruri məlumatlar (onun adı, soyadı, atasının adı, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi, verilmə tarixi, imzanın qoyulduğu tarix, iş yeri (fəaliyyət növü), yaşayış yerinin ünvanı) tam göstərilməmişdir.

Eyni zamanda 02 nömrəli vərəqdə imza toplayan şəxs kimi göstərilən Əliyev Elmir Mirələm oğlunun izahatından, şəxsiyyət vəsiqəsinin məlumatlarından və DSK-da tərtib edilmiş müvafiq aktdan məlum olur ki, o, Ərkivan bələdiyyəsinin üzvlüyünə öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş C.M.Cəfərovun lehinə imza toplamamış və imza vərəqəsində “İmzanı təsdiq edən şəxs” qrafasındakı imza və şəxsiyyət vəsiqəsinin məlumatları ona aid deyildir. Həmin imza vərəqi bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüş şəxs tərəfindən imzalanmamışdır.

Bununla da Seçki Məcəlləsinin 59.9-cu maddəsində nəzərdə tutulmuş hüquqi nəticələr yaranmışdır. Belə ki, həmin normanın tələbinə görə, imza vərəqələri imza toplayan şəxsin, habelə namizədin əl yazısı qaydasında imzası ilə təsdiq edilməyibsə imza vərəqələrində olan bütün imzalar etibarsız sayılır.

71 saylı Masallı kənd seçki dairəsi dairə seçki komissiyasının C.M.Cəfərovun namizədliyin qeydə alınmasından imtina edilməsi haqqında 21 noyabr 2014-cü il tarixli, 17/63 saylı qərarının ona verilməməsinə dair məlumat araşdırılarkən müəyyən edildi ki, həmin qərar 21.11.2014-cü il tarixdə DSK tərəfindən poçt vasitəsi ilə onun ünvanına göndərilmişdir.

Beləliklə, hərtərəfli, obyektiv və qərəzsiz araşdırma ilə dairə seçki komissiyasının mübahisələndirilən qərarının ləğv edilməsi və şikayətin təmin edilməsi üçün hüquqi əsasların olmaması müəyyən edilmişdir. Göstərilənlərə əsasən şikayət əsassız olduğundan təmin edilməməli və 71 saylı Masallı kənd seçki dairəsi dairə seçki komissiyasının C.M.Cəfərovun namizədliyinin Ərkivan bələdiyyəsi üzvlüyünə qeydə alınmasından imtina edilməsi barədə 21 noyabr 2014-cü il tarixli 17/63 saylı qərarı qüvvədə saxlanılmalıdır.

Yuxarıda göstərilənlər əsas götürülərək Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 28.4-cü, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 215.1.4-cü, 216.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən   qərara alır:

1. 71 saylı Masallı kənd seçki dairəsindən Ərkivan bələdiyyəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Cəfərov Cəfər Məzahir oğlunun 22 noyabr 2014-cü il tarixli 07 saylı şikayəti əsassız olduğundan təmin edilməsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr     Məzahir Pənahov

Katib      Arifə Muxtarova

Katib     Mikayıl Rəhimov

26 Noyabr 2014, 09:11

http://www.azertag.net

731—740 / 10511

15 Aprel 2022, 08:04

Azərbaycan Respublikasında Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “GL International LTD” MMC arasında Risk Xidmət Sazişinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

15 Aprel 2022, 08:04

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin maliyyə qaydaları haqqında Sazişə üzv dövlətlərin məcburi ödənişlərinin həcmi ilə bağlı Protokol”un təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

15 Aprel 2022, 07:04

“Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Azərbaycan Respublikası və Gürcüstan arasında dövlət sərhədindən buraxılış məntəqələri haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

15 Aprel 2022, 07:04

“Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında standartlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi və “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

15 Aprel 2022, 07:04

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”ın təsdiq edilməsi barədə” 2020-ci il 11 iyun tarixli 199 nömrəli və “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 2021-ci il 26 may tarixli 151 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı   ətraflı...

13 Aprel 2022, 15:04

Azərbaycan Respublikası Prezidentinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 1999-cu il 30 dekabr tarixli 244 nömrəli, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 617-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2013-cü il 16 may tarixli 896 nömrəli, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin təsdiq edilməsi haqqında” 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli və “Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 29 oktyabr tarixli 796-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2013-cü il 15 noyabr tarixli 25 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

13 Aprel 2022, 15:04

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2005-ci il 13 dekabr tarixli 328 nömrəli, “Hərbi nəqliyyat vəzifəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi haqqında” 2006-cı il 29 mart tarixli 382 nömrəli, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” 2012-ci il 13 fevral tarixli 593 nömrəli, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 dekabr tarixli 1159-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2015-ci il 2 fevral tarixli 451 nömrəli və “Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 39-VQD nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 14 yanvar tarixli 727 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

13 Aprel 2022, 15:04

Azərbaycan Respublikası Prezidentinin “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2012-ci il 6 iyun tarixli 648 nömrəli, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli, “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 23 fevral tarixli 1256 nömrəli, “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 3 may tarixli 1361 nömrəli, “Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2019-cu il 11 fevral tarixli 527 nömrəli, “Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 12 fevral tarixli 1500-VQD nömrəli Qanununun tətbiqi barədə” 2019-cu il 12 mart tarixli 585 nömrəli və “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 30 iyun tarixli 1077 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

13 Aprel 2022, 15:04

T.T.Kazımovun Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

13 Aprel 2022, 15:04

Q.O.Qurbanovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...