23 dekabr 2014-cü ilə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı daxil olmuş 22 noyabr 2014-cü il tarixli, 04 saylı müraciətə baxılmasına dair

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

23 dekabr 2014-cü ildə keçiriləcək bələdiyyə seçkilərində 75 saylı Lənkəran – Masallı seçki dairəsindən Sərçuvar bələdiyyəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Qafarov İslam Ağakərim oğlu 22 noyabr 2014-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına teleqramla müraciət edərək namizədliyinin qeydə alınmasından imtinaya dair dairə seçki komissiyası qərarının ləğv edilməsini və namizədliyinin qeydə alınması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimata uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Müraciət etmiş şəxsə araşdırılma aparılması barədə məlumat verilmiş, ona araşdırmada iştirak etmək hüququ izah edilmişdir.

Vətəndaş Qafarov İslam Ağakərim oğlu şikayətini onunla əsaslandırmışdır ki, 23 dekabr 2014-cü ilə təyin edilmiş bələdiyyə seçkilərində 75 saylı Lənkəran – Masallı seçki dairəsindən Sərçuvar bələdiyyəsi üzrə namizədliyini öz təşəbbüsü ilə irəli sürmüş, həmin bələdiyyə ərazisində seçicilərin imzasını toplayaraq imza vərəqələri və ona əlavə edilmiş digər zəruri sənədləri DSK-ya təqdim etmiş, ancaq dairə seçki komissiyasının 15  noyabr 2014-cü il tarixli, 17/42 saylı qərarı ilə əsassız olaraq namizədliyinin qeydə alınmasından imtina edilmişdir. O, bildirmişdir ki, imza vərəqələrində imza atmış şəxslərin soyadlarının göstərilməməsini əsas tutaraq dairə seçki komissiyası qeyri-düzgün qərar qəbul etmişdir. Ona görə də o, müvafiq qərarın ləğv edilməsini və Sərçuvar bələdiyyəsi üzrə onun namizədliyinin qeydə alınmasını xahiş etmişdir.

Dairə seçki komissiyası Qafarov İslam Ağakərim oğlunun namizədliyinin qeydə alınmasından imtina edilməsi barədə 15 noyabr 2014-cü il tarixli, 17/42 saylı qərarını onunla əsaslandırmışdır ki, o, imza vərəqəsində namizədə aid məlumatları tam göstərməmiş, imza vərəqəsində toplanmış 22 imzadan yalnız 13 imza etibarlı hesab edilmişdir. Ona görə də namizəd tərəfindən təqdim edilmiş imza vərəqəsində olan digər imzaların sayı namizədin qeydə alınması üçün kifayət etmədiyindən onun namizədliyinin qeydə alınmasından imtina edilmişdir.

Araşdırma prosesində dairə seçki komissiyasının mübahisələndirilən qərarının çıxarılmasına əsas olmuş namizədliyin qeydə alınması üçün təqdim edilmiş sənədlər dairə seçki komissiyasından tələb olunaraq müvafiq araşdırma aparılıb rəy verilməsi üçün Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış işçi qrupuna təqdim olunmuşdur. İşçi qrupu tərəfindən namizədliyin qeydə alınması üçün zəruri olan sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş 23 noyabr 2014-cü il tarixli rəy və protokoldan görünür ki, bələdiyyə üzvlüyünə namizəd Qafarov İslam Ağakərim oğlunun namizədliyinin qeydə alınması üçün təqdim etdiyi imza vərəqəsində olan seçici imzaları Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydalara uyğun toplanılmışdır. Namizəd tərəfindən toplanılmış 22 seçici imzasının hamısı etibarlı hesab edilmişdir. Etibarlı hesab edilən imzaların sayı həmin bələdiyyə üzrə namizədliyin qeydə alınması üçün kifayət etdiyindən və namizədə aid digər sənədlər Seçki Məcəlləsinin tələblərinə uyğun olduğundan onun namizədliyinin qeydə alınması üçün hüquqi əsaslar yaranmışdır.

Belə ki, Seçki Məcəlləsinin 215.1.6-cı maddəsinə əsasən əhalisi 4.999-dan az olan ərazidə bələdiyyə üzvlüyünə namizəd kimi qeydə alınmaq üçün namizədliyi irəli sürülmüş hər bir vətəndaş 15 etibarlı seçici imzası toplamalıdır. Müvafiq icra hakimiyyəti orqanının təqdim etdiyi arayışla təsdiq olunur ki, Sərçuvar bələdiyyəsinin əhatə etdiyi ərazidə əhalinin sayı 2515 nəfər olmaqla Seçki Məcəlləsinin yuxarıda qeyd edilən maddəsi ilə müəyyən edilmiş say həddindədir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 57.4-cü maddəsinə əsasən, seçici imza vərəqəsində imza edərkən soyadını, adını, atasının adını, doğum tarixini, yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını və nömrəsini, verilmə tarixini, imza etdiyi tarixi göstərir. İmza edən seçicilər barəsində qeyd edilməsi zəruri hesab olunan məlumatlar imza toplayan şəxs tərəfindən imza vərəqələrinə daxil edilə bilər. Göstərilən məlumatlar əllə yazılır və onların yayılmamasına təminat verilir.

Seçki Məcəlləsinin 60.2-ci maddəsində namizədliyin qeydə alınmasından imtina edilməsinin əsasları göstərilmişdir. Dairə seçki komissiyası şikayətçinin namizədliyinin qeydə alınmasından imtinaya dair qərar qəbul edərkən həmin maddənin tələblərini nəzərə almamışdır.

Beləliklə, hərtərəfli, obyektiv və qərəzsiz araşdırma ilə dairə seçki komissiyasının mübahisələndirilən qərarının ləğv edilməsi və şikayətin təmin edilməsi üçün hüquqi əsasların olması müəyyən edilmişdir.

Göstərilənlərə əsasən şikayət əsaslı olduğundan təmin edilməli, 75 saylı Lənkəran – Masallı seçki dairəsi dairə seçki komissiyasının Qafarov İslam Ağakərim oğlunun namizədliyinin Sərçuvar bələdiyyəsi üzvlüyünə qeydə alınmasından imtina edilməsi barədə 15  noyabr 2014-cü il tarixli 17/42 saylı qərarı ləğv edilməli, onun həmin seçki dairəsindən bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınmalıdır.

Yuxarıda göstərilənlər əsas götürülərək Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 28.4-cü, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 215.1.5-ci, 216.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən   qərara alır: 

1. 75 saylı Lənkəran – Masallı seçki dairəsindən Sərçuvar bələdiyyəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Qafarov İslam Ağakərim oğlunun 22 noyabr 2014-cü il tarixli 04 saylı şikayəti təmin edilsin, onun namizədliyinin qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 15  noyabr 2014-cü il tarixli 17/42 saylı qərarı ləğv edilsin.

2. 75 saylı Lənkəran – Masallı seçki dairəsindən Sərçuvar bələdiyyəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Qafarov İslam Ağakərim oğlunun bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınsın.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

 Sədr    Məzahir Pənahov

Katib     Arifə Muxtarova

Katib    Mikayıl Rəhimov

26 Noyabr 2014, 09:11

http://www.azertag.net

1151—1160 / 10511

6 Avqust 2021, 08:08

Şabran rayonunun Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (6 km)–Padar avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

5 Avqust 2021, 09:08

2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində zərər vurulmuş təhsil müəssisələrində təmir-tikinti işlərinin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

3 Avqust 2021, 14:08

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı   ətraflı...

2 Avqust 2021, 16:08

“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı   ətraflı...

2 Avqust 2021, 16:08

Ağstafa rayonunun Böyük Kəsik–Ağgöl avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

28 İyul 2021, 16:07

E.A.Quliyevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

28 İyul 2021, 16:07

M.İ.Yevdayevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

28 İyul 2021, 16:07

X.Z.İbrahimin Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

28 İyul 2021, 16:07

R.E.Məmmədovun Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

28 İyul 2021, 16:07

V.İ.Sadıqovun Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...