Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 7
Bakı şəhəri, 15 yanvar 2014-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqınd
a" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 22 oktyabr tarixli 6 nömrəli Sərəncamının 3.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. "Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət Sistemi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 30 aprel tarixli 239 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:
1.1. 11-ci hissədə "Xəzər Dəniz Gəmiçiliyi İdarəsi" sözləri "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilsin;
1.2. həmin qərara 1 nömrəli əlavə - "Azərbaycan Respublikası Dövlət orqanlarının fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə funksiyaları"nın on altıncı hissəsində "Xəzər Gəmiçiliyi İdarəsi" sözləri "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilsin;
1.3. həmin qərarla təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabineti fövqəladə komissiyasının tərkibi"ndə "T.Q.Əhmədov - Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin rəisi" sözləri "R.G.Vəliyev - "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri" sözləri ilə əvəz edilsin;
1.4. həmin qərarla təsdiq edilmiş "Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət Sistemi haqqında Əsasnamə"nin 9-cu hissəsinin doqquzuncu abzasında "Azərneft" birliyinin Xəzərgəmiçiliyi idarəsinin" sözləri "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin" sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 9 mart tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş 3 nömrəli əlavə - "Azərbaycan Respublikası ərazisinin sanitar mühafizəsi Qaydaları"nın 4.4-cü bəndində "Xəzər Dəniz Gəmiçiliyi İdarəsi" sözləri və 4.9-cu bəndinin altıncı abzasında "Xəzər Dəniz Gəmiçiliyi" sözləri "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 20 noyabr tarixli 251 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası tərəfindən Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin müəssisələri və təşkilatları ilə istehsal kooperasiyasının və ixtisaslaşmanın qorunub saxlanması və inkişafına dair sahə və sahələrarası sazişləri bağlayan və icrasını təmin edən nazirlik, komitə, şirkət, konsern, birlik və təşkilatların Siyahısı"nın on beşinci abzasında "Xəzər Dəniz Gəmiçiliyi" sözləri "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 14 dekabr tarixli 237 nömrəli qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 12, maddə 804; 2005, № 1, maddə 49) 2 nömrəli əlavə - "Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə ödənişsiz və ödənişli məlumatların növləri"nin "Ödənişli məlumatlar" bölməsinin 5-ci hissəsinin altıncı abzasında "Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi, Xəzər Neft Donanması" sözləri "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 6, maddə 381; 2002, № 11, maddə 675; 2004, № 9, maddə 750, № 12, maddə 1077; 2006, № 9, maddə 822; 2007, № 2, maddə 185; 2008, № 5, maddələr 430, 432; 2009, № 9, maddələr 738, 757, № 10, maddə 857) ilə təsdiq edilmiş "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları"nın 2.4-cü bəndində "Dövlət Xəzər Dəniz Gəmiçiliyinə" sözləri "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinə" sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 iyul tarixli 115 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 462; 2005, № 1, maddə 49) ilə təsdiq edilmiş "Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatlardan istifadəyə görə ödəmə dərəcələri və qaydaları"nın 2-ci hissəsinin cədvəlinin V bölməsində "Xəzər Dəniz Gəmiçiliyi, Xəzər Neft Donanması" sözləri "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilsin.
7. "Böyük Vətən müharibəsi əlillərinin və iştirakçılarının, habelə onlara bərabər tutulan şəxslərin MDB dövlətlərinə nəqliyyatda gediş güzəştlərinin ödənilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 133 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 528; 2006, № 6, maddə 569; 2007, № 2, maddə 199; 2009, № 9, maddə 736) 1-ci hissəsinin ikinci abzasında "Azərbaycan Respublikası Dövlət Xəzər Dəniz Gəmiçiliyi" sözləri "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilsin.
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 aprel tarixli 75 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4, II kitab, maddə 321; 2002, № 11, maddə 675; 2006, № 9, maddə 822; 2009, № 8, maddə 675; 2012, № 10, maddə 1021) ilə təsdiq edilmiş "Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları"nın 1.11-ci bəndində "Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyində, Xəzər Dəniz Neft Donanması Baş İdarəsində" sözləri "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətində" sözləri ilə əvəz edilsin.
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 8, maddə 555; 2005, № 11, maddə 1065; 2006, № 12, maddə 1161; 2007, № 7, maddələr 737, 738; 2008, № 1, maddə 36, № 2, maddə 104, № 6, maddələr 582, 584, 586, № 7, maddələr 680, 681, 682; 2009, № 7, maddə 609, № 10, maddə 848; 2010, № 6, maddə 566, № 7, maddə 704, № 8, maddə 760; 2012, № 3, maddə 264, № 6, maddə 636; 2013, № 3, maddə 338, № 4, maddə 440, № 6, maddə 727, № 10, maddələr 1201, 1213) ilə təsdiq edilmiş 3 nömrəli əlavə - "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı"nın "Memarlıq abidələri" bölməsinin "Səbail rayonu" hissəsinin 3228-ci və 3450-ci bəndlərinin "Abidənin adı" sütununda "Xəzər Dəniz Donanmasının inzibati" və "Xəzər Dəniz Gəmiçiliyinin" sözləri "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin" sözləri ilə əvəz edilsin.
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 25 dekabr tarixli 199 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 809; 2002, № 10, maddə 641; 2003, № 6, maddələr 342, 348; 2004, № 10, maddə 871; 2005, № 6, maddə 541, № 10, maddə 978; 2006, № 4, maddə 373, № 9, maddə 822, № 10, maddə 903; 2008, № 2, maddə 130; 2009, № 2, maddə 144, № 7, maddə 607, № 9, maddələr 736, 757, № 12, maddə 1065; 2012, № 12, maddə 1390; 2013, № 7, maddə 879) ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadəyə görə birinci dərəcəli istehlakçıların (elektrik enerjisi təchizatının dayandırılmasına icazə verilməyən təşkilatların) Siyahısı"nın "Tam təsərrüfat hesablı istehlakçılar" bölməsinin beşinci abzasında "Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin" sözləri "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin" sözləri ilə əvəz edilsin.
11. "Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin kollegiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 6 yanvar tarixli 2 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 1, maddə 47; 2007, № 4, maddə 391; 2008, № 5, maddə 447) 1-ci hissəsində "Bəşirov Aydın Ağəmi oğlu - Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi" sözləri "Vəliyev Rauf Göyüş oğlu - "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədri" sözləri ilə əvəz edilsin.
12. "İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetaları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 9 iyun tarixli 102 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 538; 2009, № 9, maddə 757; 2010, № 4, maddə 371; 2012, № 2, maddə 190) preambulasında "Xəzər Dəniz Gəmiçiliyinin" sözləri "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin" sözləri ilə əvəz edilsin.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 18 iyul tarixli 140 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 673; 2010, № 7, maddə 701) ilə təsdiq edilmiş "Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunu aparmalı və maliyyə hesabatlarını təqdim etməli olan ictimai əhəmiyyətli qurumların (kredit təşkilatlarından, sığorta şirkətlərindən, investisiya fondlarından, qeyri-dövlət (özəl) sosial fondlarından, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslərdən başqa) Siyahısı"nın 9-cu hissəsi ləğv edilsin və 16-cı hissəsində "Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi" sözləri "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilsin.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 12, maddə 1117; 2011, № 9, maddə 853; 2013, № 7, maddə 883, № 10, maddə 1232) ilə təsdiq edilmiş "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı"nda "Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi üzrə" sözləri "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti üzrə" sözləri ilə əvəz edilsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
28 Yanvar 2014, 11:01
17 Dekabr 2014, 10:12
Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə Moldova Respublikasının Maliyyə Bazarları üzrə Milli Komissiyası arasında əməkdaşlıq və məlumat mübadiləsi haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə ətraflı...
17 Dekabr 2014, 10:12
Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə İran İslam Respublikasının Energetika Nazirliyi arasında Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında ətraflı...
16 Dekabr 2014, 09:12
H.K.Kərimova general-mayor hərbi rütbəsinin verilməsi haqqında ətraflı...
16 Dekabr 2014, 09:12
“Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 aprel tarixli 701 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında ətraflı...
16 Dekabr 2014, 09:12
“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 dekabr tarixli 488 nömrəli Fərmanının ləğvi barədə ətraflı...
16 Dekabr 2014, 09:12
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə İran İslam Respublikasının İqtisadi İşlər və Maliyyə Nazirliyi arasında iqtisadi və texniki əməkdaşlıq üzrə Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında ətraflı...
16 Dekabr 2014, 09:12
Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında fövqəladə halların idarə edilməsi sahəsindəəməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə ətraflı...
16 Dekabr 2014, 09:12
Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında poçt sahəsindəəməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə ətraflı...
16 Dekabr 2014, 09:12
“Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında ətraflı...
16 Dekabr 2014, 09:12
“Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 69 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında ətraflı...