2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 20 noyabr 2014-cü il tarixli 02 saylı müraciətə baxılması barədə Mərkəzi Seçki Komissiyasının QƏRARI
2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 70 saylı Masallı şəhər seçki dairəsi üzrə bələdiyyə üzvlüyünə namizəd Tağıyev Fərrux Musa oğlu və digərləri 2014-cü il noyabrın 20-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, 70 saylı Masallı şəhər seçki dairəsi dairə seçki komissiyasının fəaliyyətinə Rayon İcra Hakimiyyəti tərəfindən qanunsuz müdaxilə olunduğunu, Rayon İcra Hakimiyyəti başçısının Musaküçə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən namizədlər üçün maneələr yaradıldığını bildirib, bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq icraata qəbul edilmiş, Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Vətəndaşların seçki hüquqlarının daha səmərəli təmini prinsipini əsas götürərək ərizəçilərin müraciəti Mərkəzi Seçki Komissiyası tərəfindən qanunla müəyyən olunmuş müddətdə və qaydada araşdırılmışdır.
Araşdırma prosesində ərizəçilər ilə əlaqə yaradılmış, araşdırmada iştirak etmək hüququ barədə onlara məlumat verilmiş, araşdırmaya yardım etməyə dəvət olunaraq müraciətdə qeyd edilən hallarla əlaqədar əlavə sübutlara malikdirlərsə, onlara həmin sübutların təqdim edilməsi təklif edilmişdir.
Şikayətdə göstərilən halların tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılması, iş üzrə zəruri olan bütün sübutların əldə edilməsi nəticəsində müəyyən edilmişdir ki, şikayətçi F.M.Tağıyev və digərləri 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Musaküçə bələdiyyəsi üzrə öz təşəbbüsləri ilə namizədliklərini irəli sürmüş, namizədliyin təsdiq olunması üçün Azərbaycan Respublikası Seçki Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan sənədləri 2014-cü il noyabrın 6-da 70 saylı Masallı şəhər seçki dairəsi dairə seçki komissiyasına təqdim etmişlər. Həmin dairə seçki komissiyasının 7 noyabr 2014-cü il tarixli 7/27 saylı qərarı ilə Tağıyev Fərrux Musa oğlu, Eynullayev Məmmədağa Bəndalı oğlu, Abiyev Allahşükür Əmir oğlu və Abbaszadə Tərlan Soltanağa oğlunun Musaküçə bələdiyyəsi üzvlüyünə namizədlikləri maneə olmadan təsdiq olunaraq, onlara namizədin müdafiəsi məqsədilə imza toplamaq üçün imza vərəqələri verilmişdir.
Adları qeyd olunan namizədlər imza vərəqələrini və Seçki Məcəlləsinin 58.1-ci maddəsində nəzərdə tutulan digər seçki sənədlərini 2014-cü il noyabrın 17-də müvafiq dairə seçki komissiyasına şəxsən təqdim etmişlər. Həmin sənədlər baxılması üçün adıçəkilən dairə seçki komissiyasında yaradılmış işçi qrupuna verilmiş və hazırda onların yoxlanılması prosesi davam etməkdədir.
Seçki Məcəlləsinin 60.1-ci maddəsinə əsasən müvafiq seçki komissiyası imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 7 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir.
Göründüyü kimi, müvafiq dairə seçki komissiyası tərəfindən müraciətdə adları çəkilən namizədlərin bələdiyyə üzvlüyünə namizəd kimi qeydə alınması müddəti ilə bağlı seçki qanunvericiliyinin tələbləri pozulmamışdır.
Bundan başqa, 70 saylı Masallı şəhər seçki dairəsi dairə seçki komissiyası sədrinin məlumatından da aydın olur ki, komissiya tərəfindən seçkilərdə iştirak etmək istəyən bütün subyektlərə passiv seçki hüquqlarını həyata keçirmək üçün bərabər imkan və şəraitlə yanaşı, seçki dairəsi üzrə namizədliyin irəli sürülməsi, təsdiqi və namizədlərin qeydə alınması üçün azad, ədalətli və şəffaf seçki mühiti də yaradılmış, seçki prosesinə heç bir qurum, o cümlədən yerli icra strukturları tərəfindən hər hansı müdaxilə və ya təzyiq göstərilməsi halları baş verməmişdir.
Müraciətdə adıçəkilən Masallı Rayon İcra Hakimiyyəti başçısının Musaküçə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ş.Ə.Teymurov yazılı izahatında seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı aparılan işlər istisna olmaqla, dairə və məntəqə seçki komissiyaları ilə heç bir əlaqəsinin olmadığını, bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesinə, namizədlərin imza toplama kampaniyalarına hər hansı formada müdaxilə etmədiyini, MSK-ya edilən müraciətdə adının çəkilməsinin ərizəçilərlə aralarında olan şəxsi münasibətlərlə bağlı olduğunu bildirmişdir.
Göstərilən xüsusatlarla yanaşı, Mərkəzi Seçki Komissiyası hesab edir ki, Musaküçə bələdiyyəsi üzvlüyünə namizəd F.M.Tağıyev və digərlərinin Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciəti təmin edilməli, Masallı Rayon İcra Hakimiyyəti strukturları tərəfindən seçkilərə müdaxilə kimi yozula biləcək hərəkətlərə yol verilməməsinin zəruriliyi onların diqqətinə çatdırılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:
1. 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizəd Tağıyev Fərrux Musa oğlu və digərlərinin Mərkəzi Seçki Komissiyasına daxil olmuş 20 noyabr 2014-cü il tarixli 02 saylı müraciəti təmin edilərək, Masallı Rayon İcra Hakimiyyətinin strukturları tərəfindən seçkilərə müdaxilə kimi yozula biləcək hərəkətlərə yol verilməməsinin zəruriliyi onların diqqətinə çatdırılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
24 Noyabr 2014, 09:1130 Noyabr 2022, 16:11
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
30 Noyabr 2022, 16:11
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərə “Əməkdar jurnalist” fəxri adının və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
30 Noyabr 2022, 16:11
Cəlilabad rayonunun Abazallı–Təklə–Şorbaçı–Mədətli–Novruzallı–Məmmədrzalı–Məşədilər–Dostallı–Şötüklü–Boyxanlı–Məlikqasımlı və Şiləvəngə–Adnalı–Bədirli avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
30 Noyabr 2022, 07:11
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...
28 Noyabr 2022, 16:11
Azərbaycan Respublikası Prezidentinin “Ədliyyə orqanlarının inkişafı haqqında” 2006-cı il 17 avqust tarixli 446 nömrəli, “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 23 fevral tarixli 1256 nömrəli, “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 3 may tarixli 1361 nömrəli fərmanlarında və “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 18 dekabr tarixli 819 nömrəli və “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvlərinin təyin edilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 1983 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” 2021-ci il 28 aprel tarixli 2609 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
28 Noyabr 2022, 16:11
“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 1 may tarixli 170 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
28 Noyabr 2022, 16:11
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 dekabr tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı”nda, 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda və 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
28 Noyabr 2022, 16:11
“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və komitənin strukturunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
28 Noyabr 2022, 15:11
“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
28 Noyabr 2022, 15:11
V.Ə.Əliyevin Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...