General Əlağa Şıxlinskinin 150 illik yubileyinin keçirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2015-ci ilin aprel ayında Azərbaycanın görkəmli hərbi xadimi, tanınmış hərbçi alim, general-leytenant Əlağa İsmayıl ağa oğlu Şıxlinskinin anadan olmasının 150 illiyi tamam olur.

XX əsrin əvvəllərindən etibarən irimiqyaslı hərbi əməliyyatların iştirakçısı kimi general Əlağa Şıxlinski döyüş meydanlarındakı şücaətləri və artilleriya nəzəriyyəsinə gətirdiyi yenilikləri ilə hərb tarixinə parlaq səhifələr yazmışdır. O, Azərbaycan Xalq Cümhuriyyətinin mühüm dövlət təsisatları yaradılarkən milli qoşun hissələrinin təşkilində, müstəqil ordu quruculuğunda müstəsna fəaliyyət göstərmiş, sonrakı dövrlərdə də hərbi andına sadiq qalaraq ölkənin silahlı qüvvələrinin formalaşdırılmasına töhfələr vermişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətini nəzərə alaraq, Azərbaycan xalqı qarşısında böyük xidmətləri olan general-leytenant Əlağa Şıxlinskinin 150 illik yubileyinin dövlət səviyyəsində keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə görkəmli hərbi xadim, general-leytenant Əlağa İsmayıl ağa oğlu Şıxlinskinin 150 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 20 noyabr 2014-cü il.

21 Noyabr 2014, 08:11

http://www.azertag.net

9991—10000 / 10511

27 May 2014, 17:05

"Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin blanklarının ciddi hesabat sənədi kimi uçotu Qaydaları"nın və "Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin blanklarının spesifikasiyası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 13 iyul tarixli 110 nömrəli qərarında dəyişiklik edilməsi barədə   ətraflı...

27 May 2014, 17:05

"Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarında dəyişiklik edilməsi haqqında   ətraflı...

27 May 2014, 09:05

“Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 952-IVQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

27 May 2014, 09:05

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında   ətraflı...

27 May 2014, 09:05

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 953-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

27 May 2014, 09:05

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

27 May 2014, 09:05

“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə   ətraflı...

27 May 2014, 09:05

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 16 may tarixli 963-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

27 May 2014, 09:05

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

26 May 2014, 17:05

Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında   ətraflı...