"Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 4
Bakı şəhəri, 14 yanvar 2014-cü il
"Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında
"Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.1.25-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
"Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləş-dirilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 14 yanvar tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmişdir
Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi
QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 197.5-ci maddəsinin tələblərinə uyğun olaraq hazırlanmışdır və malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müəyyən edir.
1.2. Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi gömrük orqanının icazəsi ilə həyata keçirilir.
1.3. Daxildə emal xüsusi gömrük prosedurundan Gömrük Məcəlləsinin 173-cü maddəsi ilə müəyyən edilmiş ekvivalent mallarla bağlı şərtlərə əməl olunduqda istifadə olunur.
1.4. Gömrük orqanları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 229 nömrəli qərarı ilə təsdiq edilmiş "Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları"na əsasən gömrük anbarında malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilərək, həmin prosedur üçün müəyyən edilmiş şərtlərə uyğun olaraq emalına icazə verirlər.
2. Əsas anlayışlar
2.1. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. daxildə emal - müəyyən malların emal əməliyyatları aparıldıqdan sonra ixrac edilməsi məqsədi ilə Azərbaycan Respublikasının gömrük ərazisinə (bundan sonra - gömrük ərazisi) gömrük rüsumları və vergilər alınmadan gətirilməsindən ibarət xüsusi gömrük proseduru;
2.1.2. ekvivalent mallar - daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş xarici malların əvəzinə emal olunan və əvəz etdikləri mallarla eyni keyfiyyətə, eyni texniki göstəricilərə və xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (bundan sonra - XİFMN) üzrə eynirəqəmli koda malik daxili mallar;
2.1.3. emal əməliyyatları - quraşdırılma, yığılma və başqa mallara uyğunlaşdırılma da daxil olmaqla, malın hazırlanması, malın emalı və təkrar emalı, bərpaedilmə və qaydaya salınma da daxil olmaqla, malın təmiri, emal prosesinə xidmət edən və ya bunu asanlaşdıran bəzi mallardan tamamilə və ya qismən istifadə olunması;
2.1.4. emal məhsulları - emal xüsusi gömrük proseduru altında yerləşdirilərək, emal əməliyyatlarından keçmiş mallar;
2.1.5. istehsalat itkiləri - emal məhsulunun istehsalı prosesində əmələ gələn və həmişəlik itirilən materiallar;
2.1.6. istehsalat tullantıları - istehsal, yaxud işlərin (xidmətlərin) yerinə yetirilməsi prosesində əmələ gələn və ilkin istehlak xüsusiyyətlərini tam və ya qismən itirən xammal, material, maddə, yarımfabrikat, əşya və digər məhsulların qalıqları, habelə istehsal obyekti olmayan və öz istifadə olunma xüsusiyyətlərinə görə texnoloji prosesə daxil olmayan, yenidən əmələ gələn eyni mənşəli əşya və maddələr;
2.1.7. mal qalıqları - emal məhsulunun hazırlanması üçün gömrük ərazisinə gətirilmiş xarici malların istifadə olunmamış hissəsi.
3. Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi
3.1. Daxildə emal proseduru altında yerləşdirilən xarici mallar aşağıda göstərilənlər tətbiq olunmadan gömrük ərazisində bir və ya bir neçə emal əməliyyatında istifadə edilir:
3.1.1. idxal gömrük rüsumları;
3.1.2. malların idxalı üzrə qanunvericilikdə nəzərdə tutulmuş əlavə dəyər vergisi və aksizlər;
3.1.3. ticarət siyasəti tədbirləri.
3.2. Aşağıda göstərilən mallar da daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilə bilər:
3.2.1. sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunun texniki şərtlərinə uyğunluğun təmin edilməsi məqsədi ilə emal əməliyyatlarına məruz qalmalı olan mallar;
3.2.2. Gömrük Məcəlləsinin 172-ci maddəsində qeyd olunan adi işləmə formalarına məruz qalmalı olan mallar.
3.3. Aşağıdakılar emal əməliyyatları hesab edilmir:
3.3.1. heyvanlardan bala alınması, heyvanların, quşların, balıqların, xərçəngkimilərin və molyuskaların yetişdirilməsi və kökəldilməsi;
3.3.2. ağac və bitkilərin becərilməsi;
3.3.3. faydalı qazıntıların çıxarılması;
3.3.4. balıqların, xərçəngkimilərin tutulması;
3.3.5. ov edilməsi;
3.3.6. göbələk və bitkilərin yığılması;
3.3.7. daşınma zamanı malların ilkin vəziyyətdə qalmasının təmin edilməsi;
3.3.8. məlumatların, istənilən informasiya daşıyıcılarında audioyazıların və videoyazıların surətlərinin köçürülməsi və çoxaldılması;
3.3.9. bütün növ enerjilərin alınması;
3.3.10. texnoloji prosesdə xarici mallardan köməkçi vasitələr (avadanlıq, dəzgahlar, qurğular və s.) kimi istifadə edilməsi.
3.4. Emal nəticəsində əmələ gələn istehsalat tullantıları (kommersiya məqsədləri üçün yararsız olduğu hallar istisna olmaqla), habelə mal qalıqları təkrar ixrac bildirişi əsasında gömrük ərazisindən aparılmalı və ya sərbəst dövriyyəyə buraxılmalıdır.
3.5. İstehsalat itkiləri gömrük nəzarəti altında qalmaqla, onların gömrük rəsmiləşdirilməsi aparılmır.
3.6. Gömrük orqanları şəxsin müraciəti əsasında qüsurlu xarici malların gömrük ərazisindən aparılması əvəzinə onların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazə verirlər.
4. Malların eyniləşdirilməsi
4.1. Malların təmiri və məhv etmə halları istisna olmaqla, daxildə emal prosedurundan yalnız o halda istifadə etmək olar ki, istehsal materiallarından istifadə edilməsinə baxmayaraq daxildə emal proseduru altında yerləşdirilmiş malları emal məhsulları ilə eyniləşdirmək mümkün olsun. Daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar Gömrük Məcəlləsinin 173-cü maddəsinə uyğun olaraq ekvivalent mallarla əvəz edildikdə, əvəz edilmiş mallar barəsində eyniləşdirmə tədbirləri həyata keçirilmir.
4.2. Emal məhsulunda xarici malların mövcudluğunu müəyyənləşdirmək məqsədi ilə gömrük orqanları Gömrük Məcəlləsinin 87.2-ci maddəsində nəzərdə tutulmuş vasitələrdən istifadə etməklə, malların eyniləşdirilməsi tədbirlərini həyata keçirirlər.
4.3. Emal məhsullarında xarici malların eyniləşdirilməsi tədbirləri gömrük orqanı tərəfindən malların xüsusiyyətləri və emal əməliyyatları nəzərə alınaraq müəyyən edilir.
5. Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazənin verilməsi
5.1. Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazə şəxsə aşağıdakı şərtlərlə verilir:
5.1.1. gömrük orqanının daxildə emal xüsusi gömrük proseduruna nəzarəti həyata keçirmək imkanı olduqda;
5.1.2. icazənin verilməsi yerli istehsalçıların mühüm maraqlarına mənfi təsir göstərmədikdə.
5.2. Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazə aşağıdakı şəxslərə verilir:
5.2.1. gömrük əməliyyatlarının qanunvericiliyin tələblərinə uyğun aparılacağına zəmanət təqdim edən və gömrük borcunun yarandığı və yarana biləcəyi hallarda onun ödənilməsinə təminat verən şəxslərə;
5.2.2. daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallardan emal əməliyyatları aparan şəxsə.
5.3. Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə kağız üzərində yazılı və ya elektron formada ərizə ilə müraciət edilir. Ərizədə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsində təsbit edilən məlumatlarla yanaşı, aşağıdakılar da göstərilir:
5.3.1. ərizəçi hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda - vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);
5.3.2. xarici malların və emal məhsullarının adları, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə kodları, XİFMN-də göstərilən ölçü vahidində miqdarı, ABŞ dolları ilə dəyəri;
5.3.3. mövcud olduqda istehsalat tullantılarının adları, XİFMN üzrə kodları, XİFMN-də göstərilən ölçü vahidində miqdarı, ABŞ dolları ilə dəyəri;
5.3.4. xarici malların ekvivalent mallarla əvəzlənməsi nəzərdə tutulduqda ekvivalent malların adları, XİFMN üzrə kodları, XİFMN-də göstərilən ölçü vahidində miqdarı, ABŞ dolları ilə dəyəri;
5.3.5. emal əməliyyatları barədə məlumat (texnologiya, müddət və s.);
5.3.6. eyniləşdirmə tədbirləri barədə məlumat;
5.3.7. xarici malların ekvivalent mallarla əvəz edilməsi barədə məlumat;
5.3.8. daxildə emal xüsusi gömrük proseduru üzrə yerinə yetirilən əməliyyatların hasilat norması.
5.4. Ərizə ilə birlikdə aşağıdakılar da təqdim edilir:
5.4.1. xarici malların emal edilməsinə dair bağlanılmış müqavilə və ya malın keyfiyyəti üçün qarantiya öhdəlikləri göstərilmiş alqı-satqı müqaviləsi;
5.4.2. təmir məqsədi ilə daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilən malların qüsurlu olmasını təsbit edən sənəd;
5.4.3. fiziki şəxsin şəxsiyyət vəsiqəsinin və ya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti;
5.4.4. ərizəçi qeyri-kommersiya hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda - vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN-in) surəti;
5.4.5. gömrük əməliyyatlarının qanunvericiliyin tələblərinə uyğun aparılacağına dair zəmanət;
5.4.6. gömrük borcunun yarandığı və ya yarana biləcəyi hallarda onun ödənilməsinə dair təminat.
5.5. Daxil olmuş ərizəyə gömrük orqanı tərəfindən 3 (üç) iş günü müddətində baxılır və bu Qaydaların 5.6-cı bəndində göstərilən hallar mövcud olmadıqda, malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə kağız üzərində yazılı və ya elektron formada icazə verilir. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə dərhal məlumat verilir. Çatışmazlıqlar aradan qaldırıldıqda, müraciətə 1 (bir) iş günü müddətində yenidən baxılır və müvafiq qərar qəbul edilir.
5.6. Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün icazənin verilməsindən aşağıdakı hallarda imtina edilir:
5.6.1. malların gömrük ərazisinə gətirilməsi Gömrük Məcəlləsinin 214-cü və 215-ci maddələrinə əsasən qadağan edildikdə və ya məhdudlaşdırıldıqda;
5.6.2. icazənin verilməsi üçün təqdim edilmiş sənədlərdə yanlış məlumatlar olduqda;
5.6.3. bu Qaydaların 5.1-ci və 5.2-ci bəndlərində nəzərdə tutulan şərtlərə riayət edilmədikdə.
5.7. İcazənin verilməsindən imtina edildiyi halda imtinanın əsasları göstərilməklə, ərizəçiyə bu barədə yazılı məlumat verilir.
5.8. İcazənin verilməsindən imtinaya əsas olmuş halları aradan qaldırdıqdan sonra icazə almaq üçün bu Qaydalara uyğun olaraq yenidən gömrük orqanına müraciət edilə bilər.
5.9. İcazənin alınması üçün təqdim edilmiş məlumatlarda və sənədlərdə dəyişiklik olduqda, icazə sahibi dərhal bu barədə gömrük orqanına məlumat verir.
5.10. Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün icazə gömrük orqanı tərəfindən aşağıdakı hallarda ləğv edilir:
5.10.1. icazə sahibinin bu barədə müvafiq ərizəsi təqdim edildikdə;
5.10.2. icazəni almış hüquqi şəxs ləğv edildikdə, fiziki şəxs vəfat etdikdə, xəbərsiz itkin düşmüş və ya ölmüş elan olunduqda;
5.10.3. icazənin verilməsi üçün əsas olmuş şərtlərə riayət edilmədikdə;
5.10.4. məhkəmənin müvafiq qərarı olduqda;
5.10.5. bu Qaydaların 6.5-ci bəndində nəzərdə tutulmuş halda.
5.11. İcazə sahibi icazənin ləğv edilməsi barədə dərhal kağız üzərində yazılı və ya elektron formada məlumatlandırılır.
5.12. Malların dərhal digər gömrük proseduru altında yerləşdirilməsi halları istisna olmaqla, daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar icazənin ləğv edildiyi gündən müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş hesab olunur.
6. Hüquqların və öhdəliklərin digər şəxslərə verilməsi
6.1. Daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallarla əlaqədar prosedur sahibinin hüquqları və öhdəlikləri həmin gömrük proseduru üçün müəyyən edilmiş şərtlərə əməl edən digər şəxslərə verilə bilər.
6.2. Daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallarla əlaqədar hüquq və öhdəliklərin həmin gömrük proseduru üçün müəyyən edilmiş şərtlərə əməl edən digər şəxsə ötürülməsi məqsədi ilə prosedur sahibi tərəfindən gömrük orqanına müraciət edilir.
6.3. Daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallarla əlaqədar hüquq və öhdəlikləri qəbul edən şəxsin müvafiq gömrük proseduru üçün müəyyən edilmiş şərtlərə əməl edəcəyinə zəmanət təqdim edildikdə, gömrük orqanı tərəfindən həmin şəxsə bu Qaydaların 5-ci hissəsinə uyğun olaraq icazə verilir.
6.4. Daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallarla əlaqədar hüquq və öhdəliklər bu prosedur altında yerləşdirilmiş mallar qismən istifadə olunduqdan sonra da digər şəxslərə ötürülə bilər.
6.5. Daxildə emal xüsusi gömrük proseduruna dair hüquq və öhdəliklər digər şəxsə ötürüldükdə, əvvəlki icazə sahibinə verilmiş icazə ləğv edilir.
6.6. Daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallarla əlaqədar hüquq və öhdəliklərin digər şəxsə ötürülməsi həmin prosedur üçün müəyyən edilmiş müddətin axımına təsir etmir.
7. Daxildə emal xüsusi gömrük prosedurunun başa çatması müddəti
7.1. Daxildə emal xüsusi gömrük prosedurunun başa çatması müddəti 2 (iki) ildən artıq olmamalıdır.
7.2. Gömrük orqanı daxildə emal xüsusi gömrük prosedurunun başa çatması müddətini müraciət etmiş şəxsin emal əməliyyatlarının aparılması müddəti barədə verdiyi məlumata əsasən müəyyənləşdirir. Bu müddət müəyyənləşdirilərkən emal məhsullarının ixrac edilməsi, habelə istehsalat tullantıları barədə sərəncam verilməsi üçün tələb olunan vaxt da nəzərə alınır.
7.3. Daxildə emal xüsusi gömrük prosedurunun müddəti malların bu prosedur altında yerləşdirildiyi tarixdən başlayır və emal əməliyyatlarının, habelə bu prosedurun başa çatdırılması üçün tələb edilən vaxtı əhatə edir. Mallar partiyalarla gətirildikdə, bu müddət birinci partiyanın həmin prosedur altında yerləşdirildiyi gündən hesablanır.
7.4. Daxildə emal xüsusi gömrük prosedurunun başlama və sona çatma müddətləri malların bu prosedur altında yerləşdirilməsi üçün gömrük orqanlarının verdiyi icazədə göstərilir.
7.5. Müəyyən edilən müddət ərzində mallar ixrac edildikdə, həmin mallar idxal gömrük rüsumlarından və vergilərdən tamamilə azad olunur.
7.6. İcazə sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı daxildə emal xüsusi gömrük prosedurunun başa çatması müddətinin 1 (bir) ilədək uzadılması barədə qərar qəbul edir.
7.7. İcazə sahibi icazənin müddətinin uzadılması üçün prosedurun müddətinin başa çatmasına ən azı 15 (on beş) gün qalmış gömrük orqanına müraciət etməlidir. İcazədə göstərilmiş müddət bitdikdən sonra edilmiş müraciətlərə baxılmır.
7.8. Daxildə emal xüsusi gömrük proseduru Gömrük Məcəlləsinin 169-cu maddəsində nəzərdə tutulmuş hallarda və qaydada başa çatır.
7.9. Emal məhsullarının gömrük ərazisindən ixrac edilməsi zamanı şəxs tərəfindən mallar daxildə emal xüsusi gömrük prosedurunu rəsmiləşdirmiş gömrük orqanına deyil, başqa gömrük orqanına təqdim edilə bilər.
8. Yekun müddəalar
8.1. Daxildə emal xüsusi gömrük proseduruna dair icazədə göstərilmiş müddətdə prosedur başa çatmadıqda, daxildə emal xüsusi gömrük proseduru dəyişdirilərək, mallar sərbəst dövriyyəyə buraxılış gömrük proseduru altında yerləşdirilir və mallara dair müvafiq gömrük rüsumları və vergilər tətbiq olunur.
8.2. Gömrük orqanının verdiyi icazəyə uyğun olaraq daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar, yaxud onların bir hissəsi, habelə emal edilmiş məhsullar emalı davam etdirmək məqsədi ilə xaricdə emal xüsusi gömrük prosedurunun şərtlərinə müvafiq olaraq gömrük ərazisindən kənara müvəqqəti təkrar ixrac edilə bilər.
8.3. Daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar onların qorunması, xarici görünüşünün və keyfiyyətinin yaxşılaşdırılması, satış və daşınma üçün hazırlanması məqsədi ilə adi işləmə formalarına məruz qala bilərlər.
8.4. Şəxs tərəfindən xarici malların emalına dair qanunvericiliklə müəyyən edilmiş öhdəliklər yerinə yetirilmədikdə, idxal gömrük rüsumları tutulmalı olan mallar üzrə gömrük borcu yaranır.
28 Yanvar 2014, 11:01
2 İyun 2022, 14:06
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2017-ci il 13 iyul tarixli 3082 nömrəli, “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli, “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2017-ci il 27 noyabr tarixli 3406 nömrəli, “2018–2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 14 fevral tarixli 3672 nömrəli, “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” 2018-ci il 29 mart tarixli 3851 nömrəli, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 16 noyabr tarixli 711 nömrəli və “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 27 dekabr tarixli 852 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
2 İyun 2022, 14:06
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının fövqəladə hallar atlası”nın nəşri haqqında” 2016-cı il 2 mart tarixli 1843 nömrəli, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2016-cı il 20 sentyabr tarixli 2345 nömrəli, “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 1 sentyabr tarixli 2295 nömrəli və “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2019-cu il 29 aprel tarixli 1143 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
2 İyun 2022, 14:06
Azərbaycan Respublikası Prezidentinin “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli, “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 2020-ci il 27 noyabr tarixli 2307 nömrəli, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 2021-ci il 22 fevral tarixli 2517 nömrəli, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 2021-ci il 30 mart tarixli 2552 nömrəli, “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 2021-ci il 30 mart tarixli 2554 nömrəli, “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında” 2021-ci il 19 aprel tarixli 2584 nömrəli və “Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyasının yaradılması haqqında” 2021-ci il 4 may tarixli 2622 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
1 İyun 2022, 15:06
Azərbaycan Respublikası vətəndaşlarının 2022-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
1 İyun 2022, 15:06
Azərbaycan Respublikası mülki aviasiya işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
1 İyun 2022, 15:06
Azərbaycan Respublikasının mülki aviasiya işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
1 İyun 2022, 13:06
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş birləşmiş millətlər təşkilatının iqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında” 1997-ci il 30 aprel tarixli 560 nömrəli, “Azərbaycan Respublikasında sərhəd-nəzarət buraxılış məntəqələrinin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması üzrə Komissiya haqqında” 2000-ci il 20 may tarixli 423 nömrəli, “YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında” 2005-ci il 15 sentyabr tarixli 1006 nömrəli, “Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə Dövlət Komissiyası və Dövlət Proqramının hazırlanması haqqında” 2006-cı il 6 mart tarixli 1348 nömrəli, “Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” 2006-cı il 16 oktyabr tarixli 1737 nömrəli, “Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” 2006-cı il 25 dekabr tarixli 1852 nömrəli, “Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 2006-cı il 28 dekabr tarixli 1876 nömrəli, “Dövlət əmlakının özəlləşdirilməsinə nəzarət üzrə Dövlət Komissiyası haqqında” 2007-ci il 28 fevral tarixli 2006 nömrəli və “Azərbaycan Respublikası Hökuməti ilə Yunanıstan Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə birgə komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” 2007-ci il 6 mart tarixli 2015 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
1 İyun 2022, 13:06
Azərbaycan Respublikası Prezidentinin “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin nəqliyyatda cinayətkarlıqla mübarizədə əməkdaşlığı haqqında” Saziş üzrə səlahiyyətli orqanların müəyyən edilməsi barədə” 2007-ci il 17 sentyabr tarixli 2391 nömrəli, “Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 2007-ci il 28 sentyabr tarixli 2413 nömrəli, “2007-ci il avqustun 28-də Lyublyana şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Sloveniya Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” 2007-ci il 12 noyabr tarixli 2497 nömrəli, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” 2007-ci il 22 noyabr tarixli 2505 nömrəli, “Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” 2009-cu il 10 avqust tarixli 437 nömrəli və “2009-cu il sentyabrın 23-də Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” 2009-cu il 30 oktyabr tarixli 557 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
1 İyun 2022, 13:06
Azərbaycan Respublikası Prezidentinin “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 23 fevral tarixli 66 nömrəli, “Azərbaycan Respublikasının Hökuməti ilə Bolqarıstan Respublikasının Hökuməti arasında elektron rabitə, informasiya texnologiyaları və elektron idarəçilik sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” 2015-ci il 22 may tarixli 524 nömrəli, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 20 aprel tarixli 866 nömrəli, “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Fransa Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi arasında innovasiya, informasiya və kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” 2017-ci il 5 aprel tarixli 1327 nömrəli, “Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Qaydası”nın və “www.azexport.az” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2017-ci il 12 sentyabr tarixli 1598 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
1 İyun 2022, 13:06
Azərbaycan Respublikası Prezidentinin “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2005-ci il 3 iyun tarixli 248 nömrəli, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 9 avqust tarixli 277 nömrəli, “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 30 avqust tarixli 284 nömrəli, “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 16 noyabr tarixli 312 nömrəli, “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2005-ci il 26 dekabr tarixli 341 nömrəli və “Fövqəladə hallarda, fövqəladə və ya hərbi vəziyyət şəraitində zəruri telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin istifadəsində üstünlük hüququna malik olan və onların istifadəsini dayandıra, məhdudlaşdıra və ya rabitədən istifadə üçün xüsusi qaydalar tətbiq edə bilən səlahiyyətli dövlət hakimiyyəti orqanlarının siyahısı”nın təsdiq edilməsi haqqında” 2006-cı il 7 iyun tarixli 417 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...