“Beynəlxalq Antikorrupsiya Akademiyası”na üzv dövlətlərin Assambleyasının Üçüncü Sessiyasının iştirakçılarına

Hörmətli Assambleya iştirakçıları!

Sizi Bakı şəhərində Beynəlxalq Antikorrupsiya Akademiyasının Assambleyasının açılışı münasibətilə təbrik edir və səmimi qəlbdən salamlayıram.

Azərbaycan sürətlə inkişaf edən müasir dövlətdir. Bu dinamikanın saxlanılması üçün tədbirlər ardıcıl şəkildə davam etdirilir. Ölkəmizdə şəffaf ictimai münasibətlər sistemi formalaşdırılmış, demokratik institutların fəaliyyəti təmin edilmişdir. Fəaliyyətimiz beynəlxalq təşkilatlar və nüfuzlu reytinq agentlikləri tərəfindən yüksək qiymətləndirilir. Bu, həm də dövlət idarəçiliyinin yenilənməsi və korrupsiyaya qarşı mübarizəni uğurla aparmaq üçün mövcud qətiyyət və möhkəm siyasi iradə ilə bağlıdır.

Azərbaycan Respublikası Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etdiyi dövrdə də korrupsiyaya qarşı mübarizəni prioritet  elan etmiş və beynəlxalq səviyyədə bu problemlə ciddi məşğul olmaq əzmini göstərmişdir. Ölkəmiz bu sahədə bütün beynəlxalq təşəbbüslərin aktiv iştirakçısıdır. Azərbaycan BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına ilk qoşulan dövlətlərdən biridir.

Şəffaflıq, açıq hökumət prinsipləri, elektron hökumət, innovativ yanaşma dövlət siyasətimizin prioritet istiqamətlərindəndir. Dövlət xidmətlərinin göstərilməsində tətbiq etdiyimiz korrupsiyanı tam istisna edən xidmət modeli digər ölkələr üçün də uğurlu nümunə ola bilər.

Korrupsiyaya qarşı mübarizənin səmərəli olması üçün təhsil və təlim daim diqqətdə saxlanılmalı, yaxşı təcrübələr mütəmadi mübadilə edilməlidir. Beynəlxalq Antikorrupsiya Akademiyası  bu sahəyə aktiv töhfə verən yeni beynəlxalq təşkilatdır.  Bu fəaliyyət üzv dövlətlər tərəfindən dəstəklənməlidir.

Əminəm ki, Assambleya bu sahədə yeni təşəbbüslərin və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi üçün yeni imkanlar açacaqdır.

Sizi bir daha təbrik edir, Assambleyanın işinə uğurlar arzulayıram!

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 18 noyabr 2014-cü il.

20 Noyabr 2014, 09:11

http://www.azertag.net

9701—9710 / 10511

15 İyul 2014, 10:07

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

15 İyul 2014, 10:07

Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında   ətraflı...

15 İyul 2014, 10:07

Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında   ətraflı...

15 İyul 2014, 10:07

“Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 977-IVQ nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

15 İyul 2014, 10:07

“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 978-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

15 İyul 2014, 10:07

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 997-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

15 İyul 2014, 10:07

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 987-IVQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

15 İyul 2014, 10:07

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 996-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

15 İyul 2014, 10:07

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...

15 İyul 2014, 10:07

“Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında Bakı Fransız Liseyinin yaradılması və fəaliyyəti haqqında” Sazişin təsdiq edilməsi barədə   ətraflı...