“Beynəlxalq Antikorrupsiya Akademiyası”na üzv dövlətlərin Assambleyasının Üçüncü Sessiyasının iştirakçılarına

Hörmətli Assambleya iştirakçıları!

Sizi Bakı şəhərində Beynəlxalq Antikorrupsiya Akademiyasının Assambleyasının açılışı münasibətilə təbrik edir və səmimi qəlbdən salamlayıram.

Azərbaycan sürətlə inkişaf edən müasir dövlətdir. Bu dinamikanın saxlanılması üçün tədbirlər ardıcıl şəkildə davam etdirilir. Ölkəmizdə şəffaf ictimai münasibətlər sistemi formalaşdırılmış, demokratik institutların fəaliyyəti təmin edilmişdir. Fəaliyyətimiz beynəlxalq təşkilatlar və nüfuzlu reytinq agentlikləri tərəfindən yüksək qiymətləndirilir. Bu, həm də dövlət idarəçiliyinin yenilənməsi və korrupsiyaya qarşı mübarizəni uğurla aparmaq üçün mövcud qətiyyət və möhkəm siyasi iradə ilə bağlıdır.

Azərbaycan Respublikası Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etdiyi dövrdə də korrupsiyaya qarşı mübarizəni prioritet  elan etmiş və beynəlxalq səviyyədə bu problemlə ciddi məşğul olmaq əzmini göstərmişdir. Ölkəmiz bu sahədə bütün beynəlxalq təşəbbüslərin aktiv iştirakçısıdır. Azərbaycan BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına ilk qoşulan dövlətlərdən biridir.

Şəffaflıq, açıq hökumət prinsipləri, elektron hökumət, innovativ yanaşma dövlət siyasətimizin prioritet istiqamətlərindəndir. Dövlət xidmətlərinin göstərilməsində tətbiq etdiyimiz korrupsiyanı tam istisna edən xidmət modeli digər ölkələr üçün də uğurlu nümunə ola bilər.

Korrupsiyaya qarşı mübarizənin səmərəli olması üçün təhsil və təlim daim diqqətdə saxlanılmalı, yaxşı təcrübələr mütəmadi mübadilə edilməlidir. Beynəlxalq Antikorrupsiya Akademiyası  bu sahəyə aktiv töhfə verən yeni beynəlxalq təşkilatdır.  Bu fəaliyyət üzv dövlətlər tərəfindən dəstəklənməlidir.

Əminəm ki, Assambleya bu sahədə yeni təşəbbüslərin və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi üçün yeni imkanlar açacaqdır.

Sizi bir daha təbrik edir, Assambleyanın işinə uğurlar arzulayıram!

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 18 noyabr 2014-cü il.

20 Noyabr 2014, 09:11

http://www.azertag.net

4781—4790 / 10511

6 Oktyabr 2017, 09:10

“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında   ətraflı...

6 Oktyabr 2017, 09:10

Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında avtomobil nəqliyyatı ilə tranzit daşımalar haqqında ilkin elektron məlumat mübadiləsi sisteminin yaradılmasına dair Sazişin təsdiq edilməsi haqqında   ətraflı...

6 Oktyabr 2017, 09:10

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında   ətraflı...

6 Oktyabr 2017, 09:10

“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında   ətraflı...

6 Oktyabr 2017, 09:10

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 12 iyul tarixli 985 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nda dəyişiklik edilməsi haqqında   ətraflı...

6 Oktyabr 2017, 09:10

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında   ətraflı...

6 Oktyabr 2017, 09:10

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 393 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə   ətraflı...

6 Oktyabr 2017, 09:10

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə   ətraflı...

6 Oktyabr 2017, 09:10

X.Z.İbrahimin Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında   ətraflı...

6 Oktyabr 2017, 09:10

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə   ətraflı...