“Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:
“Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 362; 2002, № 5, maddə 241; 2004, № 2, maddə 57; 2007, № 10, maddə 938; 2014, № 8, maddə 959) aşağıdakı dəyişikliklər edilsin:
1. 20-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 20. Dövlətin balıqmühafizə və akvakultura sahəsində vəzifələri
Dövlətin balıqmühafizə və akvakultura sahəsində vəzifələri aşağıdakılardır:
balıq və digər su bioresurslarının və onların məskunlaşdığı mühitin mühafizəsini təmin etmək;
balıq və digər su bioresurslarının artırılması, bərpası, istifadəsi, mühafizəsi və qorunması sahəsində hüquqpozmaların qarşısını almaq və onları aradan qaldırmaq;
akvakulturanın inkişafını təmin edən dövlət, regional və yerli proqramlar hazırlamaq;
akvakultura subyektlərinin bu Qanunun tələblərinə uyğun fəaliyyət göstərməsinə köməklik etmək;
balıq və digər su bioresurslarının ovunun, habelə akvakultura subyektinin fəaliyyətinin məhdudlaşdırılması, dayandırılması və ya ona xitam verilməsi hallarını və qaydasını müəyyən etmək.
Təbii balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının qorunmasına, onların ovunun tənzimlənməsinə, bərpasına və balıqçılıq təsərrüfatı meliorasiyası işlərinə, habelə akvakultura qaydalarına riayət olunmasına nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.”.
2. 21-ci və 22-ci maddələr ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 oktyabr 2014-cü il.
19 Noyabr 2014, 09:1131 Oktyabr 2014, 09:10
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1075-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
30 Oktyabr 2014, 09:10
Boliviya Çoxmillətli Dövlətinin Prezidenti Zati-aliləri cənab Evo Morales Aymaya ətraflı...
30 Oktyabr 2014, 09:10
Braziliya Federativ Respublikasının Prezidenti Zati-aliləri xanım Dilma Russeffə ətraflı...
29 Oktyabr 2014, 09:10
Ə.M.Rüstəmovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında ətraflı...
29 Oktyabr 2014, 09:10
Türkiyə Respublikasının Baş naziri Zati-aliləri cənab Əhməd Davudoğluna ətraflı...
29 Oktyabr 2014, 09:10
Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana ətraflı...
29 Oktyabr 2014, 09:10
Gənclər siyasəti üzrə birinci qlobal forumun iştirakçılarına ətraflı...
28 Oktyabr 2014, 09:10
Mərkəzi Seçki Komissiyasının 20 oktyabr və 21 oktyabr 2014-cü il tarixli iclas protokollarının təsdiq edilməsi barədə ətraflı...
28 Oktyabr 2014, 09:10
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə ətraflı...
28 Oktyabr 2014, 09:10
2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Ümid Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında ətraflı...