“Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:
“Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 362; 2002, № 5, maddə 241; 2004, № 2, maddə 57; 2007, № 10, maddə 938; 2014, № 8, maddə 959) aşağıdakı dəyişikliklər edilsin:
1. 20-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 20. Dövlətin balıqmühafizə və akvakultura sahəsində vəzifələri
Dövlətin balıqmühafizə və akvakultura sahəsində vəzifələri aşağıdakılardır:
balıq və digər su bioresurslarının və onların məskunlaşdığı mühitin mühafizəsini təmin etmək;
balıq və digər su bioresurslarının artırılması, bərpası, istifadəsi, mühafizəsi və qorunması sahəsində hüquqpozmaların qarşısını almaq və onları aradan qaldırmaq;
akvakulturanın inkişafını təmin edən dövlət, regional və yerli proqramlar hazırlamaq;
akvakultura subyektlərinin bu Qanunun tələblərinə uyğun fəaliyyət göstərməsinə köməklik etmək;
balıq və digər su bioresurslarının ovunun, habelə akvakultura subyektinin fəaliyyətinin məhdudlaşdırılması, dayandırılması və ya ona xitam verilməsi hallarını və qaydasını müəyyən etmək.
Təbii balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının qorunmasına, onların ovunun tənzimlənməsinə, bərpasına və balıqçılıq təsərrüfatı meliorasiyası işlərinə, habelə akvakultura qaydalarına riayət olunmasına nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.”.
2. 21-ci və 22-ci maddələr ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 oktyabr 2014-cü il.
19 Noyabr 2014, 09:1126 Noyabr 2015, 09:11
“Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ətraflı...
25 Noyabr 2015, 09:11
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə ətraflı...
25 Noyabr 2015, 09:11
Ə.T.Əmiraslanovun Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında ətraflı...
25 Noyabr 2015, 09:11
A.H.Naxçıvanlının Azərbaycan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilməsi haqqında ətraflı...
25 Noyabr 2015, 09:11
S.İ.Seyidovun Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında ətraflı...
25 Noyabr 2015, 09:11
A.Q. Abiyevin Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru vəzifəsindən azad edilməsi haqqında ətraflı...
25 Noyabr 2015, 09:11
Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyinin keçirilməsi haqqında ətraflı...
25 Noyabr 2015, 09:11
Azərbaycan Respublikası Milli Məclisi komitələrinin sədrlərinin seçilməsi haqqında ətraflı...
25 Noyabr 2015, 09:11
Azərbaycan Respublikası Milli Məclisinin bəzi komitələrinin yenidən təşkil edilməsi və yeni komitələrinin yaradılması haqqında ətraflı...
25 Noyabr 2015, 09:11
V.F.Ələsgərovun Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini seçilməsi haqqında ətraflı...