“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 28 oktyabr tarixli1094-IVQD nömrəli Qanununun tətbiqi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi  haqqında”  Azərbaycan  Respublikasının  2014-cü  il  28  oktyabr  tarixli 1094-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 17 noyabr 2014-cü il.

19 Noyabr 2014, 09:11

http://www.azertag.net

7261—7270 / 10511

19 Fevral 2016, 09:02

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...

19 Fevral 2016, 09:02

Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında   ətraflı...

19 Fevral 2016, 09:02

Gəncə Dövlət Filarmoniyasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

18 Fevral 2016, 09:02

Prezidentin Mətbuat Xidmətinin məlumatı   ətraflı...

17 Fevral 2016, 10:02

“Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq alğı-satqısına dair müqavilələr haqqında Konvensiyası”na qoşulmaq barədə   ətraflı...

17 Fevral 2016, 10:02

“Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 98-VQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

17 Fevral 2016, 10:02

Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında   ətraflı...

17 Fevral 2016, 10:02

“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 86-VQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

17 Fevral 2016, 10:02

“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...

17 Fevral 2016, 10:02

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 91-VQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...